0
Azərbaycan Respublikasında ali təhsilin
yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək
layihəsi çərçivəsində
“Avropa ali təhsilinə inteqrasiya:
problemlər, perspektivlər”
mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan
Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik
konfransın materialları
Bakı - 2011
Tətbiqi
Tədqiqatlar
Fondu
Azərbaycan
Respublikasının
Prezidenti yanında Qeyri
Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası
Azərbaycan
Turizm
Đnstitutu
1
Azərbaycan Respublikasında ali təhsilin
yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək
layihəsi çərçivəsində
“Avropa ali təhsilinə inteqrasiya: problemlər,
perspektivlər”
mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan
Turizm Đnstitutunun birgə keçirdikləri elmi praktik
konfransın materialları
Nəşriyyat “Fəxrim-film” studiyası
© “TTF” ĐB
Bakı - 2011
Tətbiqi
Tədqiqatlar
Fondu
Azərbaycan
Respublikasının
Prezidenti yanında Qeyri
Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası
Azərbaycan
Turizm
Đnstitutu
2
Layihənin rəhbəri:
Đbrahim Əliyev
Redaktor:
Đsmayıl Qasımov
Buraxılışa məsul:
Vüsalə Məmmədova
Korrektor:
Gülgəz Məmmədova
“Azərbaycan
Respublikasında
ali
təhsilin
yeniləşməsi
uğrunda: təhsil islahatlarına dəstək”
layihəsi çərçivəsində “Avropa
ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər” mövzusunda Tətbiqi
Tədqiqatlar Fondu və Azərbaycan Turizm Đnstitutunun birgə keçirdikləri
elmi praktik konfransın materialları.
Bakı,
“Fəxrim-film” studiyası,
nəşriyyatı, 2011.
“Avropa ali təhsilinə inteqrasiya: problemlər, perspektivlər”
mövzusunda Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm
Đnstitutunun birgə keçirdikləri elmi praktik konfransın materialları
layihə çərçivəsində aparılan tədqiqatların yekun nəticələrini əhatə
etməklə, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarına, ali
təhsil müəssisələrinə kömək etmək məqsədi ilə kitab şəklində nəşr
olunur və Azərbaycan Turizm Đnstitutunun veb saytında yerləşdirilir.
Kitaba konfransda edilmiş elmi məruzələr, Boloniya prosesinə aid olan
vacib məqamların, anlayışların, proseslərin şərhi, bu sahədə mühüm
əhəmiyyət kəsb edən beynəlxalq və ölkə əhəmiyyətli sənədlər, statistik
materiallar daxil edilmişdir.
© “TTF” ĐB
3
Ön söz
Azərbaycan Respublikasının müstəqil dövlət kimi bərpa
olunmasının 2-ci onilliyi tamam olur. Bu zaman kəsiyində Azər-
baycan dövləti özünü təsdiq etmiş, çoxsaylı problemləri dəf
edərək dünya dövlətləri sırasında özünə müvafiq yerini tutmuşdur.
Đctimai həyatın bütün sahələrində həyata keçirilən quruculuq işləri
nəticələrini verməkdədir. Hər bir sahədə müstəqilliyin əsaslarının
yaradılması və onu qabaqcıl dünyanın müasir standartları səviy-
yəsində qurmaq istiqamətində işlər həyata keçirilir. Ən başlıcası
isə, ilk gündən tutmuş olduğu demokratik ənənələrə sadiq qalan
Azərbaycan Respublikası qabaqcıl Qərb dünyasına, onun ayrılmaz
hissəsi olan Avropaya inteqrasiya xəttini ardıcıl olaraq
reallaşdırmaqdadır.
Ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil
sisteminin köhnə şablonlardan azad edilərək müstəqilləşdirilməsi
və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə
formalaşdırılmasına nail olunmasıdır. Müstəqil təhsil sistemini
yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan
axtarışlar onu Boloniya prosesinə qoşulmağa gətirib çıxardı. Qeyd
etmək lazımdır ki, bu prosesə qoşulmaq ali təhsil sahəsində
mövcud olan problemləri avtomatik olaraq həll etmir. O, ölkə
qarşısında köklü islahatlar aparılmasını və bu sahədə xeyli prob-
lemləri həll etmək kimi böyük vəzifələr qoymuşdur.
Qarşıda duran vəzifələrin böyüklüyünə və mürəkkəbliyinə
baxmayaraq, Azərbaycan həmin istiqamətdə xeyli işlər görmüş-
dür. Lakin təbii olaraq, bu işdə qarşıya xeyli obyektiv və subyek-
tiv problemlər çıxır ki, onların aradan qaldırılmasında bütün
Azərbaycan cəmiyyətinin gücünü səfərbər etmək lazım gəlir.
Xüsusilə, vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac
vardır. Belə ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü
ilə belə bir qlobal problemi həll etmək mümkün deyildir. Təhsil
hər bir vətəndaşın hər gün üzləşdiyi bir sahədir. Ölkə ictimaiy-
yətinin özündən gələn təşəbbüs, problemin cəmiyyət tərəfindən
Dostları ilə paylaş: |