38
Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan
əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı,
işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə
prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün
estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş,
habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən,
maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların
istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi
rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərin-
də düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say
anlayışından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir,
canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara
döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o dövrün
rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz in-
sanlara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gəmi-
qaya rəsmlərində bir atlının baş və ayağında geyim olması o dövrün
peşələrini (toxuculuq, çəkməçilik və s.) təxmin etməyə imkan
yaradır. Şübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan-
dıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri
müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmişlər.
Gəmiqayanın ilk tədqiqatçısı akademik Vəli Əliyevin tədqi-
qatlarından məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm
daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun-
muşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri;
2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səhnə-
lər; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər. Gəmiqayalılar nəqliyyat
vasitəsi kimi at, dəvə, ulaq və arabadan istifadə etmiş, maldarlıq,
ovçuluq, əkinçiliklə məşğul olmuşlar. Buradakı araba rəsmləri
diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuzna-
mə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları ol-
muşlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi
vardı. Bu kişi bir araba çapdı... Arabalar gedəndə “Kanğa, kanğa”
deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular.
Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları
əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada
salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya başqa bir yazı-
lışda “Qanlı Qoca” kimi işlənmişdir. Gəmiqayalılar müxtəlif təbiət
39
hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək-
miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən
dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi ifadə
edir.
Gəmiqaya, Oğlanqala, Kültəpədə, eləcə də Kəlbəcər, Zəngə-
zur, Göyəm dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənu-
bi Azərbaycan abidələrinin, xüsusilə Qaradağ üzərindəki qayaüstü
təsvirlərində insanların iqtisadi, mədəni, mənəvi həyatını əks etdirən
müxtəlif işarələr, simvollar, damğalar (dairə formalı, düz, sınıq xət,
haçaşəkilli, qarmaqşəkilli, aypara şəkilli, “P”, “T” şəkilli işarələr,
“həyat ağacı” təsvirləri) aşkar edilmişdir ki, onlara pedaqoji yöndən
yanaşdıqda deyə bilərik ki, onlar qədim insanların bilik, savad və
mədəni səviyyəsini, yazı mədəniyyətini, rəssamlıq, heykəltaraşlıq
bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu işarələrin
müxtəlif yerlərdə oxşarlığı regionun qədim insanlarının bir-birilə
iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Qədim insanlarımızın
daşlar üzərində qoyduqları müxtəlif məzmunlu izlər, işarələr,
rəsmlər maarifləndirici, inkişafetdirici, tərbiyəedici olmaqla qədim
insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil işləri-
ni bəsit şəkildə də olsa bizə bildirir.
Qədim dövr-ibtidai icma quruluşunda yetişən nəslin tərbiyə-
sinə, icmanın əxlaq normalarına əməl edilməsinə şübhəsiz qəbilə və
tayfanın ağsaqqalları, ataları, dədələri, təcrübəli, bilikli insanları
rəhbərlik edir, icmaya və onun üzvlərinə məsləhət və istiqamətlər,
öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar
bir tərbiyəçi kimi hörmətli şəxs hesab edilir, onlara pərəstiş edilir,
hətta sitayiş ayinləri də meydana gəlmişdi ki, bunu tunc dövrünün daş
kitabələrində görmək mümkündür. İbtidai icma quruluşunda ağsaqqal
ata və babaların qəbri üzərində bir uzun daş şaquli olaraq yerə
basdırılırdı. Bu cür abidələrə çoban daşı da deyirlər. Belə abidələrə
dağ və dağ ətəyi yerlərdə rast gəlmək olar. Naxçıvanın Nehrəm
kəndinin aşağı hissəsində “Ölən şəhər” deyilən yerdə qəbir üstü
daşlar məhz dediyimiz çoban daşlarındandır. Həmin uca daşlara
insanlar əbədi varlıq kimi baxmış, onlar müqəddəsləşdirilmiş, arzu və
niyyətlər, şər qüvvələrdən xilas olmaq bu daşlardan istənmiş, bu
daşlar ağsaqqal ata və babaların ruhunu bu dünyada yaşatmaq, ondan
yenə də kömək və məsləhətlər almaq düşüncəsini daşımışdır.
40
Ov, yürüş, qida əldə etmək, təbii fəlakətlərdən qorunmaq kimi
həyati proseslərdə qədim insanların inancı, nəyəsə inamı formalaşır,
get-gedə bu inanc mürəkkəbləşir, insanların düşüncələri inkişaf
edir.Yetişməkdə olan nəsl, uşaqlar bütün bunları müşahidə edir,
öyrənir, böyüklər onlara öyrədir. Belə qənaətə gəlmək olar ki,
qədim insanlarda tərbiyənin aşağıdakı məqsədləri olmuşdur: l)
Qəbilə, tayfa, ailə uşaqları praktik olaraq həyata hazırlamalı, onlara
mürəkkəb həyat və təbiət hadisələrindən baş çıxarmağı, təbii fəla-
kətlərdən, vəhşi heyvanlardan qorunmağı, qida əldə etməyi, balıq
tutmağı, daş alətlərdən istifadə etməyi və onu hazırlamağı, ov
etməyi və ovlanmış heyvanın dərisindən istifadə etməyi, heyvan
məhsullarından müxtəlif qida məhsulları hazırlamağı, daha sonralar
da heyvanlardan müxtəlif məqsədlər üçün minik, yük daşımaq,
nəqliyyat vasitəsi kimi istifadə etməyi öyrətməli, bunlara müvafiq
onları lazım olan bilik, bacarıq və vərdişlərlə silahlandırmalı və
uşaqlar da əldə etdikləri bilik, bacarıq və vərdişləri əməli işlərdə
nümayiş etdirməlidirlər; 2) Uşaqlara ilahi qüvvəyə, ruha, surətə
inanmağı, xeyirə sitayiş, pərəstiş və ibadət etməyi, onlara dua
etməyin yollarını, formalarını öyrətmək və uşaqlar da praktik işləri
ilə onların icrasını qəbilə başçısına, ağsaqqala, dədələrə çatdırmalı
idilər.Bütün bunlar tərbiyənin məqsədləri olsalar da onların yerinə
yetirilməsi üçün ciddi öyrətmə- öyrənmə prosesi tələb edilir, əməli
işləri həyata keçirmək üçün ağsaqqal məsləhəti, tövsiyəsi gərəkirdi.
Bütün bunlar da onu göstərir ki, qədim dövrlərdə də, icma
quruluşunda da ağsaqqallar, ata və babalar, dədələr icma üzvlərinin
təlimi və tərbiyəsi qeydinə qalmış, dövrün tərbiyə və təlim məq-
sədindən irəli gələrək böyüklər əldə etdikləri təcrübəni yetişməkdə
olan nəslə öyrətmişlər. İbtidai icma dövründə Azərbaycanın bir çox
yerlərində dulusçuluq, misgərlik, dəmirçilik inkişaf etmişdir. Qa-
rabağ, Qazax, Naxçıvan, Mildüzü, Aran rayonlarında dulusçuluq,
misgərlik və dəmirçilik eramızdan əvvəl hələ ikinci minillikdə
inkişaf etmişdir. Mezolit və Enolit dövrlərində ritmik və simmetrik
anlayışların ortaya çıxması, rəqs kompozisiyalarının, naturadan
çəkilən rəsmlərin mövcudluğu onu göstərir ki, ən qədim dövrlərdə
belə rəsm və incəsənət mədəniyyəti olmuş, müxtəlif yazılar olmuş
və buna müvafiq də təlim mədəniyyəti olmuşdur.
Dostları ilə paylaş: |