48
imperiyası ərazisində rus tacirlərinin ticarət azadlığına təminat
verirdi.Osmanlı tərəfi Cənubi Qafqazın Rusiya tərəfindən
işğalını tanıyırdı. Nəhayət, müqavilədə Moldaviyanın, Valaxi-
yanın və Serbiyanın muxtariyyatı təsdiq olundu. Yunanıstanın
müstəqilliyi haqqında 3 dövlətin protokolu Osmanlı dövlətinə
qəbul etdirildi. Az sonra yəni, 1830-cu ildə Yunanıstanın istiq-
laliyyəti də elan edildi.
Yunanıstanın müstəqilliyinin bərpası və Ədirnə sülhü
Osmanlı imperiyasının zəifləməsini göstərdi. Misir paşası Mə-
həmmədəli yaranmış şəraitdən istifadə edib stanbula hücum
etmək qərarına gəldi. Onun məqsədi Misirin müstəqilliyinə nail
olmaq idi. 1832-ci ildə Misir qoşunu Suriyanı ələ keçirdi,
Konya yaxınlığındakı döyüşdə Osmanlı ordusu ağır məğ-
lubiyyətə uğradı. Yaranmış vəziyyətdən çıxış yolu axtaran II
Mahmud Fransa və ngiltərədən yardım istəməyə məcbur
oldu. Fransa rədd cavabı verdikdən sonra, ngiltərə Avstriya
vasitəsilə kömək etmək qərarına gəldi. Bu vaxt Məhəmməd-
ə
linin Yaxın Şərqdə möhkəmlənə bilməsindən qorxuya düşən
Rusiya gözlənilmədən Osmanlıya yardım əlini uzatdı. 1833-cü
il fevral-aprelində Bosforun Asiya sahilindəki Ünkər- skələ
yaxınlığında 14 min rus əsgəri quruya çıxarıldı. 1833-cü ildə
sultan ilə onun rəsmi vassalı olan Məhəmmədəli arasında Kü-
tahya sülhü imzalandı və Misir ordusunun hücumu dayan-
dırıldı. Bu müqaviləyə görə Mə-həmmədəlinin Misir valiliyinə
Suriyada əlavə olundu. 1833-cü il iyulun 8-də Türkiyə ilə
Rusiya arasında Ünkər- skələ müqaviləsi imzalandı. Müqavi-
ləyə əsasən, hər iki tərəf razılaşdırılmış siyasət yeritməyi tə-
rəflər əmin-amanlıq və təhlükəsizliyi təmin etməyə ehtiyac
duyduqda bir-birinə kömək etməyi öhdəsinə götürürdü. Mü-
qavilənin gizli maddəsi Türkiyəni Rusiyaya yardım göstərmək
öhdəçiliyindən azad edirdi, lakin bunun əvəzində Rusiyanın
tələbi Türkiyənin xarici hərbi gəmilərə boğazlardan keçməyə
icazə verməməsi idi. Müqavilədən sonra rus qoşunları Tür-
kiyəni tərk etdi. Ərəb Şərqində Məhəmmədəlinin mövqelərinin
downloaded from KitabYurdu.org
49
möhkəmlənməsi ilə heç bir vəchlə razılaşmayan ngiltərə 1838-ci
ildə bağlanmış türk-ingilis ticarət konvensiyasına Misir
canişininin məhəl qoymamasından istifadə edərək sultan Mah-
mudla Məhəmmədəli arasında yeni münaqişə törətdi. 1839-cu
ildə iyulun 24-də Suriyanın şimalında, Nəzib kəndi yaxın-lı-
ğ
ında sultan ordusu ilə Misir qoşunları arasında baş vermiş
döyüşdə türklər məğlub oldu. Vəziyyətin ağırlığını görən Tür-
kiyə hökuməti barışıq yolları axtarmağa başladı. Lakin 1839-
cu il iyulun 27-də ngiltərə, Rusiya, Fransa və Avstriya
Türkiyəyə kollektiv nota göndərərək bildirdilər ki, onların ra-
zılığı olmadan Məhəmmədəli ilə sülh danışıqları apara bilməz,
Sultan bu əmrə tabe olmağa məcbur oldu.1840-cı ildə London-
da bir tərəfdən Türkiyə, o biri tərəfədən də ngiltərə, Rusiya,
Avstriya və Prussiya arasında saziş imzalandı. Bu saziş
“Osmanlı imperiyasının bütövlüyünü və istiqlaliyyətini təmin
etməyə nəzarət” pərdəsi altında həmin dövlətlərin Türkiyə
üzərində qəyyumluğunu təsbit edirdi. Saziş bütün dövlətlərin
hərbi gəmilərinin Bosfor və Dardanelə gəlməsini qadağan
edirdi. Sazişdə Məhəmmədəliyə verilməli olan tələblər də gös-
tərilmişdi. Əgər, bu tələblər rədd edilərdisə, onda saziş bağ-
lamış dövlətlər silaha əl atacaqlarını öhdələrinə götürmüşdülər.
