Dünya iqtisadiyyatının tarixi
20
Bu qanunların yoxluğu həm də onunla əsaslandırıla bilər ki, əvvəla,
tarixi tədqiqatın predmeti həmişə “yarımçıq” xarakter daşıyır, yəni
“tükənən” deyil; ikincisi, tarixin hər hansı bir dövrünə yanaşmada vahid
mövqe yoxdur.
Beləliklə, tarix ümumi ilə deyil, təkcə ilə, spesifik olanla
məşğuldur. Yalnız tarix ayrıca götürülmüş hadisələrin (hadisənin)
səbəbiyyətlə izahını verir. Nəzəri elmlərdə bu qəbildən olan səbəbiyyət
izahı digər bir məqsədə - universal qanunların yoxlanılmasına xidmət
edir.
Tarixi qanunların mövcudluğunu ehtiva edən konsepsiyanı
K.Popper
“tarixçilik”(историцизм)
adlandırır.
“...
Tarixçilik
metafizikası... insanı məsuliyyət yükündən azad edir”.
20
Yəni, əgər möhkəm inam varsa ki, (tarixi qanunlara istinadla)
hansısa hadisələr mütləq baş verəcək, onda həmin hadisələrlə mübarizə
aparmaq mənasızlaşır.
K.Popperin fikrincə, tarixçilik ssientizmin növ müxtəlifliyindən
başqa bir şey deyildir. O mənada ki, tarixçilik də ssientizm kimi
təbiətşünaslıq elmlərinin metodlarını ictimai elmlər sferasına “daşıyır”.
Tarix – unikal hadisələrin növbələşməsini özündə ehtiva edir. Eyni
hadisənin təkrar baş verməsi mümkünsüzdür və buna görə də tarixin
qanunlarından danışmaq yersizdir. Qeyd edilən mövqe hələ XIX əsrin sonu
– XX əsrin əvvəllərində formalaşmışdır.(Q.Rikkert, V.Vindelband, V.Diltey
və s.).
K.Yaspers yazırdı ki, “… Əgər biz tarixin ümumi qanunlarını
aşkarlayırıqsa, onda tarixin özü bizim şüurumuzdan kənarda qalır. Zira,
tarix özünün individual simasında təkrarolunmazdır”.
21
Bununla belə, məlum həqiqətdir ki, tarixi inkişafın universal
qanunların yoxluğu heç də o anlama gəlmir ki, tarixdə səbəbiyyət
bağlılığı yoxdur və müəyyən təmayülləri, yaxud inkişaf yolunu
müəyyənləşdirmək mümkünsüzdür. Tarixdə səbəbiyyət prinsipi fəaliyyət
göstərir. Heç nə səbəbsiz baş verə bilməz. Lakin səbəbiyyət prinsipinin
mövcudluğu heç də tarixi qanunların mövcudluğunu ehtiva etmir. Bu
anlamda tarixi hadisələr arasında səbəbiyyət bağlılığının aşkarlanması
tarix elminin əsas vəzifələrindən biridir.
20
Поппер К. Открытое общество и его враги. Т.II, М.1993.- С.34
21
Ясперс К.Истоки истории и ее цель. Вып.2. M., 1994.- С.150
Dünya iqtisadiyyatının tarixi
21
Digər tərəfdən, müəyyən zaman kəsiyində hər hansı bir cəmiyyətin in-
kişaf təmayüllərinin aşkarlanması da tarix elminin mühüm vəzifələri sırasın-
dadır.
Elə buradaca, qeyd edək ki, bir çox hallarda təmayül = qanun
eyniyyətinə rast gəlinir. Çılpaq yanılmadan başqa bir şey deyildir. Hər
şeydən əvvəl, elmi qanun – universal təsbitdir, onun ümumi formasıdır.
Təmayül isə universal yox, ekzistensialdır. Təmayül – müəyyən məkan
və zaman çərçivəsində hansısa dəyişikliklərin istiqamətini ehtiva edir.
Əgər, qanun həmişə və hər yerdə fəaliyyətdədirsə, təmayül konkret
zaman kəsiyində mövcuddur və onun mövcudluğu hüdudsuz deyildir.
Bu baxımdan ən tipik yanılmalardan biri ondan ibarətdir ki, “indi”
mövcud olan təmayülü gələcəyə və keçmişə aid edirlər.
Artıq elmə məlum olan tarixi proseslərin səbəbləri problemi – tarix
fəlsəfəsində mərkəzi problemlərdən biri kimi çıxış edir. Daha konkret
şəkildə ifadə etsək, söhbət determinizm və indeterminizm, yaxud
qanunauyğunluq və təsadüfilik arasında seçimdən gedir. Məlumdur ki,
intibah dövründə tarixi qanunauyğunluğun primatlığı tam şəkildə ortada
idi. Sonrakı dövrlərdə determinist yanaşmanın məşhur tərəfdarları (A. de
Tokvil, K.Marks, M.Veber və s.) təsadüfiliyi ümumiyyətlə tarixi
təfəkkürün periferiyasına sıxışdırmağa çalışmış, onu elmi tarixin
çərçivəsindən kənara çıxarmağa cəhd etmişlər. Son onilliklər ərizndə
struktur tarix məktəbi də həmin istiqamətdə fəlaiyyət göstərmişdir. Bu
məktəb belə bir qənaətdən çıxış edir ki, insan fəaliyyətinin “görünən”
tarixinin əsasında latent tarixi proseslər (demoqrafik dəyişikliklər, iqtisadi
strukturlar, dəyər yönlənməsi) dayanır və həqiqətən də, mühüm tarixi
hadisələr təsadüfdən deyil, struktur transformasiyadan asılı olaraq baş
vermişdir.
Qanunauyğunluğun hökmran mövqeləri (elmi fikirdə) “zəbt”
etməsinə baxmayaraq, təsadüfilik heç vaxt tarixin sərhədlərindən kənara
çıxmamışdır. Təsadüf – tarixi əsaslandırmanın üsulu kimi qalmaqdadır.
Təsadüfilik problematikası müasir ənənəviçilərin əsərlərində yer
almaqdadır. Tarixi ənənəviçilər sistemli tədqiqatların, təkamül
sxemlərinin, abstraksiya və ümumiləşdirmələrin əleyhinədirlər.
Hər bir tarixi hadisənin unikallığını təsbit etməklə, onun, yəni
tarixin interpretasiyasında təsadüfi olanın və gözlənilməzin əsas rol
oynadığı qənaətindədirlər.
Ənənəviçilərin fikrincə, determinizm – tarixin əsas fiquru olan
insanın azadlığını inkar edir.