Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bu  dövrdə  naxçıvanlı  bəstəkar  və  musiqiçilər  Nəriman 
Məmmədov,  Ramiz  Mirişli,  Məmməd  Məmmədov,  Məmməd 
Ələkbərov,  Rəşid  Məmmədov,  Səfər  Rəcəbov,  Vahid  Axundov 
ilk musiqi əsərlərini yaratmışlar. 
 
Naxçıvan  Dövlət  Dram  Teatrı  1964-cü  ildə  yeni  binaya 
köçürülmüş  və  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrı 
adlandırılmışdır.  Teatr  1966-cı  ildən  C.Məmmədquluzadənin 
adını daşıyır.  
 
Bu  illərdə  kitabxana  və  klub,  mədəni-maarif  işi  sahəsində 
həyata  keçirilən  tədbirlər  bu  müəssisələrin  sayının  artmasına 
səbəb  olub.  1965-ci  ildə  kitabxanaların  sayı  154-ə,  klub  və 
mədəniyyət  evlərinin  sayı  100-ə  çatıb.  Bununla  belə  muxtar 
respublikada  yeni  teatr  və  muzeylərin  yaradılması  sahəsində 
durğunluq  özünü  göstərirdi.  Muxtar  respublikanın  rayonlarında 
uşaq 
musiqi 
məktəbləri, 
kitabxana 
sistemi, 
muzeylərin 
yaradılması hələ də arzu olunan səviyyədə deyildi. 
Azərbaycanda  muzey  işinin  və  muzeyşünaslığın  inkişafı 
ümummilli  lider  Heydər  Əliyevin  xidmətləri  sayəsində  mümkün 
olmuşdur.  Dahi  şəxsiyyət  ölkəyə  rəhbərlik  etdiyi  illərdə  mu-
zeylərə böyük önəm vermiş, ötən əsrin 70-80-ci illərində respub-
likamızda  tarix-diyarşünaslıq,  xatirə,  ev-muzeylərinin  yaradıl-
ması,  onların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  isti-
qamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu illərdə 
muxtar respublikanın Ordubad, Culfa, Şərur, Şahbuz rayon tarix-
diyarşünaslıq muzeyləri yaradılmışdır. 
 
Ümummilli  liderin  birinci  hakimiyyəti  illərində  muxtar 
respublikanın  bölgələrində  də  muzeylərin  sayı  artmış,  yeni 
muzeylər  yaradılmışdır.  Məmməd  Səid  Ordubadinin  ev-muzeyi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
(1972),  Yusif  Məmmədəliyevin  ev-muzeyi  (1975),  Hüseyn 
Cavidin  ev-muzeyi  (1981),  Cəmşid  Naxçıvanskinin  ev-muzeyi 
(1981)  və  başqa  muzeylər  məhz  bu  illərdə  yaradılmışdır. 
Naxçıvan  Dövlət  Rəsm  Qalereyası  da  1982-ci  ildə  qapılarını 
tamaşaçılarının üzünə açmışdır. 1987-ci ildə isə Şərur rayonunda 
Cəlilkənddə  C.Məmmədquluzadənin  Xatirə  Muzeyi  yaradıl-
mışdır. 
 
Naxçıvanda  musiqi  mədəniyyətinin  inkişafı  üçün  vacib 
işlər  həyata  keçirilmişdir.  1978-ci  ildə  Azərbaycan  Bəstəkarlar 
Təşkilatının  Naxçıvan  şəhərində  keçirilən  səyyar  plenumunda 
Naxçıvan 
Bəstəkarlar 
Təşkilatı 
yaradılmışdır. 
Təşkilat 
Naxçıvanda  xalq  mahnı  və  rəqslərinin  toplanması,  nota 
salınması,  aşıq  yaradıcılığının  tədqiqi,  musiqi  janrlarının  inkişaf 
etdirilməsi və başqa yaradıcılıq məsələləri sahəsində işləri həyata 
keçirmişdir.  1975-ci  ilin  28  aprel  tarixində  Azərbaycan  xalqının 
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda orta 
ixtisas  musiqi  məktəbi  fəaliyyətə  başlamışdır.  Məktəbə  1992-ci 
ildən texnikum statusu  verilmişdir. Hazırda bu  məktəb Naxçıvan 
Musiqi  Kolleci  kimi  fəaliyyət  göstərir.  Bu  illər  ərzində  kolleci 
2000-ə yaxın məzun bitirmişdir.  
 
1970-ci  ildə  Naxçıvan  teatrının  dəvəti  ilə  Şıxəli  Qurbanov 
adına  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrında  çalışan 
xalq  artistləri  –  Lütfəli  Abdullayev,  Hacıbaba  Bağırov,  Səyavuş 
Aslan, Nəsibə Zeynalova  və başqaları Naxçıvan teatrının kollek-
tivi  ilə  tamaşalar  göstərirdilər.  Teatr  bu  illərdə  Azərbaycanın  bir 
çox  rayonlarında  uğurlu  qastrol  səfərlərində  olmuşdur.  Azərbay-
canın  tanınmış  bəstəkarlarının,  dramaturqlarının,  rejissorlarının 
Naxçıvan  teatrı  ilə  əlaqələri  genişlənirdi.  1973-cü  ildə  Azərbay-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
can  teatrının  100  illik  yubileyi  ölkəmizdə  geniş  qeyd  olunmuş, 
yubiley tədbirlərində fəal iştirak edən Naxçıvan teatrı Bakı şəhə-
rində  ən  yaxşı  tamaşalarını  göstərmişdir.  Bu  illərdə  Naxçıvanda 
Ə.Naxçıvaninin,  M.S.Ordubadinin,  Ə.Qəmküsarın,  H.Cavidin 
yubileyləri  geniş  qeyd  olunmuş,  Naxçıvan  şəhərində  M.S.Ordu-
badinin, C.Məmmədquluzadənin abidələri ucaldılmışdır. 
 
1983-cü  ildə  muxtar  respublikanın  həyatında  daha  bir 
mühüm  mədəniyyət  hadisəsi  baş  vermiş,  Naxçıvan  Dövlət 
“Araz”  Mahnı  və  Rəqs  Ansamblının  bazası  əsasında  Naxçıvan 
Dövlət Filarmoniyası yaradılmışdır. 
1982-ci  ildə  H.Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana 
gətirilərək  böyük  xalq  sevgisi  ilə  dəfn  edildi  və  onun  üzərində 
əzəmətli  məqbərəsinin  ucaldılması  qərara  alındı.  Bu  fakt  keçmiş 
Sovetlər  Birliyi  məkanında  repressiya  olunmuş  şəxsə  dövlət 
səviyyəsində  göstərilmiş  münasibətin  yeganə  cəsarətli  nümu-
nəsidir.  1982-ci  ilin  6  noyabr  tarixində  Naxçıvanda  Cavid 
Poeziya  Teatrının  açılışında  ümummilli  lider  Heydər  Əliyev  də 
iştirak etmiş və geniş nitq söyləmişdir. 
 
1984-cü  ildə  Naxçıvan  Muxtar  Respublikasının  60  illiyi 
ərəfəsində  Naxçıvan  Muxtar  Respublika  Mədəniyyət  Sarayı 
istifadəyə 
verilmişdir. 
Saray 
2009-cu 
ildə 
isə 
əsaslı 
yenidənqurma  və  təmir  işlərindən  sonra  istifadəyə  verilmişdir. 
Hazırda möhtəşəm saray Heydər Əliyev Sarayı adlanır. 
 
1987-ci  ildə  Tbilisi  şəhərində  keçirilən  Ümumittifaq  teatr 
festivalında  Naxçıvan  teatrının  hazırladığı  Sofoklun  “Elektra” 
tamaşası  diplomla  təltif  edilir.  Bu  uğurlu  tamaşa  Moskva 
televiziyasının 
əməkdaşları 
tərəfindən 
lentə 
alınır 
və 
Ümumittifaq televiziyası ilə nümayiş etdirilirdi. 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə