AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu:
Металдан олан мяишят мямулатларынын кейфиййятинин
експертизасы
Işin rəhbəri: dos. Səidov R.Ə.
Tələbə: Nəhmədova Günay İlham
Bölmə: azərbaycan
Qrup:312
«Təsdiq edirəm»
Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
P L A N
GIRIŞ
3
I FƏSIL. NƏZƏRI HISSƏ
1.1.
Metal məmulatları istehsalının inkişaf mərhələləri
5
1.2.
Metal məmulatlarının istehlak xassələri və keyfiyyətinə verilən
tələblər
7
II FƏSIL. TƏCRÜBƏVI HISSƏ
2.1.
Metal məmulatlarının keyfiyyətini formalaşdıran
amillər
10
2.2.
Metal məmulatlarının keyfiyyətinin
qiymətləndirilməsi və ekspertizası
30
2.3.
Metal məmulatlarının çeşid xarakteristikası və
keyfiyyət ekspertizası
42
NƏTICƏ VƏ TƏKLIFLƏR
51
ƏDƏBIYYAT
53
3
G I R I Ş
Dövlətimiz müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatına qədəm
qoymuşdur. Bu dövrdə Azərbaycan xalqı bir sıra çətinliklərlə üzləşmişdir.
Ölkəmizdə fəaliyyət göstərmiş bir sıra istehsalat sahələrinin başqa MDB ölkələri
ilə əlaqələri zəifləmiş və ya tam kəsildikdən sonra bir çox istehsal müəssisələri
xammal və ya cihazların bəzi hissələrinin çatışmamazlığından istehsalı
dayandırmış və ya onların istehsal gücü 50-70% azalmışdır.
Bu maneələr də dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olan,
istehlak bazarında istehsal və istehlak mallarının işlənib hazırlanmasına və
tələbatın ödənilməsini çətinləşdirir və ona mənfi təsir göstərir.
Bütün bunların həyata keçirilməsi hər bir müstəqil dövlət üçün böyük
əhəmiyyət kəsb edir.
Bunun üçün hər bir müəssisə rəqabətə davam gətirməli, tələblərə cavab verə
biləcək, dünya bazarında beynəlxalq standartlara cavab verə biləcək, qabaqcıl
xarici ölkələrin qabaqcıl texnologiyasından istifadə edərək, yüksək keyfiyyətli xalq
istehlak malları istehsal etməlidir. Həm də istehsal olunan məhsullar yerli xammal
əsasında fəaliyyət göstərsə, məhsulun keyfiyyəti ilə bərabər istehsal rentabelliyi
artar. Buna görə də başqa istehsal sahələri kimi poladtökmə və poladəritmə istehsal
sahələrinə və onlara köməkçi sahələrə də xüsusi diqqət yetirmək lazımdır.
Hazırda respublikamızda poladəritmə zavodlarında tədricən yerli xammallar
tətbiq olunmaqdadır.
Buraxılış işinin məqsədi metal məmulatlarının çeşidi və onların keyfiyyət
ekspertizasının tədqiq olunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün
aşağıdakı vəzifələr yerinə yetirilmişdir:
- metal məmulatlarının keyfiyyətinə verilən tələblərin öyrənilməsi;
- metal məmulatlarının çeşidinin istehlak xassələrini formalaşdıran faktorların
ekspertizası;
4
- metal məmulatlarının çeşidinin bəzi istehlak xassələrinin tədqiq olunması və
keyfiyyətinin ekspertizası.
Buraxılış işinin eksperimental hissəsi Bakıda Metaləritmə Zavodu,
Sumqayıt Alüminium Zavodlarında yerli xammallar tədqiq olunmuş və təcrübə-
sınaq nümunələri hazırlanmışdır.
Buraxılış işində metal məmulatlarının çeşidinin xassələri məlum standart
metodlar əsasında tədqiq olunmuşdur.
Buraxılış işində yerli xammal əsasında istehsal olunmuş metal
məmulatlarının çeşidinin istehlak xassələri ilk dəfə olaraq öyrənilmişdir.
Buraxılış işində işlənib hazırlanmış nəticə və təkliflər yerli xammal əsasında
istehsal olunan metal məmulatlarının istehsalında və onların çeşidində tətbiq oluna
bilər və bu zaman iqtisadi səmərə əldə etmək olar.
Metaləritmə və
metaltökmə sənayesinin keçmiş SSRI dövründə
özünəməxsus inkişaf yolu vardır. Sonrakı axırıncı illərdə sənaye miqyasında
keyfiyyətli metal məmulatları istehsal etmək mümkündür. Hal-hazırda müəssisə
qarşısında duran əsas problemlər qabaqcıl xarici ölkələrin texnologiyasından
istifadə etmək və yerli xammalın istifadəsidir.
Məhz elə bu baxımdan metal məmulatlarının çeşidi və onların keyfiyyət
ekspertizası mövzusuna həsr olunmuş buraxılış işi dövrün tələblərinə cavab verir
və aktual bir mövzu olduğunu bir daha təsdiqləyir.
Buraxılış işində metal məmulatlarının çeşidi və onun keyfiyyət
göstəricilərini tədqiq etməklə onun keyfiyyətinə görə təyinatının düzgün
seçilməsinə təminat vermiş oluruq. Bununla bərabər metal məmulatlarının
istehsalını beynəlxalq standartların tələblərinə cavab verən yüksək keyfiyyətli
məmulat nümunələri ilə müqayisə etməklə aşkar olunan nöqsanları yox etmək
üçün həm xammalın keyfiyyətinin yüksəldilməsinə və həm də istehsal
texnologiyasının təkmilləşməsinə istiqamət vermək mümkündür.