29
rayonları olan Zaqatala və Qusara paraşütlə bir neçə cəsus dəstəsi salınmışdı və
bütün cəsuslar tutularaq zərərsizləşdirilmişdilər
13
.
1941-ci ildə Alman ordusuna əsir düşmüş 6 nəfər erməni əsgəri müvafiq
hazırlıqdan sonra 1942-ci ilin payız günlərinin birində paraşut vasitəsilə
Azərbaycan ərazisinə endirilmişdi. Onlar da az sonra Xanlarda, Dəstəfurda və
Bakıda həbs edilmişdilər
14
.
Azərbaycanın və xüsusilə Bakının müdafiəsinə, müəyyən ərazilərdə
səngərlərin qazılmasına hələ 1941-ci ilin iyulunda başlanmışdı və bu iş davam
edirdi. Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarına əsasən
Bakı ətrafında müdafiə-istehkam xətləri tikintisi işində hər gün 90 min nəfər
səfərbər olunmuşdu. Dağıstan tərəfindən faşist ordusu hücumlarına qarşı Baş
Qafqaz aşırımları zonası olan Balakən-Zaqatala-Qax-Şəki-Vartaşen (indiki Oğuz) -
Qəbələ rayonlarında da müdafiə - istehkam xətləri tikilirdi.
İranın hakim dairələri II dünya müharibəsinin əvvəlində Almaniya ilə sıx
əlaqədə idi və İranda almanların 40 min nəfərə qədər silahlı təxribatçı qüvvəsi, 11
min tona qədər silah və sürsatı vardı. Almaniyanın Sovetlər İttifaqına hücumundan
sonra Sovet-İran sərhəddi qorxu altına düşdü. Antihitler ittifaqa (Sovetlər İttifaqı,
İngiltərə, ABŞ) daxil olan Sovet dövləti 1921-ci ildə bağlanmış Rusiya-İran
müqaviləsinin 6-cı maddəsinə əsaslanaraq, İranın Şimal rayonlarına (Cənubi
Azərbaycana) Sovet Ordusunun daxil edilməsi vacibliyini tələb etdi və İran
hökuməti bu təklifi qəbul etməyə məcbur oldu. İranın cənubuna isə İngiltərə ordu
hissələri daxil olmuşdu.
1941-ci ilin 25 avqustunda İrana (Cənubi Azərbaycana) daxil olan Sovet
ordu hissələri SSRİ-nin cənub sərhədlərinin müdafiəsini təmin etdilər.
Şimali İrana (Cənubi Azərbaycana) yeridilmiş Sovet Ordu hissələri
tərkibində 77-ci və 402-ci Azərbaycan milli atıcı diviziyaları var idi. Həmin
diviziyalar 1941-ci ilin avqustun sonundan 1942-ci ilin mayına qədər Cənubi
Azərbaycanda olmuşdur.
Dostları ilə paylaş: