Игтисади сийасят: методолоэийа вя практика
25
innovasiya ilə bağlı müstəqil qərarlar verirlər. Bazar qiymətlərin-
dən və gələcək istehsal xərclərindən asılı olaraq gözlənilən gəlir
və bir sıra hallarda müəssisənin digər məqsədləri istehsal sfera-
larının genişlənməsini və inkişafını stimullaşdırır. Belə istehsal
sferaları əsasən cəlb olunan kapital vasitəsilə gəlir gətirirlər.
Rəqabət mühiti şəraitində iqtisadi subyektlərin uzunmüddətli
dövrdə öz qazanclarını maksimuma çatdırmağa çalışmaları isteh-
sal faktorlarının cəmiyyət üçün optimal yerləşməsini təmin edir.
Beləliklə, Pareto mənasında optimallıq şəraiti yaranır. Başqa
sözlə, ehtiyatların yenidən bölgüsünün başqalarına zərər vurma-
dan kimlərinsə xeyrinə dəyişdirilməsinin qeyri-mümkünlüyü şərti
yaranır.
Lakin yuxarıda qeyd olunanlar bazarın ideal halında müm-
kün olur. Təcrübədə isə bazarın özünü tənzimləmə xüsusiyyətləri
müxtəlif səbəblərdən zəifləyir. Ona görə də dövlət iqtisadi siyasət
vasitəsilə bazarın tənzimlənmə potensialına təkan verməyə
məcburdur. Bu baxımdan dövlətin bazar iqtisadiyyatında daha
bir neçə mühüm vəzifəsi müəyyənləşmişdir: - Təhsil siyasətli;
Ə
mlak siyasəti; Allokasiya siyasəti (bu siyasət dövlətin istehsal
təşəbbüsləri-dövlət sifarişləri və ya bilavasitə dövlətin iqtisadi
fəaliyyəti ilə aparılır); Stabilləşdirmə siyasəti; Vəsaitlərin yenidən
bölgüsü siyasəti və ya sosial siyasət və s.
Ə
nənəvi olaraq iqtisadi siyasətin subyektləri dedikdə ilk
növbədə dövlət basa düsülür. Lakin bu səthi yanaşma hesab
edilməlidir.Belə ki, xüsusilə bazar iqtisadiyyatı şəraitində iqtisadi
siyasətin subyektləri cox müxtəlif ola bilir. Həmin subyektlərin
sırasına dövlət və onun yerli, regional strukturları ilə yanaşı qeyri-
dövlət ittifaqları və birlikləri aiddir. Aydındır ki, dövlət haki-
miyyəti, ictimai xidmətlərin təminedicisi kimi, ayrı-ayrı istehsalçı
qruplar ilə müxtəlif istehlakçı, o cümlədən, əhali qruplarının iqti-
sadi maraqlarının uzlaşmasına xidmət etməlidir. Demokratik cə-
miyyətdə, ictimai- siyasi statusa malik struturlar da, iqtisadi siya-
sətin subyektləri kimi, iqtisadiyyatın tənzimlənməsində içtirak edə
bilərlər. Dünya təcrübəsində, iqtisadi siyasətə təsir gücünə malik
orqanlar arasında, üstmilli xarakterli orqanlar da fərqləndirilir.
Расим Щясянов
26
qtisadi siyasətin qeyri-dövlət subyektlərinə ayrı-ayrı qrup-
ların maraqlarını ifadə edən qurumlar aiddir. qtisadi siyasətin
formalaşması prosesində onun subyektləri arasında daimi mü-
barizə gedir. qtisadi siyasətin vəzifəsi, əslində daima yeni razılaş-
ma variantlarının hazırlanmasıdır. qtisadi siyasət bütövlükdə,
«dövlət tənzimlənməsindən» geniş anlayışdır. Dövlət iqtisadi
siyasətin həyata keçirərkən onun əsas təşəbbüskarı və icraçısı
olur. Makroiqtisadi tənzimlənmənin müvəffəqiyyəti dövlətin tota-
litarlığında yox, onun rasional siyasət aparmasındadır.
1.3. qtisadi siyasətin əsas konsepsiyaları
və məqsədlər piramidası
qtisadi siyasət konsepsiyası dedikdə, iqtisadiyyata məq-
sədyönlü və əsaslandırılmış təsirin qarşılıqlı əlaqəli məqsədləri,
prinsipləri, strategiyaları və alətləri sistemi başa düşülür. Belə
konsepsiyanın məğzini, iqtisadi siyasətin rasional mahiyyəti fər-
ziyyəsi təşkil edir. Təcrübədə iqtisadi siyasətin əsas tərkib his-
sələri kimi sosial siyasət, maliyyə-valyuta siyasəti, beynəlxalq in-
teqrasiya siyasəti, büdcə-vergi siyasəti, regional siyasət, struktur
siyasəti və ayrı-ayrı real fəaliyyət sahələrinin siyasəti və s. ayrılır.
qtisadi siyasətin məqsədləri mahiyyət etibarilə iqtisadi
inkişafın xarakteri və potensialı ilə müəyyənləşir. qtisadi inki-
ş
afın qlobal məqsədi -cəmiyyətin maksimum rifah halının təmin
olunmasıdır. Lakin bu məqsədin dəqiq kriteriya ilə ifadəsi yoxdur.
Ona görə qlobal məqsəddən əlavə əsas məqsədlər qrupu mövcud-
dur. Onları adətən dövlətin iqtisadi funksiyaları adlandırırlar. q-
tisadi siyasətin məqsəd və vasitələrini ierarxik strukturlu pirami-
da formasında sxemlə ifadə etmək olar. Bu məqsədləri öyrənər-
kən ən vacib metedoloji aspekt onların dialektik əlaqəsinin olması
- yəni aşağı səviyyəni məqsədə nail olunmanın yuxarı məqsəd
üçün vacibliyinin qəbul olunmasıdır.
Müasir sosial cəmiyyətdə əsas məqsədlərə-cəmiyyətin azad
inkişafı və hüquqi qayda-qanunların fəaliyyəti üçün əlverişli
şə
raitin təmin edilməsi (buraya daxili və xarici təhlükəsizlik mə-
Игтисади сийасят: методолоэийа вя практика
27
sələləri də daxil edilir) aid olunur. Belə məqsədlər bazar iqtisa-
diyyatının çərçivə prinsipləri hesab olunur.
qtisadi siyasətin əsas məqsədlərindən əlavə praktiki məq-
sədləri də vardır. qtisadi təcrübədə və elmi ədəbiyyatda adətən,
praktiki məqsəd müəyyənləşdirilir.-iqtisadi artım; tam məşğulluq;
qiymət səviyyəsinin və milli valyutanın stabilliyi. Bir sıra iqtisadçılar
buraya xarici iqtisadi tarazlıq gəlirlərin ədalətli bölgüsündə aid
edirlər.
qtisadi siyasətin qarşılıqlı əlaqəli məqsədlər toplusunu bir
neçə qrupa ayırmaq mümkündür: iqtisadi sistemin məqsədləri
(məsələn, ehtiyatların bazar vasitəsilə bölüşdürülməsi prioritet-
ləri); iqtisadi proseslərin xarakteri ilə bağlı məqsədlər (məsələn,
qiymətlərin stabilliyi, tam məşğulluq); iqtisadiyyatın strukturuna
təsirlə bağlı məqsədlər (məsələn, xidmət sferasının inkişafı və ya
istehsal sektorunun ətraf mühitə zərərli təsirini azaltmaq üçün mo-
dernləşdirilməsi). Əhatə müddətinə görə qısa, orta və uzun-
müddətli məqsədləri də ayırmaq mümkündür.
qtisadi siyasətin bütövlükdə mövcudluğu və nəticəliliyi
baxımından məqsədlərin müəyyənləşdirilməsi çox vacibdir. Lakin
mahiyyətinə görə, məqsədlərin doğru olub-olmadığını, onlara
bəslənilən gözləntilərin doğrulmasını yalnız müəyyən vaxt ötdük-
dən sonra müəyyənləşdirmək mümkündür. Əksər hallarda isə, bu
vaxt artıq buraxılmış səhvləri düzəltməyə ehtiyac yaranır. Eyni
zamahda nəzərə almaq vacibdir ki, bir çox sahələrdə məqsədlər
ə
vvəlcədən ya ənənələrlə və ya Konstitusiya ilə müəyyənləşə
bilir. Siyasətin qalan sahələrində isə məqsəd seçimi sərbəstdir.
