29
pının daralmasına, yırtıq defektinin çapıqlaşmasına səbəb olur. İnyeksion üsul sər-
bəst, kiçikölçülü yırtıqların müalicəsində çox səmərəlidir. Lakin seçimin səhv apa-
rılması və texniki yalnışlıqlar hesabına bəzi fəsadlar meydana çıxır:
toxum ciyəsinin
və
yırtıq möhtəviyyatının nekrozu, kimyəvi peritonit və b. [83]. Bu səbəbdən üsulun
tətbiqi onun istifadədinə göstərişlərin dəqiq təyinini, keyfiyyətli şüa vizualizasiyası
(USM, KT və ya MRT nəzarəti altında) və texniki manipulyasiyaların incəliklə yeri-
nə yetirilməsini tələb edir.
1.4.
Qarının ön divarının yırtıqları zamanı cərrahi əməliyyat üsulunun
seçilməsinin ümumi prinsipləri
Sonuncu onilliklərdə yırtıqların, xüsusilə qasıq yırtıqlarının plastiksaında poli-
mer tərkibli torların istifadəsinə üstünlük verilməklə gərginliksiz plastikası üsulları-
nın geniş tətbiqi yırtıqların residivi və əməliyyatdan sonrakı ağırlaşmaların əmələ
gəlməsi riski məsələlərini tam həll etməmişdir. Birincili yırtıqlara görə cərrahi əmə-
liyyatlardan sonra residivlərin tezliyi 10-15%, təkrar yırtıqlardan sonra isə 30%-ə
qədərdir [5, 136, 174, 197, 214]. Yalnız ixtisaslaşmış hernioloji cərrahiyyə şöbələri-
nin və mərkəzlərinin nəticələri xeyli əlverişlidir, müvafiq surətdə seçilmiş xəstələr
qrupunda 2%-ə qədər və 10-14% təşkil edir [53, 140, 178, 219, 225].
Lakin yırtıqların plastikası əməliyyatlarını hər bir ümumi cərrahiyyə şöbəsinin
bütün cərrahları icra etdiyinə görə problemə yanaşma köklü sürətdə fərqli olmalı,
əməliyyat üsulunun seçimi, əməliyyatların, o cümlədən azinvaziv laparoskopik əmə-
liyyat metodikalarının icra texnikasının sadələşdirilməsi o səviyyəyə çatdırılmalıdır
ki, əməliyyatdan sonrakı qeyri-qənaətbəxş nəticələrin rastgəlmə tezliyi ixtisaslaşdırıl-
mış mərkəzlərin nəticələrinə yaxınlaşsın. Digər tərəfdən cərrah hər bir xəstənin yırtıq
nahiyəsinin anatomik kənaraçıxma səviyyəsinə uyğun olaraq ən azı bir neçə plastika
üsulunun metodikasını o səviyyədə mənimsəməlidir ki, konkret situasiyada ən opti-
mal əməliyyat üsulunu seçməyi və peşəkarcasına icra etməyi bacarsın [12, 83, 117,
209]. Ona görə bu və ya digər lokalizasiyalı yırtıqlar zamanı vacib antomik struktur-
ların (qasıq kanalının arxa divarı, daxili qasıq dəliyi, bud kanalı, göbək halqası, ağ
30
xətt və b.), qonşu nahiyələrin dəyişikliklərinin dərəcəsi və səviyyəsi, birləşdirici toxu-
manın zəiflik (sərtlik) səviyyəsi və digər suallar müəyyən edildikdən sonra seçim
aparılmalıdır. Yalnıs kiçikölçülü çəp yırtıqlarda ön divarın plastikasının aparılması
məqsədəuyğundur. Bütün digər hadisələrdə kanalın arxa divarı bərkidilməlidir [69,
102, 165, 207, 230]. Bud yırtıqlarında, digər lokalizasiyalı yırtıqlarda da qeyd edilən
faktorlar nəzərə alınmalı, genişlənmiş bud kanalı (Bassini üsulu), qasıq halqası
(Mayo və ya üsulu), ağ xətt üzərindəki yırtıq qapısı (Mayo, Сапежко, Греков, На-
пальков və b. üsullardan biri) daraldılmalıdır (qapadılmalıdır) [28, 68, 89, 136, 206].
Cərrahi əməliyyat üsulunun yalnış seçilməsinə görə, konkret olaraq qasıq kanalı-
nın ön divarının plastikasından sonra 11%, residiv qasıq yırtıqlarının analoji plastika-
sından sonra 20%, bud kanalının, ağ xəttin, göbək halqasının, əməliyyatdan sonrakı
yırtıqların ənənəvi gərginlikli plastikası əməliyyatlarından sonra 12-35% hallarda
residivlər baş verir [3, 60, 114, 146, 206, 219].