Məhəmmədəli əvvəlcə bu ultimatumu rədd etdi, sonradan
sultana xərac verməyi, ordusunu 18 min nəfərədək azaltmağa
razı oldu və 1838-ci il türk-ingilis konvensiyasını qəbul etməyi
öhdəsinə götürdü. Misir məsələsini həll etdikdən sonra 13 iyul
1841-ci ildə Osmanlı, ngiltərə, Rusiya, Fransa, Avstriya və
Prussiya dövlətləri Londonda boğazlar haqqında müqavilə
imzaladılar. Sazişə görə Türkiyənin iştirak etmədiyi müharibə
zamanı Qara dəniz boğazları bütün dövlətlərin hərbi gəmiləri
üçün bağlanmalı idi, Türkiyənin iştirak etdiyi müharibə zamanı
isə Türkiyə hökuməti istədiyi ölkənin hərbi gəmilərini
boğazlardan buraxa bilərdi.
XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk
ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı.
downloaded from KitabYurdu.org
50
Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hü-
quqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını
və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləş-
dirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal baza-
sına çevrilməsi prosesi güclənirdi. Osmanlının iqtisadiyyatı
getdikcə daha çox birtərəfli şəkildə inkişaf edirdi. Beləliklə,
XIX əsrin 30-50-ci illərində Osmanlının həm siyasi, həm iq-
tisadi cəhətdən Avropanın iri dövlətlərinin, başlıca olaraq ngil-
tərə və Fransanın müstəmləkəsinə çevrilməsi üçün zəmin ya-
ranmışdı.
Osmanlı dövlətinin geriliyini başa düşən mütərəqqi
qüvvələr islahatların keçirilməsini istəyirdilər. Onlar bu yolla
Avropa dövlətlərinin Osmanlı dövlətinin daxili işlərinə qarış-
masının qarşısını almaq, daxili böhranı zəiflətmək niyyətində
idilər. Sultan II Mahmud hakimiyyətinin son illərində islahatlar
keçirməyə başladı, belə ki o, imperiyanın ciddi bir islahata eh-
tiyacı olduğunu yaxşı anlayırdı. Yeni nazirliklər quruldu, bun-
lardan ən önəmlisi Ticarət nazirliyi idi. Baş vəzirin səlahiy-
yətlərinin azaldılması və onun işlərinin nazirlərə paylanılması
sarayın qüvvətlənməsi ilə nəticələndi. Əhalinin siyahıya alın-
ması aparıldı, təhsil sahəsində ciddi qərarlar qəbul olundu,
hərbi məktəblər açıldı. Lakin II Mahmud islahatlarını tamamla-
ya bilmədi, o, 1839-cu ildə vəfat etdi və hakimiyyətə Mahmu-
dun böyük oğlu Əbdülməcid gəldi. Türkiyə tarixində o,
tənzimat padşahı kimi tanınır. Belə ki, 1839-cu il noyabrın 3-də
Musatafa Rəşid paşanın komissiyası tərəfindən sultanın ali
fərmanı elan edildi. Bu fərman Gülxana sarayında oxunduğu
üçün “Gülxana fərmanı”adlandı. Fərmanda Osmanlı imperiya-
sının əhalisinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmini
elan edilirdi. “Gülxana fərmanı” xristian xalqların hüququnu
daha da genişləndirdi. Tənzimat dövründə xristian təbəələr
dövlətə qarşı fəaliyyətlərini daha da gücləndirdilər. kinci ən
vacib məsələ vergi məsələsi idi. Vergi hər kəsin bacarığına
görə müəyyən edilməli və bundan artıq alınmamamlı idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |