Gözlənilən nəticələr - Azərbaycanda (kiçik və orta) sahibkarlığın sahələr üzrə inkişaf
perspektivlərinin göstərilməsi, innovasiya yönümlü sahibkarlıq subyektləri üçün uyğun
strategiyanın qurulması üsullarının verilməsidir (məsul icraçı: i.e.n. S.H. Abasova,
icraçılar: M.M.Osmanov, D.A.Əhmədov, D.C.Hüseynova).
“Sahibkarlığa
Kömək
Milli
Fondunun
vəsaitlərinin
səmərəli
yerləşdirilməsi məqsədilə Respublika iqtisadiyyatının prioritet sahələrinin
müəyyənləşdirilməsi”
mövzusu üzrə Respublika iqtisadiyyatının bir sıra vacib məsələləri araşdırılmışdır:
1) mövcud nəzəri yanaşmalar, elmi-təcrübi materiallar və mütərəqqi dünya
təcrübəsinin təhlili əsasında müasir dövrdə ölkə iqtisadiyyatının prioritet sahələrinin
müəyyənləşdirilməsi üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir;
2) müvafiq nəzəri-metodoloji əsaslara uyğun olaraq, bu vaxta kimi aparılmış
analoji tədqiqatların (BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2003-cü və 2005-2006-cı
illərdə İqtisadi İslahatlar Mərkəzində, 2009-2010-cu illərdə İqtisadi İslahatlar Elmi-
Tədqiqat İnstitutunda, GTZ-in dəstəyi ilə 2009-cu ildə Finre Consulting və Yerli İqtisadi
İnkişaf Mərkəzində, 2003 və 2005-ci ildə DB-nın dəstəyi ilə aparılmış müvafiq
tədqiqatların) nəticələri də nəzərə alınmaqla ölkə iqtisadiyyatının inkişaf potensialına
malik olması ehtimal olunan sektor və alt-sektorların ilkin siyahısı dəqiqləşdirilmişdir
(bu zaman aşkar cari və potensial müqayisəli üstünlüklərin qiymətləndirilməsinin
Balassa, xalis ixrac, ixrac oxşarlığı üsullarından istifadə edilməklə əldə olumuş nəticələrə
istinad edilmişdir);
3) ölkənin xüsusiyyətləri nəzərə alınaraq, daha dərin və müfəssəl tədqiqatlar və
təhlillər aparmaqla əvvəlki mərhələdə seçilmiş sektor və alt-sektorların siyahısı daha da
dəqiqləşdirilmiş və konkretləşdirilmişdir;
4) seçilmiş prioritet sahələrin inkişaf etdirilməsi və bu sahələrə investisiyaların cəlb
edilməsi siyasətinə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçılar: i.e.n.
R.N. Hüseynəliyev, i.e.n. V.Ə. Rüstəmov icraçılar: M.M.Mehdiyev, A.Q.Davudov,
A.M.İsmayılova).
Problem. İnsan resurslarının inkişafı və sosial-iqtisadi
problemlər üzrə tədbirlərin keçirilməsi
“İnsan inkişafının sosial-iqtisadi sahələrinin inkişafı üzrə tədris
proqramlarının hazırlanması və treninqlərin keçirilməsi”
mövzusu üzrəTürkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyinin (TİKA) Bakı nümyəndəliyi ilə əməkdaşlıq çərçivəsində İnstitutda
“İnnovasiya və Təlim Mərkəzi” yaradılması layihəsi həyata keçirilmişdir. Tədqiqat işi
üzrə qarşıya qoyulmuş məqsəd - kadr hazırlığında və innovativ elmi-texniki imkanların
genişləndirilməsində müasir texnoloji vasitələrdən istifadə edilməsi olmuşdur. Belə ki,
məhz bu məqsədlə də Mərkəz “LifeSize” avadanlığı vasitəsilə video-əlaqə (telemost),
“Smart Lövhə” (“Ağıllı Lövhə”) vasitəsilə təlimlərin intellektual idarə olunması, təlimdən
sonra vəsaitlərin elektronlaşdırılması, istifadəçilərin hər birinin çap vasitələrindən
faydalanma imkanları ilə təchiz olunmuşdur. Aktiv iştirakçı tutumu 35, qeyri-aktiv
iştirakçı tutumu isə 80-100 nəfərdir.Bu işdə TİKA Bakı nümayəndəliyindən başqa
Nazirliyin İstehlak Bazarına Nəzarət və Antiinhisar Siyasəti Dövlət Xidməti də dəstək
göstərmişdir. Daha sonra isə kadr potensialının gücləndirilməsində Mərkəzdən istifadə
edilməsi ilə Fəaliyyət Proqramının ilkin layihəsi hazırlanmış və bu Proqramın növbəti
illərdə tətbiqi nəzərdə tutulmuşdur(məsul icraçı: i.e.d. V.M.Vəliyev, icraçı:
A.M.İsmayılova, K.Q.Hüseynova).
“Sosial-iqtisadi inkişafın elmi əsaslarının işlənməsi üzrə beynəlxalq
təcrübənin öyrənilməsi və əlaqələrin koordinasiya edilməsi”
mövzusu üzrətədqiqat işi aparılmışdır.Qeyd olunan tədqiqat işinin aparılması
“Azərbaycanın, digər İqtisadiƏməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə regional və iqtisadi
ə
məkdaşlığının prioritetlərinin qiymətləndirilməsi” mövzusu ilə davam etdirilmişdir.
Belə ki, hesabat dövründə aparılmış tədqiqatlar üzrə nəticələr sistemləşdirilmiş və
müxtəlif tədbirlərdə məruzə edilmişdir:
1) “İƏT-ə üzv ölkələrdə nəqliyyat və logistika” mözusunda məqalə hazırlanmış və 5-
6 sentyabr 2013-cü il tarixlərində Bakıda keçirilmiş “Enerji, regional inteqrasiya və
sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq Konfransa təqdim olunmuşdur;
2) məqalədə iki beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən İqtisadi
Ə
məkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat sektoru araşdırılmışdır. Hal-
hazırda beynəlxalq təcrübədə qəbul olunmuş və Dünya Bankı tərəfindən 150-dən artıq
ölkəni əhatə etməklə hazırlanan “Logistics Performance Indeks” cədvəlində İƏT-ə üzv
ölkələrin reytinq göstəricilərindən istifadə edilərək regionda bu sahədə mövcud olan
problemlər öyrənilmiş və həmmüəlliflər tərəfindən problemlərin aradan qaldırılması
istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər haqqında təklif irəli sürülmüşdür;
3) “Azərbaycanla İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq çərçivəsində logistika
infrastrukturunun inkişaf prioritetlərinin qiymətləndirilməsi”adlı məqalə və təqdimat
hazırlanmış, konfransda məruzə edilmişdir. Qeyd olunanlarla yanaşı tədqiqat işinin
icrası ilə əlaqədar olaraq, Azərbaycan Texniki Universitetində Ümumilli Lider Heydər
Ə
liyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və
Azərbaycan Təhsili” mövzusunda Respublika elmi konfransında və 13-15 iyun 2013-cü il
tarixlərində Bakıda keçirilmiş “TransCaspian” 12-ci Beynəlxalq Nəqliyyat, Tranzit və
Logistika sərgisində iştirak edilib(məsul icraçı: A.M.İsmayılova, icraçı: K.Q.Hüseynova).
“Sahibkarların
maarifləndirilməsi
məqsədilə
Fondun
fəaliyyət
istiqamətlərinə
uyğun
metodiki
materialların
nümunələrinin
hazırlanması”
mövzusu
üzrə
İnstitutun
fəaliyyətinə
uyğun
olaraq,
sahibkarların
maarifləndirilməsi məqsədilə kitabçaların hazırlanması həyata keçirilməyə başlanmışdır.
Belə ki, hesabat ilində bu məqsədlə İnstitutun əməkdaşı Albert Tağıyev tərəfindən 3 cib
kitabçası hazırlanmış və çapa təqdim edilmişdir:
1) “Müəssisələrin inkişafında françayzinq dəstəyindən necə istifadə etməli?
(müəssisə menecerləri üçün)”;
2) “Müəssisələrin rəqabətlilik qabiliyyətini necə yüksəltməli?”;
3) “İnnovasiya: sual-cavabda” (məsul icraçılar: A.M.İsmayılova, A.Q.Davudov
icraçılar:D.C.Hüseynova, Q.F.Mustafayev,N.N.Əhmədov).
Problem. Azərbaycan Respublikasında kommunal
xidmətlərin sosial-iqtisadi göstəricilərinə təsirinin
qiymətləndirilməsi
“Mənzil-kommunal sahəsində sosial-müdafiə mexanizmlərinin nəzəri-
metodoloji aspektləri”
mövzusu üzrə tədqiqat işi aparılmışdır. Tədqiqat işinin əsas məqsədi mənzil-
kommunal təsərrüfatı kompleksinin (MKTK) fəaliyyətinin effektivliyi, dayanıqlılığı və
etibarlılığının
artırılması,
sosial-müdafiə
mexanizmlərinin
nəzəri-metodoloji
aspektlərinin işlənməsindən ibarət olmuşdur.Bu məqsədlə ilkin mərhələdə Azərbaycan
Respublikasında MKTK-nın cari vəziyyəti təhlil edilmiş, problemlər araşdırılmış, mənzil-
kommunal sektorunda keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrin də təcrübəsi nəzərə
alınmaqla, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif mənbələrdən