Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin 2015-ci il
6 avqust tarixli F-80 nömrəli əmri ilə təsdiq edilib.
Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə
qaydasında çap edilməsi
mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları
1. Bu üsullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
qeydiyyatına
alınmış
dərman
vasitələrinin
qiymətlərinin
tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi
Qaydası”nın 6.2-ci bəndinə əsasən hazırlanmışdır və qiymətləri
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra -
Şura) tərəfindən tənzimlənmiş dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin (bundan sonra – dərman vasitəsi) qiymətlərinin onların
qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilməsi
mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsullarını
müəyyən edir.
2. Dərman vasitəsinin qiymətinin qablaşdırmanın üzərində
mətbəə
qaydasında
çap
edilməsi
mümkün
olmadıqda,
qablaşdırmanın üzərində pərakəndə satış qiyməti (bundan sonra –
qiymət) aşağıdakı üsullardan biri ilə göstərilir:
2.1. sənaye printeri vasitəsilə çap olunmaqla;
2.2. qiymət kağızı yapışdırmaqla;
2.3. ştamp vasitəsilə vurmaqla.
3. Bu üsulların 2-ci hissəsində göstərilən üsullarla dərman
vasitəsinin qiyməti onun dövlət qeydiyyatına alınması zamanı
müəyyən edilən qablaşdırmasının üzərində istehsalçı və ya onun
səlahiyyətli nümayəndəsi, habelə dərman vasitəsinin qiymətində
dəyişiklik baş verdikdə onun mülkiyyətçisi tərəfindən göstərilir.
4. Qiymət dərman vasitəsinin üzərinə topdansatış əczaçılıq
müəssisəsinə mədaxil edilməzdən əvvəl vurulur.
5. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən dərman
vasitəsi mədaxil edərkən onun üzərindəki qiymətin Şura tərəfindən
təsdiq edilmiş qiymətə uyğun olub-olmadığını yoxlayır.
6. Qiyməti Şura tərəfindən təsdiqlənmiş, lakin üzərində mətbəə
qaydasında və ya bu üsullarla göstərilməyən, habelə təsdiqlənmiş
qiymətdən fərqli qiymət göstərilmiş dərman vasitəsi aptek təşkilatına
satış üçün mədaxil olunmur.
7. Dərman vasitəsinin Şura tərəfindən təsdiq edilmiş qiymətində
dəyişiklik baş verdikdə, dərman vasitəsinin üzərində yeni qiymətin
göstərilməsi bu üsulların 2-ci hissəsində nəzərdə tutulmuş üsullarla
dərman vasitəsinin mülkiyyətçisi tərəfindən təmin edilir.
8. Dərman vasitəsinin üzərində yeni qiymətin əvvəlki qiymətin
üzərinə vurulmasına yol verilmir və əvvəlki qiymətin üzərindən xətt
çəkilir.
9. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət sənaye
printeri vasitəsilə çap olunduqda aşağıdakı tələblərə əməl edilir:
9.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik
göstəricisinin arasında nöqtə (“.”) işarəsi qoyulur (məsələn X.XX;
XXX.XX);
9.2. qiymətdə rəqəmlərin və hərflərin yazılmasında hündürlüyü
0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
9.3. qara rəngli, su, spirt və ya digər məhlulla silinməyən
boyadan istifadə olunur.
10. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət kağızı
yapışdırıldıqda aşağıdakı tələblərə əməl edilir:
10.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və
qəpik göstəricisinin arasında nöqtə ( “.”) işarəsi qoyulur (məsələn
X.XX; XXX.XX);
10.2. qiymət kağızının rəngi ağ, yazıların rəngi qara olur;
10.3. qiymət kağızının eni 0,9-1,2 sm, uzunluğu 2,0-2,5 sm
ölçüsündə olur;
10.4. rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-
0,3 sm ölçüdə şriftlərdən istifadə olunur.
11. Dərman vasitəsinin qablaşdırmasının üzərinə ştamp
vasitəsilə qiymət vurulduqda aşağıdakı tələblərə əməl edilir:
11.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və
qəpik göstəricisinin arasında nöqtə (“.”) və ya defis (“-”) işarəsi
qoyulur (məsələn X-XX; XX-XX; X.XX; XX.XX);
11.2. qara və ya tünd göy rəngli, su, spirt və ya digər məhlulla
silinməyən mürəkkəbdən istifadə olunur;
11.3 rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-
0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
11.4. bu üsulla qiymət şüşə qablaşdırmanın üzərinə və silinə
biləcək səthlərə vurulmur.
12. Dərman vasitəsinin üzərində bu Üsulların 2-ci hissəsində
nəzərdə tutulmuş üsullarla qiymət göstərilən zaman, qiymətin aydın
oxunması təmin edilir və dərman vasitəsinin istehsal və son istifadə
tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən
dərman vasitəsi barədə məlumatların oxunmasının vizual
məhdudlaşdırılmasına yol verilmir.
Dostları ilə paylaş: |