Бизнесин тяшкили вя идаря едилмяси
33
dəyişdirir və işçilərin ixtisas səviyyəsinə olan tələbatı artırır. Deməli, işçi
heyətinin düzgün seçilməsi sahibkarlıq fəaliyyətinin uğurla həyata keçi-
rilməsinin ən ümdə problemlərindən biridir.
Kadrların düzgün seçilməsi və onlarla sivil qaydada davranış məhsul
istehsalı prosesində baş verə biləcək hər hansı mürəkkəb, çətin problemin
müvəffəqiyyətlə həll edilməsi üçün əlverişli şərait yaradır. Sahibkarlıq dav-
ranışı elə olmalıdır ki, müəssisənin kommersiya sirri həmişə gizli saxla-
nılsın, müəssisənin imici müdafiə olunsun, istehlakçının və işgüzar adam-
ların hüsn-rəğbətini qazanmaq mümkün olsun. Buna görə də müəssisə kadr-
larla, heyətlə gündəlik səmərəli iş aparılmalı, onların iş keyfiyyətləri mün-
təzəm surətdə dəqiq qiymətləndirilməli, ən yaxşı sahibkarlıq fəaliyyəti
stimullaşdırılmalıdır.
Kapital istehsalın ən mühüm amilidir. qtisadi nəzəriyyənin klassikləri
A.Smit və D.Rikardo istehsal amili kimi kapital və dövriyyə kapitalı bir-
birindən fərqləndirirlər. Əsas kapital uzun illər istehsal prosesində fəaliyyət
göstərən və bir neçə istehsal tsiklinə xidmət edən artıq maddiləşmiş
kapitaldır, yəni əsas istehsal fondlarıdır. Digər növ kapital bir istehsal tsik-
lində iştirak edərək öz dəyərini istehsal olunan məhsulun üzərinə keçirən
kapitaldır. O dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə
kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə
qaytarılır. Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz.
Ə
sas istehsal fondları istehsal prosesində uzun müddət iştirak edən, öz
natural formasını saxlayan və dəyərini istehsal olunan məhsulun üzərinə
tədricən, hissə-hissə keçirən istehsal fondlarıdır. Onun tərkibinə binalar,
tikililər, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, alətlər
və təsərrüfat inventarları daxildir.
Dövriyyə istehsal fondları bir istehsal tsiklində sərf olunan, dəyərini
tamamilə və dərhal istehsal olunan məhsulun üzərinə keçirən istehsal va-
sitələridir. Əmək prosesində onların natural forması və fiziki-kimyəvi
tərkibi dəyişilir. Dövriyyə istehsal fondlarının tərkibinə xammal və əsas ma-
teriallar, alınmış yarımfabrikatlar, köməkçi materiallar, yanacaq və elektrik
enerjisi, tara və tara materialları, təmir üçün hissələr, azqiymətli və tez
aşınan əşyalar, gələcək dövr xərcləri daxildir. Gələcək dövr xərcləri əsasən
yeni məhsulun mənimsənilməsi ilə bağlıdır, deməli, onun xərclənməsinə
ciddi yanaşmaq lazımdır. Yeni məhsulun mənimsənilməsi müddəti nə qədər
uzanarsa, müəssisənin maliyyə vəziyyətini sağlamlaşdırmaq imkanı bir o
qədər çətinləşər. Çünki həmin vaxt kəsiyində gələcək dövr xərcləri istehsal
xərclərinə daxil edilir. Bu işdə sahibkardan çeviklik, yüksək işgüzarlıq,
dövriyyə fondlarından qənaətlə və təyinatı üzrə istifadə etmək qabiliyyəti
tələb olunur.
stehsal amili kimi torpaq son dərəcə müstəsna əhəmiyyətə malikdir.
Torpağı başqa istehsal amillərindən fərqləndirən bir sıra səciyyəvi
Бизнесин тяшкили вя идаря едилмяси
34
xüsusiyyətlər vardır. Ən başlıca cəhət odur ki, torpaq sahəsi məhduddur, in-
sanlar onun həcmini dəyişmək iqtidarında deyil, təbii sərvətlər (su, yanacaq-
enerji resursları, faydalı qazıntılar) ilə zəngindir. Yerin təkində zəngin neft
və qaz yataqları, digər mineral sərvətlər mövcuddur. Torpaqdan səmərəli,
məqsədyönlü istifadə etməklə sahibkarlıq fəaliyyətini genişləndirmək, məh-
sul bolluğu yaratmaq, əhalinin firavan həyat tərzini təmin etmək müm-
kündür. Buna böyük tələbat, həm də əlverişli şərait vardır.
Bazar iqtisadiyyatının əsas atributlarından biri kimi çıxış edən sahib-
karlıq qabiliyyə
ti istehsalın mühüm amilidir. Sahibkarın başlıca işi mövcud
iqtisadi resursların kombinasiyasının bütün mümkün yeni üsullarından isti-
fadə etməklə yüksək rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etməkdir.
Birinci şərt odur ki, sahibkar fəaliyyət növünün seçilməsində, istehsal proq-
ramının tərtib edilməsində, maliyyələşdirmə mənbələrinin tapılmasında,
resursların əldə edilməsində, məhsulun reallaşdırılmasında və ona qiymət
qoyulmasında, mənfəətin istifadəsində və s. işlərdə müstəqildir. Lakin sa-
hibkar həmişə bazardan, tələb və təklifin dəyişilməsi dinamikasında, qiymə-
tin səviyyəsindən, yəni mövcud əmtəə-pul münasibətləri sistemindən asılı
vəziyyətdə qalır.
Sahibkarlığın ikinci mühüm şərti qərarların qəbuluna, onların nəti-
cələrinə və bununla bağlı riskə görə məsuliyyət daşımasıdır. Məlum olduğu
kimi risk, həmişə qeyri-müəyyənliklə, gözlənilməz hadisələrlə əlaqədardır,
hətta ən dəqiq hesablamalar və proqnozlar bu amili aradan qaldıra bilməz, o,
sahibkarlıq fəaliyyətinin daimi yoldaşıdır.
Kommersiya sahəsində uğur qazanmağa meyil, mənfəətin artırılmasına
cəhd sahibkarlığın üçüncü mühüm əlaməti sayılır. Sahibkarların fəaliyyəti
təkcə iqtisadi məsələlərlə məhdudlaşmır, onlar cəmiyyətin sosial problem-
lərinin həllində bilavasitə iştirak edir, öz vəsaitlərinin müəyyən hissəsini
mədəniyyətin, təhsilin və səhiyyənin inkişafına, ətraf mühitin mühafizəsinə
xərcləyirlər.
Xüsusi iqtisadi təfəkkür tipi kimi sahibkarlıq praktiki fəaliyyətdə icra
olunan qərarların qəbuluna orijinal baxış və yanaşmaların məcmusu ilə sə-
ciyyələnir. Burada sahibkarın şəxsiyyəti həlledici rol oynayır. Sahibkar
olmaq o deməkdir ki, başqalarının edə bilmədiklərini bacarsın, müstəqil fəa-
liyyət növü seçsin, rəqabət bazarında layiqli yer tutsun, ictimai tələbatın
ödənilməsinə xidmət etsin və yüksək mənfəət götürsün.