25
suliyyət daşıyıyan bir varlıqdır. Şəxsiyyətin xüsusiyyətləri onu fərqli edərək
cəmiyyətə dahada maraqlı edir(ekstrovert- həyat sevən, ünsiyyətçil və ya introvert-
özünəqapanan və çox düşünən).
Şəxsiyyət o anlayışdır ki, insan cəmiyətə çıxanda onunla məhs öz rolunu yerinə
yetirilir. K.Yunqun “Persona” arxitipi şəxsiyyəti bu baxımdan çox gözəl təsvir edir.
Psixiatriyada və psixologiyada daha çox münasibətlər nəzəriyyəsi qəbul edilirki,
Lazurskiy və Myasişev tərəfindən təqdim olunub. Şəxsiyyət insanlara (sosial ətrafa)
və özünə olan münasibətdən irəli gəlir.
Əgər, şəxsiyyətin inkişafı patoloji formada baş verirsə, burada əlbətdəki,
şəxsiyyət pozuntusundan söhbət getməlidir. XBT 10 şəxsiyyət pozuntuları F60
qrupuna aiddirlər:
1.
F60.0 – paranoid şəxsiyyət pozuntusu.
Simptomatika:
1.1 İncikliyi bağışlaya bilməməklə xarakterizə olunur
1.2 Uğursuzluqlara hədsiz həssaslıqla yanaşma
1.3 Şübhəliliklə və ətrafdakıların neytral və dostcasına hərəkətlərini
düşməncəsinə və saymazlıq kimi qəbul etmə yolu ilə reallığın dəyişdirilməsinə
meylliliklə xarakterizə olunan şəxsiyyət pozuntusudur.
1.4 Həyat yoldaşına və ya seksual partnyora sədaqətsizlikdə təkrari, əsaslanmamış
şübhələnmələr, davakarcasına və inadkarcasına həmişə yalnız özünün haqlı
olduğuna inam hissi müşahidə olunur.
1.5 Belə adamlar özü haqda yüksək fikirdə olmağa, özündən bədgümanlığa
meylli olurlar.
Növləri: (• ekspansiv – paranoid • fanatik • kverulyant • paranoid • həssas
paranoid).
2.
F60.1 – şizoid şəxsiyyət pozuntusu.
Simptomatika:
2.1 Sədaqətliliyin, sosial və digər kontaktların zəifliyi ilə xarakterizə olur
2. 2 Fantaziyalara, tərkdünyalıqla və özünüanalizlə meyllilik şəxsiyyət
2.3 Öz hisslərini məhdud şəkildə ifadə etmək və həzz almaq mövcud ola bilər.
26
3.
F60.2 – şəxsiyyətin dissosial pozuntusu.
Simptomatika:
3.1 Sosial vəzifələrə etinasızlıqla, ətrafdakılara daşürəkli laqeydliklə xarakterizə
olunur.
3.2 Xəstənin davranışı və əsas sosial normalar arasında uyğunsuzluq müşahidə
olunur.
3.3 Davranış sınaqdan çıxmış tərbiyəvi üsullarla, o cümlədən cəzalandırma yolları
ilə çətinliklə dəyişikliyə məruz qalır.
3.4 Xəstələr uğursuzluqları pis həzm edirlər və zorakılıq da daxil olmaqla
aqressiyanı biruzə verirlər.
3.5 Onlar digərlərini günahlandırmağa və ya onların cəmiyyətlə konfliktinə səbəb
olmuş davranışlarına doğruyabənzər izahat verməyə meyllidirlər. Növləri: (•
əxlaqsız • antisosial • asosial • psixopatik • sosiopatik).
4.
F60.3 - şəxsiyyətin emosional davamsız pozuntusu.
Simptomatika:
4.1 Nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə
meylliliklə xarakterizə olunur.
4.2 Əhval-ruhiyyə əvvəlcədən deyilə bilən deyil və şıltaqcasınadır.
4.3 Emosiyaların partlamasına və partlamış davranışın idarə edilməsinin
mümkünsüzlüyünə meyllik olur.
4.4 Deyingənlik və xüsusilə impulsiv əməllər əgər kəsilmirsə və tənqid olunursa,
ətrafdakılarla konfliktlik müşahidə olunur.
4.5 Burada iki tip pozuntu ayırmaq olar: əsasən qeyri-stabilliklə və emosional
kontrolun çatmamazlığı ilə xarakterizə olunan impulsiv tip və deyilənlərə əlavə
olaraq özünüdərk, məqsədlər və daxili niyyətlər pozuntuları, gərgin və qeyri-stabil
şəxsiyyətlər arası münasibətlər və supsidal jestlər və cəhdlər də daxil olmaqla
özünüməhv etmə davranışlarına meyllər xarakter olan sərhədi tip. Növləri: (•
aqressiv • sərhədi • oyanıcı).
5.
F60.4 – şəxsiyyətin isterik pozuntusu.
Simptomatika:
27
5.1Səthi və davamsız oyanıqlıqlıq
5.2 Hər şeyi dramatikləşdirmək, tamaşaya çevirməyə, həmçinin emosiyaların
artıq ifadə olunmasına, təsirlənməyə, eqosentrizmə, ətrafdakılara məhəl qoymamaq
5.3 Asan toxunulan hissiyatlara və daima müvəffəqiyyət və diqqət əldə etməyə
meylliliklə xarakterizə olunan pozuntudur. Növləri:(• isterik • psixoinfantil).
6.
F60.5 - anankast şəxsiyyət pozuntusu.
Simptomatika:
6.1 Özünə inamsızlıq hissiyatı
6.2 Hədsiz xırdaçılıq
6.3 Təmkinliliklə və nüanslara qarşı olmaq, inadkarlıqla, ehtiyatlılıqla və
yenilməzliklə xarakterizə olunan şəxsiyyət pozuntusu. Obssesiv-kompulsiv
pozuntusu dərəcəsinə çatmayan inadlıq və ya beynə girmiş fikirlər və ya hərəkətlər
mövcud ola bilər. Növləri: (• kompulsiv • obsessiv • obsessiv-kompulsiv).
7.
F60.6 – şəxsiyyətin həyəcan (yayındırıcı) şəxsiyyət pozuntusu.
Simptomatika:
7.1 Daxili gərginlik hissiyatı ilə, tutqun hissiyatların olması ilə müşahidə olunur
7.2 Təhlükəsizlik hissiyatının olmaması
7.3 Qeyri-tamlıq kompleksi
7.4 Şəxsi bağlılığın məhdud olması ilə
7.5 Potensial təhlükələrin və adi situasiya risklərinin adəti üzrə artırılması yolu ilə
bəzi hərəkətlərdən uzaqlaşmağa meylliliklə yanaşı
7.6 Daimi güclü bəyənilmə, hamı tərəfindən qəbul edilmə arzusu, rəddlərə və
tənqidə yüksək həssaslıq reaksiyası ifadə olunur.
8.
F60.7 - asılı şəxsiyyət tipli pozuntusu.
Simptomatika:
8.1 Böyük və kiçik həyati qərarların qəbulunda ətraf insanlara dərin passiv
tabeçilik
8.2 Tənhalıq qarşısında güclü qorxu, köməksizlik, səriştəsizlik hissiyatı ilə
8.3 Yaşlıların və ətrafdakıların arzuları ilə passiv razılaşma ilə və gündəlik
həyatın tələblərinə zəif reaksiya ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur.
Dostları ilə paylaş: |