4
X.H.Kazımlının,
Ş.H.Hacıyevin,
A.Ş.
Şəkərəliyevin,
C.Q.Nuriyevin,
A.Ə.Əliyevin, K.F.Heydərovun, Q.S.Bayramovun, B.C.Sadıqovun, İ.Q.Quliyevin
və başqalarının əsərlərində daxili bazarın formalaşmasında qiymət siyasətinin
roluna dair bəzi nəzəri və praktiki məsələlərə diqqət yetirilmişdir.
Bu problemin ayrı-ayrı aspektləri isə dünya ölkələrinin bir sıra alimlərinin:
E.P.Puzakovanın,
S.K.Kazantsevin,
V.S.Draqonovun,
V.K.Sençaqovun,
S.İ.Çernışovun,
T.V.Xudoykinanın,
P.R.Kruqmenin,
İ.T.Balabanovun,
L.İ.Abalkinin, A.M.Babaşkinanın, Y.V.Vasilyevin, A.P.Kireyevin və başqalarının
tədqiqat obyekti olmuşdur.
Aparılan tədqiqatların şəksiz əhəmiyyətini etiraf edən müəllif hesab edir ki,
diqqət mərkəzində xarici ticarətin liberallaşdırılmasının ümumi iqtisadi problemləri
və nəticələri yerləşdiyi halda, Azərbaycan Respublikasının əmtəə idxalının
tənzimlənməsinin ümumi sisteminin inkişafına yerli iqtisadi ədəbiyyatda kifayət
qədər fikir verilməmişdir. Bu səbəbdən də biz qeyd edilən problemin təqdim
edilməsini qarşıya məqsəd qoymuş və tədqiqat işimizi həmin mövzuya həsr etməyi
məqsədəuyğun hesab etmişik.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin məqsədi müasir şəraitdə
daxili bazarın formalaşmasının nəzəri-metodoloji əsaslarını, Azərbaycanda onun
inkişaf meyllərini və xüsusiyyətlərini, habelə xarici ölkələrin təcrübəsini, eləcə də
Azərbaycanın qiymət sistemində mövcud hüquqi və təşkilati-iqtisadi münasibətləri
dərindən öyrənib ümumiləşdirmək əsasında qiymət siyasətinin daxili bazarın
formalaşması və inkişafına təsirinin gücləndirilməsinə dair elmi cəhətdən
əsaslandırılmış təkliflər işləyib hazırlamaqdan ibarətdir.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələr nəzərdə
tutulmuşdur:
- müasir şəraitdə gömrük-tarif siyasətinin mahiyyəti və məzmunun yeni
nəzəri-metodoloji aspektlərdən öyrənilib aşkara çıxarılması;
- liberallaşma və proteksionizmin əsas xüsusiyyətlərinin, qarşılıqlı əlaqə və
ziddiyyətlərinin tədqiqi;
5
- iqtisadi islahatların müxtəlif inkişaf mərhələlərində dövlətin gömrük-tarif
siyasətinin formalaşması xüsusiyyətlərinin öyrənilib aşkara çıxarılması və onların
elmi cəhətdən əsaslandırılması;
- Azərbaycanda xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsinin
müasir vəziyyəti və ona təsir edən amillərin təhlili və qiymətləndirilməsi;
- ölkənin daxili bazarının formalaşmasında gömrük-tarif siyasətindən
istifadə mexanizminin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış
təkliflərin işlənib hazırlanması;
Tədqiqatın metodologiyası və nəzəri əsasları. Tədqiqatın nəzəri-
metodoloji əsaslarını mövcud iqtisadi nəzəriyyələr, görkəmli dünya və ölkə
iqtisadçı alimlərinin əsərləri, Azərbaycan Respublikasının bu barədə qəbul etdiyi
qanun və qərarlar, gömrük-tarif siyasəti və xidməti ilə bağlı normativ-hüquqi
sənədlər, tariflər və ticarət haqqında beynəlxalq razılaşmalar təşkil edir.
Tədqiqat prosesində iqtisadi-statistik, statistik-qruplaşma, müqayisəli
iqtisadi təhlil, sistemli təhlil, müşahidə və balans metodlarından istifadə
olunmuşdur.
Tədqiqatın obyekti kimi Azərbaycan Respublikasının gömrük-tarif sistemi
seçilmişdir.
Tədqiqatın predmetini daxili bazarın və gömrük-tarif sisteminin
formalaşması və inkişafı ilə bağlı iqtisadi münasibətləri özündə əks etdirən hadisə
və proseslərin öyrənilməsi təşkil edir.
Tədqiqatın
informasiya
bazası.
Dissertasiya
işində
Azərbaycan
Respublikası Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Vergilər
Nazirliyinin statistik materiallarından, mühüm beynəlxalq iqtisadi təşkilatların, o
cümlədən ÜTT-nin qanunvericilik bazasından və statistik hesabat materiallarından,
eləcə də xüsusi olaraq mövcud tədqiqatın məqsədinin reallaşdırılması üçün analitik
və informasiya nəşrlərindən müəllif tərəfindən yığılaraq sistemləşdirilmiş
materiallardan istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan
ibarətdir:
6
- gömrük-tarif siyasətinin mahiyyəti və məzmunu iqtisadi inkişafın hazırkı
mərhələsinə uyğun yeni nəzəri-metodoloji aspektlərdən öyrənilib aşkara
çıxarılmışdır;
- yeni şəraitə uyğun olaraq liberallaşma və proteksionizmin əsas
xüsusiyyətləri, qarşılıqlı əlaqə və ziddiyyətləri aşkara çıxarılmışdır;
- iqtisadi islahatların mərhələlərindən asılı olaraq dövlətin gömrük-tarif
siyasətinin tətbiqi modelinin müəyyən edilməsi xüsusiyyətləri aşkara çıxarılıb
əsaslandırılmışdır;
- xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsinin mövcud
vəziyyəti təhlil olunmaqla daxili bazarın qorunması üzrə proqnoz istiqamətlər
əsaslandırılmışdır;
- daxili bazarın formalaşmasında gömrük-tarif siyasətindən istifadə
mexanizminin təkmilləşdirilməsinə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır.
İşin təcrübəvi əhəmiyyəti. Tədqiqat işinin nəticələri beynəlxalq iqtisadi
münasibətlərin genişlənməsi şəraitində daxili bazarın formalaşması və inkişafı
məqsədilə gömrük-tarif siyasətindən istifadə mexanizminin təkmilləşdirilməsinə
yönəldilmişdir. Daxili bazarın qorunması üzrə tədbirlər Dövlət Gömrük
Komitəsinin praktiki fəaliyyətində və qiymətlərin tənzimlənməsi zamanı istifadə
oluna bilər. Dissertasiya işinin nəticələri “Qiymətin əmələ gəlməsi”, “Qiymət və
qiymətləndirmə” və s. fənlər üzrə mühazirə kurslarında istifadə edilmişdir.
İşin quruluşu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən ibarət
olub, ədəbiyyat siyahısı ilə birlikdə kompüter yazısında – səhifə olmaqla özündə
15 cədvəli, 6 sxemi, 4 qrafiki əhatə edir.
Dostları ilə paylaş: |