Bu və ya digər yırtıqlar zamanı yırtığın lokalizasiyası, antomo-topoqrafik xüsu-
siyyətləri, xəstələrin yaşı, əmək fəaliyyətinə malik olması (olmaması), peşə (sənət)
fəaliyyəti, cinsi həyat rejimi və bir sıra başqa amillər əsasında cərrahi əməliyyat üsulu
seçilməlidir. Hansı əməliyat üsuluna üstünlük verilməsi və onun icra texnikasının xü-
susiyyətləri bu günə qədər intensiv surətdə müzakirə edilməkdədir. Fiziki əməklə
məşğul olan gənc və orta yaşlı xəstələrdə gərginliksiz əməliyyat üsulunun seçilməsi,
seksual fəaliyyətsizliyə görə yaşlı şəxslərdə toxum ciyəsinin (qasıq yırtıqlarında) yer-
dəyişməsi (arxa divarın Postempsky üsulu ilə plastikası) və ya arxa divarın yerli toxu-
malarla plastikasının zəruriliyi kimi mövcud yanaşma tərzi artıq öz əhəmiyyətini itir-
məkdədir. Belə yanaşma ilk növbədə residiv əmələ gəlməsinin səbəbləri haqqında
səthi təsəvvürlərin olması və keyfiyyətli sintetik protezlərin bahalılığı, həmçinin plas-
tika üsullarının kifayət qədər mənimsənilməməsi ilə əlaqədardır [6, 19, 70, 105].
Gərginliksiz plastika üsullarının geniş miqyasda tətbiqini tədqiqatçıların əksəriy-
yəti məqbul hesab edirlər. Тимошин А.Д. и соавт. (2003) istər gənc, istərsə də yaşlı,
ahıl və qoca yaşlı şəxslərdə gərginliksiz plastika üsullarının əlverişli nəticələri haq-
qında məlumat vermişdir [144]. Xüsusilə ahıl və qoca yaşlı şəxslərdə əməliyyatın az
31
trav-matikliyi çox mühümdür və gərginliksiz plastika yerli toxumaların maksimal qo-
runmasına səbəb olur. Yerli toxumaların israflı mobilizasiyası və plastika məqsədi ilə
istifadəsi əməliyyatdan sonrakı dövrdə sidik ifrazının pozğunluqları, ağrı sindromu,
hərəkət zamanı ağrılılığın (ağrıların) baş verməsi səbəbindən oturaq həyat tərzinə ke-
çilməsinə, sonuncu faktla bağlı digər fəsadların (yanaşı xəstəliklərin kəskinləşməsi,
in-tensivləşməsi, hətta dekompensasiyası) inkişafına səbəb olur. Gərginliksiz plastika
bu kateqoriyadan olan xəstələrdə də ikitərəfli olaraq və simultan qaydada yerinə yeti-
rilə bilər. Adətən xəstələrin bu kontingentində yerli toxumalar hesabına yırtığın plas-
tikası və eynimomentli simultan əməliyyatlar yerinə yetirilmir. Həmin əməliyyatların
ayrı-ayrılıqda və müxtəlif vaxtlarda icrası isə xəstələrə fiziki, iqtisadi və psixoloji
əzab verir [143].
Xəstələrin tibbi və sosial reabilitasiyası proseslərinin sürətli gedişinə görə də
gərginliksiz plastika daha üstündür. Gənc yaşlı, ümumi somatik və yanaşı xəstəlikləri
olmayan xəstələrdə alloplastika üsullarının istifadəsi xeyli məqsədəuyğundur [16, 22,
23, 125, 139, 182, 197, 218, 221].
Əməliyyat üsulunun düzgün seçilməsi üçün yırtıq qapısının və ətraf toxumala-
rın, qasıq yırtıqlarında arxa divarın vəziyyətini qiymətləndirmək vacibdir. Arxa diva-
rın vəziyyətinə uyğun olaraq (burada yırtıq qapısının və yırtığın özünün ölçüləri o qə-
dər də önəmli deyil) arxa divarın az dəyişiklikləri və çox dəyişiklikləri olan yırtıqlar
ayırd edilir. Qasıq yırtığının plastikasında bu amilin nəzərə alınması daha vacibdir
[48]. Воскресенский П.К., Емельянов С.И., (2002) görə böyük ölçülü çəp, əksər
düz və residiv yırtıqlarda, həmçinin 45-dən yuxarı yaşlı xəstələrdə alloplastika seçim
əməliyyatıdır [48, 73]. İkitərəfli yırtıqlar və müştərək əməliyyatların yerinə
yetirliməsi zərurəti yarandığı hallarda da (ahıl və qoca yaşlı şəxslərdə) alloplastikaya,
gənc yaşlı xəstələrdə isə arxa divarın az dəyişiklikləri müəyyən edildiyi hadisələrdə
yerli toxumalarla plastikaya üstünlük verilməlidir.
Bud kanalının plastikasının yerli toxumalar hesabına plastikası əksər hadisələrdə
daha səmərəlidir. Bu bud kanalının o qədər də böyük ölçülərə çatmaması ilə əlaqədar-
dır. Kanalın plastikasının qasıq kanalının daxili dəliyinin genişlənməsinə səbəb ol-
Dostları ilə paylaş: |