Ədəbiyyat
1. Волков Ю.Ф. Введение в гостиничный и туристический бизнес. Р.Д.,
2003, 352 с.
2. Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 320 с.
3. Яковлев Г.А. Экономика и статистика туризма. М., 2006, 364 с.
1.4. Turizm fəaliyyəti, onun strukturu və xüsusiyyətləri
Daimi yaşayış yerindən dərketmə maraqlarının təmini,
müalicə-sağlamlıq, işgüzar və digər məqsədlərlə müvəqqəti getmənin
müxtəlif formalarının təşkili ilə əlaqədar olan fəaliyyət - turizm
fəaliyyətidir. Turizm fəaliyyətinin reallaşdırılmasmda əsas rol turizm
müəssisələrinə məxsusdur. Turizm müəssisələri turist xidmətləri
istehsalçıları ilə (otel, restoran, nəqliyyat şirkətləri və s.)
istehlakçıları (turistlər) arasında vasitəçi rolunu oynayır. Uzun bir
zaman və vəsait sərf etməklə turist özünü müəyyən şəraitlə tam təmin
etmək istəyən vaxt turizm müəssisələrinə tələbat yaranır. Turistin
özünü təmin etmək istədiyi şəraitlərə aşağıdakılar aiddir:
daimi yaşayış yerindən kənarda uzunmüddətli səyahətlərdə
olmaq;
yüksək səviyyədə gedilən xüsusi maraqlı yerlərə səyahətlər;
yalnız turist firmalarının köməyi ilə məqsədlərə nail olunan
səyahətlər;
bir neçə nəqliyyat növünün istifadəsi ilə çoxlu sayda əraziləri
görməyi əhatə edən səyahətlər.
Turizmin inkişafı baxımından turizm müəssisələrinin rolu əsasən
aşağıdakı hallarda özünü büruzə verir:
təqdim edilən xidmətin keyfiyyətinin yüksəldilməsi və ayrı-
ayrı turizm növləri üzrə fəaliyyətin genişləndirilməsi baxımından
yerləşmə vasitələri, qida müəssisələri, nəqliyyat şirkətləri və turizm
sənayesinin digər sahələrinə aktiv təsirində;
turizm baxımından yararlı olan bütün ərazilər üzrə turistlərin
daha bərabər paylanması, həmçinin infrastrukturun optimal istifadəsi
28
və mövsümlük amilinin təsirinin azaldılması məqsədilə səyahətlərin
zamana görə bölüşdürülməsinin təmini ilə ayrı-ayrı region və turizm
mərkəzlərinə axma təsirdə;
səyahətdə
iştiraka
əhalinin bütün təbəqələrinin
cəlb
edilməsində.
Turizm müəssisələrinin fəaliyyətinin əhəmiyyəti aşağıdakılardan
ibarətdir:
səyahət edənlərin vaxtlarına qənaət edilməsi.
Turizm
müəssisələrinin xidmət təqdim edənlərlə daimi əlaqə və turizmə təsir
edən amillər (pasport-viza və gömrük rəsmiyyətçiliyi, nəqliyyat və
s.) haqqında biliklərə malik olması, səyahət üçün vacib olan şəraiti
qısa zaman ərzində turistlər üçün təmin etməyə imkan verir;
turizm müəssisələri tərəfindən təqdim edilən nəqliyyat və
yerləşmə sahəsində daha aşağı qiymətlərin qüvvədə olması ilə
turistin maddi xərclərinin kifayət qədər azaldılması imkanları;
məsləhət xidmətlərinin alınması. İnternet vasitəsilə turizm
xidmətlərinin
müstəqil şəkildə
alınması
imkanı
turizm
müəssisələrinin rolunu nəinki azaldır, hətta səyahətin təşkilində
əhəmiyyətini
artırır.
İnternet
böyük həcmdə
informasiyanın
ötürülməsinə qadir olsa da, turistin tələbatına uyğun otel, restoran və
ticarət mərkəzlərinin seçimində tövsiyə verə bilməz. İnternetdən
fərqli olaraq turizm müəssisələrinin əməkdaşı bilik və təcrübəsini
bölüşməklə, hara getmək və səyahət zamanı nə etmək sahəsində
qərarların qəbul olunmasında turistə yüksək səviyyəli məsləhət verə
bilər.
Yoxlama suallar:
1.
“Turizm fəaliyyəti” anlayışını müəyyən edən amillər hansılardır?
2.
Turizm fəaliyyətinin reallaşdırılmasmda turizm müəssisələrinin iştirakı nədən
ibarətdir?
3.
Turistin özünü təmin etmək istədiyi şəraitdə turizm müəssisələrinə tələbatı
nədən ibarətdir?
4.
Turizmin inkişafı baxımından turizm müəssisələrinin rolunu sadalayın.
5.
Turizm müəssisələrinin fəaliyyətinin əhəmiyyəti nədən ibarətdir?
29
Ədəbiyyat
1. Гуляев В.Г. Организации туристской деятельности. М., 1996, 174 с.
2. Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 319 с.
3. Организация туризма. Под редак. А.П.Дуровича. Мн., 2006, 14 с.
