38
MÖVZU 6.
ƏMƏK HÜQUQUNUN ƏSASLARI
Plan:
1.
Əmək hüququnun anlayıĢı və predmeti.
2.
Əmək müqaviləsinin anlayıĢı və əhəmiyyəti.
3.
Əmək müqaviləsinin bağlanmasının qaydası.
4.
Əmək müqaviləsinin xitam verilməsi əsasları.
5.
ĠĢçinin təĢəbbüsü ilə əmək müqaviləsinin pozulması.
6.
ĠĢəgötürənin təĢəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi.
7.
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.
8.
ĠĢ vaxtı.
9.
Ġstirahət vaxtı.
10.
Əmək və icra intizamı.
Ədəbiyyat
1.
Azərbaycan Respublikası Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002.
2.
Ġsmayılov M. Azərbaycan Respublikası Konstitusiyasının və hüquqlarının əsasları. Bakı, Qanun,
2002.
3.
Rəsulov M., Qasımov A., Ġsmayılov Ġ. Əmək hüququ. Bakı, 1996.
4.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı. 1999.
1.
Əmək hüququnun anlayıĢı və predmeti
Ġstənilən cəmiyyətin maddi əsasını insanların əmək fəaliyyəti təĢkil edir. Əmək insanların yaĢaması üçün
əbədi tibbi Ģəraitdir. Ġnsan bütün kəĢflərinə, əldə etdiyi nailiyyətlərinə görə ilk növbədə əməyə minnətdar
olmalıdır.
Ġstehsalat iĢtirakçıları arasında yaranan münasibətlər hüquqla tənzim edilir. Əmək hüquq normaları əmək
prosesinin özünü deyil, insanların əmək fəaliyyəti prosesində yaranan münasibətləri məhz tənzim edir.
Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüququn sahələrə və institutlara ayrılması üçün baĢlıca
meyar vardır. Bunlardan 1-si hüquqi nizamasalmanın predmeti, digəri isə metodudur. Məhz bu iki meyar hüquq
sisteminin sahələrə bölünməsi üçün əsasdır. Hər hansı hüquq sahəsinin predmeti dedikdə onun öyrəndiyi ictimai
münasibətlərin dairəsi baĢa düĢülür. Hüquqi tənzimlənmənin metodu dedikdə isə həmin hüquq sahəsinin tənzim
etdiyi ictimai münasibətlərə təsir üsulları baĢa düĢülür. Məhz hüquqi tənzimetmə predmetinə və metoduna görə
hüquq sahələri bir-birindən fərqləndirilir.
Əmək hüququnun predmetini əmək münasibətləri təĢkil edir. Hüququn müstəqil sahəsi kimi əmək hüququ
vətəndaĢların əməyə olan qabiliyyətinin realizəsi zamanı yaranan ictimai əmək münasibətlərini tənzim edir. Bu
münasibətlər əmək hüququnun subyektləri olan iĢçi və iĢəgötürən arasında yaranır.
Əmək hüquq münasibəti iĢtirakçılarının bir-birindən nə iqtisadi və nə də baĢqa asılılığı yoxdur. Onlar öz
istəklərinə görə tərəfdaĢ –kontragent seçən bərabərhüquqlu subyektlərdir. Yalnız bu subyektlərin qarĢılıqlı
surətdə iradələri ifadə edildikdə və mənafeləri razılaĢdırıldıqda istehsal vasitələrinin iĢçi qüvvəsi ilə birləĢməsi
prosesi mümkün ola bilər. Lakin belə birləĢmə öz növbəsində birgə fəaliyyətin vahid məqsədə və iradəyə -
rəhbərin iradəsinə tabe olmağı nəzərdə tutur. Əmək hüquq münasibəti subyektlərinin göstərilən tabeçiliyi birgə
kollektiv əməyin tətbiqi ilə əlaqədardır. Asılı deyildir, əmək kollektivinin tamhüquqlu üzvüdür və qanun, habelə
bağlamıĢ olduğu fərdi müqavilə Ģərtləri müstəqil məsuliyyət daĢıyır.
Beləliklə, əmək hüquq münasibətləri subyektlərinin qarĢılıqlı münasibəti əmək prosesində müəyyən
asılılıq və tabeçiliklə bərabərliyin üzvü surətdə uzlaĢması ilə səciyyələnir.
2. Əmək müqaviləsinin anlayıĢı və əhəmiyyəti
a) Əmək müqaviləsinin anlayıĢı. Əmək müqaviləsi əmək hüquq dilində əsasən üç aspektdə öyrənilir.
1. VətəndaĢların Konstitusiya əmək hüququnun realizəsinin forması, yəni fəhlə və ya qulluqçularının əməyi
haqqında saziĢ kimi;
39
2. Əmək hüquq münasibətlərinin yaranmasının və müəyyən müddətdə mövcud olmasının əsası, yəni
hüquqi fakt kimi;
3. Əmək hüququnun xüsusi hissəsinin bir institutu, yəni iĢçilərin iĢə qəbulu, baĢqa iĢə keçirilməsi və iĢdən
çıxarılmasını tənzim edən hüquq normalarının sistemi kimi öyrənilir.
