64
2 Mart - Ümumdünya Ucadan Oxu Günü
Ümumdünya Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu gün
LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü
qeyd olunur. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı
təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq
imkanı kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün
uşaqların savad alması hüququnu dəstəkləyirlər.
Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan çox
insan tərəfindən qeyd olunur.
İnternetdə:
www.books.google.com
65
3 Mart - Ümumdünya Yazıçı Günü, (1921)
Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən
(bu
ad
ingiliscə
üç sözün poets (şair), essayists (oçerkçi)
və nvelists (novella, roman müəllifi) – ilk həriflərindən yaranan qısaltmadır)
qeyd olunmağa başlayıb. PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə
isə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca
48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart
ayının 3-nü ―Yazıçı‖nın ―Ümumdünya Sülh Günü‖ elan edilməsi barədə qərar
qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN
mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə, ―Yazıçı
Günü‖ adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və
mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.
Bayramı keçirməkdə məqsəd ―Dördüncü hakimiyyət‖in - demokratik
mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə,
faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar
naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə
bayramıdır. Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də
yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə
2011- ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib.
Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf
götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya
ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun
üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
İnternetdə:
www.books.google.com
66
3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü, (1973)
20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna
məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın
üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 sylı
qətnamə ilə). Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm
sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunmuşdur. Həmin sənəd ―Məhv olmaq
təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti
haqqında‖ Konvensiya adlanırdı. Sənəd 3 mart 1973-cü ildə qəbul olunmuşdur.
Bu bayramın BMT - də qəbulundan öncə, 2013-cü ilin yazında Tailandda
keçirilən SİTES Tərəfdarları Konfransı iştirakçılarının bu haqda təşəbbüsü
olmuşdur. Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək
təklif olunmuşdur. Konfrans iştirakçıları bu təkliflə bağlı BMT-yə müraciət
etmişlər. 180 ölkə Konvensiyaya qoşulmuşdur. Bu bayramın yaranması Yer
üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərir.
İnternetdə:
www.books.google.com
67
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, (2005)
“İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial
sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir
Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız
beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni
səslənir, dövlət bayrağı qaldırılır”.
Ümummilli lider Heydər Əliyev
Bu tarix Azərbaycan Prezidenti
İlham Əliyevin ―Bədən Tərbiyəsi və
İdman Günü‖nün təsis edilməsi haqqında
4 mart 2005-ci il tarixli Sərəncamına
əsasən qeyd olunur. Ölkəmizdə idmanın
inkişafı isə ildən-ilə geniş vüsət alır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman
Gününün martın 5-də qeyd olunması
təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman
Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə
görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni
strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli
Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən
tərbiyəsinə diqqət daha da artdı.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar
səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.
2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan
idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda
Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi
arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç
şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi.
Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş
mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3
gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı, Azərbaycan
Gimnastika Federasiyasının Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir və
Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin
inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman
dövləti kimi tanıdır. ―Sağlam bədəndə sağlam ruh olar‖ pirinsipinə söykənərək
demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir
dövlətdir.
İnternetdə:
www.books.google.com