Məqsədlərin düzgün seçimində yaranmış şəraitin elmi əsaslara
təhlili mühüm əhəmiyyətə malikdir.
Belə təhlilin ən həlledici meyarı Məqsədlərin uzlaşması və
realizasiyasının səmərəlilik məhdudiyyətləri daxilində müm-
künlüyü hesab olunmalıdır.
Məqsədlər bir-birinə münasibətdə komplementar (bir-birini
tamamlayan), neytral və ya konfliktli (bir-birinə zidd) ola bilər.
Ə
gər məqsədlər konfliktlidirsə, məsələn, A məqsədinə çatmaq
üçün atılan hər bir addım B məqsədini uzaqlaşdırırsa, onda məq-
Расим Щясянов
28
sədlərin prioritetliyini müəyyənləşdirmək və ya siyasi kompromis
tapmaq zərurəti yaranır. Nəzərə almaq vacibdir ki, hətta məqsəd-
lərin qısa müddətli konflikti uzunmüddətli dövrdə öz-özünə həll
ola bilər. Əgər eyni vaxtda, bir neçə məqsəd müəyyənləşirsə
onda, rasional iqtisadi siyasət baxımından, aşağıdakı kimi bəzi
məqamları nəzərə almaq vacibdir.
Məqsədlərin ziddiyyətsizliyi. Məqsədlərin rasional sistemi
daxilən ziddiyyətli ola bilməz. Məsələn, əgər bütün partner ölkə-
lər cari tədiyyə balansının müsbət saldoya malik olması məqsə-
dini qabartmağa çalişarsa, onda belə məqsədlər sistemi ziddiyyət-
li olacaqdır.
Ölkə daxilində məqsədlərin uzlaşması o vaxt baş verə bilər
ki, məsələn tədiyyə balansının müsbət saldosu (bu inflyasiyanın
artması deməkdir) məqsədlərdən biri kimi qoyulur, eyni zamanda
iqtisadi siyasətin əsas məqsədi kimi aşağı inflyasiya səviyyəsinin
təmin olunması müəyyənləşdirilir. Məqsədlər nəzəri və təcrübi
baxımdan uyuşmazdırsa, onda iqtisadi siyasət konsepsiyası özünü
göstərir.
Məqsədlər siyahısının tamlığı. Məqsədlərin siyahısı bütün
ə
həmiyyətli məqsədləri əhatə etməlidir. Əks halda iqtisadi siyasət
konsepsiyasını sistemli və obyektiv təhlil etmək, onun ziddiyyət-
lərini aşkar etmək mümkün deyil.
Məqsədlərin ierarxiyası. Məqsədlər ən mühüm və az vacib-
lərə, ilk növbəli və təcili olmayanlara ayrılmalıdır. Alt məqsədlərə
nail olmaq əsas məqsədlərə nail olmaq üçün fundament hesab
olunmalıdır (Məsələn məhsuldarlığın artımı iqtisadi artımın
ə
sasıdır). Vaxta görə prioritet ilk növbəli məqsədələrə məxsusdur.
Məqsədlərin açıqlığı. Məqsədlər sistemi elə qurulmalıdır ki,
məqsədlərin vacibliyi və onların bir-biri ilə uyğunluğunu müəy-
yənləşdirmək mümkün olsun.
cra orqanlarının razılaşdırılması. Hər bir məqsəd üçün
onun realizasiyasına məsul təşkilat müəyyənləşdirilməlidir. Bu
təşkilat məqsədlərin realizasiyası üçün səlahiyyətlərə malik ol-
maqla, öz fəaliyyəti haqda hesabatlar verməlidir.
Dostları ilə paylaş: |