1.5. Turizmin formaları, növləri və tiplərinin təsnifatı
Turizmin təsnifatı dedikdə, qəbul olunmuş meyarlar əsasında
turizm fəaliyyətinin daxilən eyni tipli taksonlarının müəyyən
olunmasıdır. Hal-hazırkı dövrə qədər turizmin təsnifatına vahid
yanaşma yoxdur ki, bu da dünyada turizmin dinamik inkişafı, onun
forma və növlərinin daima təkmilləşdirilməsi ilə əlaqədardır.
Bununla bağlı olaraq turizm tədqiqatçıları turizmdə baş verən bütün
dəyişiklikləri nəzərə alıb, yeni və daha müasir təsnifat üzərində
çalışırlar.
Turizmin tip, kateqoriya, növ və formalara görə təsnifatı
geniş yayılmışdır. Turizmin növləri müxtəlif əsaslarla turizmin
təsnifatının nəticəsidir. Turizmin tipləri turistlərin milli mənsubiyyəti
ilə müəyyən olunur. M üxtəlif turizm tiplərinin uyğunlaşması
turizmin kateqoriyalarını formalaşdırır. Turizmin formaları təşkil
olunma prinsipinə görə müəyyən olunur. Turizmin növləri daxili
meyarlara, turizmin formaları isə xarici meyarlara görə təsnif edilir.
Turizmin təsnifatı tur üzrə xidmət paketinin seçimini,
qiymətin
formalaşmasını,
səyahət təşkilatçısının
fəaliyyətinin
xarakterini və digər vacib amilləri müəyyən edir. Turizm növlərinə
görə təsnifatın aparılması turizmin ərazi təşkili və inkişafının bir sıra
problemlərini həll etməyə imkan verir, ayrı-ayrı turizm xidmətlərinə
tələb və təklifi müəyyən edir və bunun əsasında aktiv turizm siyasəti
aparılır. Turizmin formaları bir şəxsin və ya qrupun turizm
fəaliyyətinin təşkilidir.
Qeyd edildiyi kimi turizmin tipi turistin milli mənsubiyyətinə
görə müəyyən olunur. ÜTT-nin tövsiyələrinə görə daxili, getmə,
gəlmə turizm tipləri ayrılır. Bu turizm tipləri ölkə hüdudlarında
30
turizm (gəlmə və daxili turizm tipləri), milli turizm (daxili və getmə
turizm tipləri), beynəlxalq turizm (gəlmə və getmə turizm tipləri)
kateqoriyalarını əmələ gətirir.
Beynəlxalq turizm - daimi yaşayış yeri olan ölkənin
sərhədlərindən kənara turizm məqsədilə insanların səyahətidir.
Beynəlxalq turizmdə müəyyən rəsmiyyətçilik (xarici pasport və
vizanın, gömrük proseduralarının, valyuta və tibbi nəzarətin
hazırlanması və sənədləşdirilməsi) mövcuddur. Daxili turizm -
beynəlxalq turizmdən fərqli olaraq, dövlət sərhədlərini keçmək ilə
əlaqədar olmadığından, turizm rəsmiyyətçiliyinə riayət edilməsini
tələb etmir. Yəni, daxili turizm - daimi yaşayış yeri olan ölkənin
sərhədləri daxilində turizm məqsədləri ilə insanların səyahətidir.
Daxili və beynəlxalq turizm arasında mövcud fərqlər
olmasına baxmayaraq, hər 2 turizm forması bir-biri ilə sıx şəkildə
əlaqəlidir. Daxili turizm beynəlxalq turizmin katalizatoru kimi çıxış
edir. Belə ki, daxili turizm yeni ərazi və turizm ehtiyatlarının
mənimsənilməsini, infrastruktur bazasının yaradılmasını, mütəxəs
sislərin hazırlanmasını şərtləndirməklə, inteqrasiya prosesləri və
dünyada vahid turizm məkanının formalaşmasına təsir göstərir.
Kütləvi turizm - cəmiyyətin xüsusi təbəqəsi və inkişaf
etməkdə olan ölkələrin turizm ehtiyatlarına istiqamətlənir. Belə ki,
inkişaf etməkdə olan ölkələrdə aşağı həyat səviyyəsinə görə yerli
əhali tərəfindən turizm ehtiyatlarının istifadəsi məhdudluğu ilə
seçilir. Elitar turizm - imkanlı şəxslər üçün nəzərdə tutulmuşdur.
Elitar turizm iştirakçıları üçün bazarda qiymətlərin səviyyəsi ciddi
əhəmiyyət daşımasa da, onlar təqdim edilən mal və xidmətlərin
keyfiyyətinə yüksək şərtlər qoyurlar.
L.P.Şmatko turizmi aşağıdakı meyarlara görə təsnif etmişdir
(2005):
səyahətin məqsədinə görə turizm;
hərəkət növlərinə görə turizm;
nəqliyyat vasitələrinin istifadəsinə görə turizm;
səyahətin müddətinə görə turizm;
mövsümə görə turizm;
31
Dostları ilə paylaş: |