VətəndaĢların Konstitusiyada təsbit edilmiĢ əmək hüququnun realizəsinin əsas forması əmək
müqaviləsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci açıq tərifi verilmiĢdir. Orada
deyilir ki, əmək müqaviləsi – iĢəgötürənlə iĢçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas
Ģərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bu müqaviləyə görə iĢçi daxili əmək
nizam qaydalarına tabe olmaqla müəyyən ixtisas dərəcə və ya vəzifə üzrə iĢ görməyi öhdəsinə götürür,
iĢəgötürən isə iĢçiyə əmək haqqı verməyi və əmək qanunvericiliyində və tərəflərin saziĢində nəzərdə tutulmuĢ iĢ
Ģəraitini təmin etməyi öhdəsinə götürür.
Deməli, əmək müqaviləsi iki tərəfli əqd olub, konkret Ģəxsin konkret müəssisə ilə həmin istehsalda iĢçinin
əməyi haqqında saziĢdir. Bundan baĢqa əmək müqaviləsi əmək hüquq münasibətinin yaranmasının əsasını və
mövcud olmasının forması kimi müqavilə tərəflərinin hüquq və vəzifələrini müvafiq əmək hüquq münasibəti
subyektlərinin hüquq və vəzifələri ilə sıx bağlayır.
b) Əmək müqaviləsinin əhəmiyyəti. Hər bir əmək müqaviləsi böyük əhəmiyyət kəsb edir. Onun hüquqi
əhəmiyyəti hər Ģeydən əvvəl ondadır ki, əməyin tətbiqi üzrə hüquq münasibətlərinin yaranması və inkiĢafı üçün
lazımdır.
1. Əmək müqaviləsi konkret iĢəgötürənlə iĢçi arasında əmək münasibətlərinin yaranması üçün əsasdır;
2. Əmək hüquq münasibəti bağlanmıĢ əmək müqaviləsinin qüvvədə olduğu vaxt ərzində mövcuddur. Əmək
müqaviləsi tərəfindən qarĢılıqlı hərəkətlərinin müəyyən olunması üçün hüquqi əsasdır;
3. Əmək müqaviləsi mövcud əmək qanunvericiliyinə uyğun surətdə tərəfləri müəyyənləĢdirərək
rəsmiləĢdirilir;
4. Əmək müqaviləsi əmək hüquq münasibətlərinin subyekti olan hər bir iĢçinin mövcud əmək
kollektivində iĢ yerini və peĢə, yaxud ixtisas üzrə vəzifəsini birləĢdirir. Bundan baĢqa, əmək müqaviləsi iĢçinin
mövcud əmək Ģəraitini fərdiləĢdirir ki, bu da fəhlə və qulluqçunun vəziyyətini ağırlaĢdıran, yaxud pisləĢdirən
halların qarĢısının alınmasında böyük rol oynayır.
3. Əmək müqaviləsinin bağlanma qaydası
Əmək müqaviləsi bağlanılarkən heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Əmək Məcəlləsinin 42-ci
maddəsində deyilir ki, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə
bilməz. Əmək müqaviləsinin tərəflərindən biri iĢəgötürən, digəri isə iĢçidir.
15 yaĢına çatmıĢ hər bir Ģəxs kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiĢ
qaydada fəaliyyət qabiliyyəti olmayan Ģəxs hesab edilmiĢ Ģəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam
fəaliyyət qabiliyyəti olmayan Ģəxs iĢəgötürülən ola bilməz.
Əmək müqaviləsinin məzmunu dedikdə isə tərəflərin hüquq və vəzifələrinin həcmini müəyyənləĢdirən
bütün Ģərtlərin məcmusu baĢa düĢülür. Bu Ģərtlər aĢağıdakılardan ibarətdir:
a) bilavasitə qanunvericiliklə müəyyən olunan Ģərtlər;
b) tərəflərin saziĢi ilə müəyyən edilən Ģərtlər.
Bilavasitə qanunvericiliklə müəyyən edilən Ģərtlər dedikdə, tərəflərin iradəsindən asılı olmayan və
dəyiĢdirilə bilməyən Ģərtlər anlaĢılır. Məsələn, iĢ vaxtının müddəti, istirahət vaxtının, məzuniyyətin minimum
müddəti, əmək haqqının minimum məbləği və s. qabaqcadan qanunvericiliklə müəyyənləĢdirilir.
Qanunvericiliklə müəyyən edilən Ģərtlər əmək müqaviləsinin tərəfləri olan iĢəgötürənin və iĢçilərin təĢəbbüsü ilə
dəyiĢdirilə bilməz. Bu Ģərtlər tərəflərin hər ikisi üçün məcburi xarakter daĢıyır, yəni onlar həmin Ģərtlərlə əməl
etməyə borcludurlar.
Tərəflərin saziĢi ilə müəyyən olunan Ģərtlər mahiyyətinə görə iki yerə bölünür:
a) zəruri Ģərtlər (bəzən buna məcburi Ģərtlər də deyilir);
b) əlavə Ģərtlər.
Adından da göründüyü kimi, zəruri Ģərtlər olmadan əmək müqaviləsi bağlana və real əmək hüquq
münasibəti yarana bilməz.
Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndində deyildiyi kimi, əmək müqaviləsində mütləq
aĢağıdakı əsas Ģərtlər və məlumatlar göstərilməlidir:
a) iĢçinin soyadı, atasının adı və ünvanı;
b) iĢəgötürənin adı, ünvanı;
c) iĢçinin iĢ yeri, vəzifəsi (peĢəsi);
ç) əmək müqaviləsinin bağlandığı və iĢçinin iĢə baĢlamalı olduğu gün;