Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə95/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   90   91   92   93   94   95   96   97   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə  576.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə 
düzəldilməsi qaydalarının pozulması
 
 
 
576.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində 
vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan göstərilməsinə görə -
 
üç yüz manat məbləğində cərimə edilir.
 
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə 
bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə-
 
beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 577.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin olduğu  yer 
üzrə qeydiyyata  alınması  və  qeydiyyatdan  çıxarılması  üçün  tədbirlər 
görülməməsi 
  
Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə yaşayış  sahəsi  vermiş Azərbaycan 
Respublikası  vətəndaşları  və  ya  Azərbaycan  Respublikasında  yaşayan  əcnəbilər  və  ya 
vətəndaşlığı  olmayan  şəxslər tərəfindənAzərbaycan  Respublikasının  Miqrasiya 
Məcəlləsi  ilə müəyyən  edilmiş  qaydada  onların  vaxtında olduğu  yer  üzrə qeydiyyata 
alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə-
 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  578.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  işə  cəlb 
edilməsi qaydasının pozulması 
  
578.1.  İşəgötürən  tərəfindən Azərbaycan  Respublikası  Miqrasiya 
Məcəlləsinin  tələbləri  pozulmaqla  iş  icazəsi alınmadan  əcnəbinin  və  ya 
vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min  manatadək məbləğdə, hüquqi şəxslər 
on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
 
578.2. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində 
törədildikdə -
 
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər 
otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
578.3.  İşəgötürənin  işə  cəlb  etdiyi  əcnəbini  və  vətəndaşlığı  olmayan  şəxsi  öz  iş 
yerindən kənarda işlə təmin etməsinə görə -
 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
 
578.4. İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya 
şəxsiyyətini  təsdiq  edən  digər  sənədinin  işəgötürən  tərəfindən  götürülərək 
saxlanılmasına görə -
 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
 
578.5.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslə  işəgötürən  arasında  bağlanılmış 
əmək  müqaviləsi  vaxtından  əvvəl  pozulduqda,  bu  barədə  5  iş  günü  müddətində 
işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə-
 
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 
578.6.  Əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  şəxsiyyətini  təsdiq  edən 
sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi 
itirildikdə,  5  iş  günü  müddətində  işəgötürən  tərəfindən  müvafiq  icra  hakimiyyəti 
orqanına məlumat verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya 
ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə -
 
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası 
Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
 
 
 
Maddə  579.  Qeyri-hökumət  təşkilatları  haqqında  qanunvericiliyin 
pozulması 
  
Qeyri-hökumət 
təşkilatları, 
xarici 
dövlətlərin 
qeyri-hökumət 
təşkilatlarının  Azərbaycan  Respublikasındakı  filial  və  ya  nümayəndəlikləri 
tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış 
dəyişikliklər  (təsis  sənədlərində  edilmiş  və  ya  hüquqi  şəxslərin  dövlət 
reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər 
hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin 
reyestrinin  aparılmamasına,  sahibkarlıq  fəaliyyəti  nəticəsində  əldə  edilmiş 
gəlirin  təşkilatın  məqsədlərinə  yönəldilməməsinə,  könüllü  fəaliyyətə  cəlb 
edilmiş 
şəxslərlə 
müqavilələrin 
bağlanılmamasına, 
nizamnaməsində 
(əsasnaməsində)  nəzərdə  tutulmuş  məqsədlərə  zidd  fəaliyyət  göstərməsinə 
görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min 
beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  580.  Qeyri-hökumət  təşkilatlarının,  xarici  dövlətlərin  qeyri-
hökumət  təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  fəaliyyətinin 
onların 
nizamnamələrinə 
(əsasnamələrinə) 
və 
qanunvericiliyə 
uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi 
  
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, 
xarici  qeyri-hökumət  təşkilatının  Azərbaycan  Respublikasındakı  filial  və  ya 
nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) 
və 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə 
uyğunluğunun 
öyrənilməsinə  maneələrin  yaradılmasına,  o  cümlədən  sorğulara  cavab 
verilməməsinə, 
tələb 
olunan 
sənədlərin 
və 
məlumatların 
təqdim 
edilməməsinə, yanlış məlumatların verilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min 
beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə  581.  Qeyri-hökumət  təşkilatları,  xarici  dövlətlərin  qeyri-
hökumət  təşkilatlarının  filial  və  ya  nümayəndəlikləri  tərəfindən  müvafiq 
icra  hakimiyyəti  orqanının  xəbərdarlığında  və  ya  göstərişində  bildirilmiş 
pozuntuların vaxtında aradan qaldırılmaması 
  
Qeyri-hökumət 
təşkilatları, 
xarici 
qeyri-hökumət 
təşkilatlarının 
Azərbaycan  Respublikasındakı  filial  və  ya  nümayəndəlikləri  tərəfindən 
müvafiq  icra  hakimiyyəti  orqanının  xəbərdarlığında  və  ya  göstərişində 
bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə - 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min 
beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 582. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya 
nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması 
  
Xarici 
dövlətlərin 
qeyri-hökumət 
təşkilatlarının 
filial 
və 
ya 
nümayəndəliklərinin  “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə