Günel Nazim qızı Hacıyeva
68
görkəmli memar alimlərinin əsərləri də öz əksini
tapmışdır.
Kitabxananın fondu daim zənginləşdirilir və
1951-
ci ildə ədəbiyyat fondu 500 min nüsxəyə
çatmışdır.
Kitabxana özünün beynəlxalq əlaqələrini
genişləndirir və 1956-cı ildən etibarən dünyanın 50
ölkəsinin 570-dən çox elmi müəssisə və kitabxanası ilə
ədəbiyyat mübadiləsini mərkəzləşmə yolu ilə keçmiş
SSRİ EA Kitabxanası vasitəsilə aparır. 1959-cu ildən
isə 600 mindən çox, o cümlədən 145 min nüsxə
xarici ədəbiyyat fondlarına malik olan Kitabxana
müstəqil mübadilə aparmaq səlahiyyətini əldə edir.
1967-
ci ilin əvvəllərində Kitabxana Akademiya
şəhərciyinə köçürülmüşdür, onun yeni “Nizamnamə”si,
strukturu, elmi-
metodiki Şurası təsdiq edilmiş, yeni oxu
zalları açılmış, oxuculara xidmət işində mütərəqqi iş
üsullarının tətbiq edilməsi başlanmışdır.
60-70-
ci illərdə Kitabxana problem-tematik
xarakterli, ümumi retrospektiv biblioqrafik
göstəricilərin, cari informasiya göstəricilərinin, çap
kataloqlarının yaradılması üzrə çoxşaxəli iş aparır və bu
vəsaitlərdə memarlıq elmi geniş əks olunur.
Kitabxana
nın hazırladığı uçot-qeyd biblioqrafik
göstəricilərdən Azərbaycan Elmlər Akademiyasının
müəyyən dövr çərçivəsində elmi fəaliyyətini
AZƏRBAYCANDA MEMARLIĞIN KİTABXANA-İNFORMASİYA
TƏMİNATI SİSTEMİ
69
yekunlaşdıran EA nəşrlərinin biblioqrafiyasını qeyd
etmək lazımdır: “Azərbaycan SSR EA nəşrlərinin
biblioqrafiyası. I cild /1923-1945/”, “Azərbaycan SSR
EA nəşrlərinin biblioqrafiyası. II cild /1945-1959/”,
“Azərbaycan SSR EA nəşrlərinin biblioqrafiyası. III cild
/1960-
1965/” və s. Göstəricinin 2 və 3-cü cildlərində
Memarlıq və İncəsənət İnstitutunun nəşrləri də geniş əks
olunub.
Azərbaycan EA Rəyasət Heyətinin qərarına
əsasən Kitabxana 1964-cü ildən Azərbaycan
alimlərinin, eləcə də görkəmli memarlarının elmi
nailiyyətlərinə, onların həyat və yaradıcılığına həsr
olunmuş “Azərbaycanın elm və mədəniyyət xadimləri”
seriyasından şəxsi biblioqrafik göstəricilər hazırlayır.
60-70-
ci illərdə görkəmli memarların “S.Dadaşov”,
“Ə.Qasımzadə”, “M.Ə.Useynov” və b. biblioqrafik
göstəriciləri hazırlanmışdır.
70-
ci illərin əvvəllərində Kitabxana
“Azərbaycan Elmlər Akademiyasının kitabxanalarının
fondlarından istifadə səmərəliliyi və onların kompleks
elmlər üzrə oxucuların informasiya sorğularına
uyğunluğu” mövzusunda ilk çoxaspektli elmi-tədqiqat
işi aparmışdır. Nəticədə alimlərin, o cümlədən memar
mütəxəssislərin informasiya tələbatının öyrənilməsi,
operativ, dolğun, dəqiq və differensial xidmət sistemi
yaradılmış, kitabxana fondlarının və oxuculara
Günel Nazim qızı Hacıyeva
70
xidmətin təkmilləşdirilməsi üzrə nəzəri və praktiki
tövsiyələr və təkliflər verilmişdir.
1972-ci
ildə Elmlər Akademiyasında
Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.
1978-
ci ildən Kitabxana respublika miqyasında təbiət və
dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi
fəaliyyət göstərir. 1984-cü ildən Kitabxana
respublikamızda nəşr edilmiş çap məhsullarının pulsuz
məcburi nüsxəsini alır.
Fundamental elmi-
biblioqrafik
əsərlərin
yaradılmasına
Kitabxanın
fəaliyyətinin
bütün
dövrlərində xüsusi diqqət yetirilmişdir. 70-80-ci illərdə
Kitabxana Azərbaycan Elmlər Akademiyasının alimləri
ilə birgə ayrı-ayrı elm sahələri, eləcə də memarlıq üzrə
mövzu biblioqrafik göstəricilər hazırlamışdır: “Sovet
Azərbaycanında elmin inkişafı”, “Azərbaycanın tarixi”,
“Azərbaycan alimləri dünya mətbuatında” və b.
“Azərbaycanda müdafiə olunmuş dissertasiyaların
biblioqrafiyası”, “Azərbaycan dövri mətbuatı /1920-
1970/” və həmin illərdə hazırlanmış digər biblioqrafik
göstəricilər də diqqətə layiqdir və həmin nəşrlərdə
memarlıq elminin nailiyyətləri də geniş əks olunmuşdur.
Respublikamızda elmin, memarlığın inkişafında
mühüm rol oynayan Kitabxananın fəaliyyəti bütün
dövrlərdə EA rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Müxtəlif illərdə (1987, 1992, 1998, 2006) EA Rəyasət
AZƏRBAYCANDA MEMARLIĞIN KİTABXANA-İNFORMASİYA
TƏMİNATI SİSTEMİ
71
Heyəti Kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi və
modernləşdirilməsi ilə bağlı qərarlar qəbul etmişdir. Bu
sənədlərdə Kitabxananın gələcək fəaliyyətinin inkişafı
istiqamətində nəzərdə tutulan müvafiq tədbirlər
müvəffəqiyyətlə həyata keçirilmişdir.
Müstəqillik illəri Kitabxananın həyatında yeni
mərhələnin başlanğıcı, yenidənqurma və böyük islahatlar
illəri kimi xarakterizə olunur. Müstəqil Azərbaycanda
əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
kitabxana siyasəti müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitab-
xanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”
sərəncamı və “Azərbaycan Respublikasında kitabxana-
informa
siya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı” Mərkəzi Elmi Kitabxananın
fəaliyyətinin inkişafına təkan vermişdir.
Bu günə qədər Kitabxanada formalaşmış infor-
masiya sərvətləri Azərbaycan elminin, xüsusən də
memarlığının intellektual potensialı, onun qüvvəsi və
qüdrətidir. Fəaliyyət göstərdiyi dövrdə Kitabxana
ölkəmizdə memarlıq da daxil bütün istiqamətlərdə elmi
araşdırmalar aparan alim və mütəxəssislərin informasiya
təminatının
optimallaşdırılması
istiqamətində
məqsədyönlü tədbirlər həyata keçirmiş, onların dünya
Dostları ilə paylaş: |