37
xeyriyyəçilik fəaliyyəti ilə seçilən, qiymətləndirilən
Ə.Cavad «Nə dərd bilən elim yoxdur» misrası ilə başqa
türk ellərindən də bu böyük qardaş dərdini paylaşmasını
umurdu. Odur ki, aşıq kimi mahal-mahal gəzib dolaşan
şair səsini bütün Turan ellərinə eşitdirmək üçün belə
deyirdi:
Əski «Turan» masalları
Kor aşığın sinəsində.
Tənəzzül et, dinlə barı,
Bax, nə coşğunluq səsində! (42, 154)
«Aşiqin dərdi» şeirində də elinə aşiq şair türk oğlu
kimi «el dərdini» özününkü sayır, «göstər bir dərd
anlayanı!» deyə haray çəkir:
Ayrı düşdüm bən elimlə,
Gedən bulud, getmə, dinlə;
Ağla bana öz dilimlə,
Türk aşiqi söyləyəni!
Aşiqin bir el dərdi var,
Ellər oxur, ellər yazar!
Bən düzərəm, zaman pozar,
Göz götürməz bu gülşəni! (42, 145)
Şair savaş mövzulu şeirlərində heç də həmişə bədbin
görünmür, onlarda nikbin ruh, ümid, qələbəyə inam da
vardır. O, xalqı ruhdan düşməməyə, düşməni əzməyə,
əsgərləri mərdliyə, cəsarətə, vətəni azad etməyə çağırırdı.
«Hərbzədələrə»də müharibənin gətirdiyi fəlakətləri
yanıqlı bir dillə nəzmə çəkən şair şeirin son beytində də
insanları ayıq olmağa, mübarizliyə dəvət edir:
38
Ey hər zaman «mərdəm» deyən,
Bundan artıq fürsət olmaz! (42, 128)
«Şəhid əsir» şeirində də «Əsir cənazənlə qarşıma çıx-
dın», «Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı!» deyə
fəryad edən şair türk əsgərinin düşmənə boyun əymə-
yəcəyinə inamını belə bildirir:
Ölsən də söz yox ki, qanın coşacaq!
Düşman boğmaq üçün dağlar aşacaq! (42, 127)
Bu inam və çağırış «Oyan» şeirində daha güclü
səslənir:
Oxutma ölüm fərmanın,
Ver yolunda gözəl canın.
Göyərçinlər xəbər söylər –
Gəlir təxti-Süleymanın.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan! (42, 136)
«Tapınma azğın şeytana», «Yüksəldi birlik sancağı»,
«Yadlaşan qardaşın gəlir, Yenidən and iç, qardaş ol!» –
kimi misralar da bu inamın təsdiqidir.
Bunu da deyək ki, həmin şeirlərin çoxu şairin 1916-cı
ildə çıxan «Qoşma» adlı ilk kitabına da salınmışdır. Kitab
Türkiyədə də rəğbətlə qarşılanmışdı. Şair Azərbaycan
Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi: «1916-cı
ildə «Qoşma» adlı 1-ci şeirlər məcmuəm çıxdı. Şeirdə
intixab etdiyim (seçdiyim – A.M.) üsul gərək Azərbaycan-
da, arzusa, bəlkə Türk ölkələrində bir yenilik olaraq
tələkki (qəbul – A.M.) edildi» (43, 187). Bu əsərlərin bir
yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində
olması, sadə xalq dilində yazılması idi. Bu da şairin yeni
39
yaradıcılıq imkanlarından xəbər verirdi.
«Şəhidlərə» şeiri Bakının azad edilməsi uğrunda can-
larını fəda etmiş Osmanlı şəhidlərinin ruhuna və
qəhrəmanlıqlarına hörmət və ehtiramla doludur. 1919-cu
ildə Cümhuriyyətimizin bir illiyi təntənə ilə qeyd
edilərkən yazdığı bu şeirdə Ə.Cavad üzünü şəhidlərə
tutaraq belə söyləyir:
Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər!
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəni tökdüyün qanlar!
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını bənlə bərabər! (42, 154)
Ə.Cavada görə, bu şəhidlərin qardaş ölkənin azadlığı
uğrunda tökdükləri qanlar müqəddəs və doğmadır. Onların
ruhları və qanları Azərbaycan torpağında hər bahar bitən
lalələrin qan rəngində üzə çıxır:
Sənin qanındanmı düzlərdə böylə,
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?! (42, 154)
Təsadüfi deyil ki, tarix elmləri doktoru, polkovnik
M.Süleymanovun «Azərbaycanda türk şəhidlikləri» kita-
bının ayrıca bir bölməsi «Sarmaşıqlı məzarlar» adlandırıl-
mışdır.
Burada
oxuyuruq:
«Azərbaycan
milli
mücadiləsinin lideri M.Ə.Rəsulzadə ümumxalq duyğu-
40
larını ifadə edərək Azərbaycan torpağında şəhid olmuş
türk övladlarını belə anırdı:
…Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir
etdiyi kimi, «Sarmaşıqlı bir məzar» bulursunuz ki, «qızlar,
gəlinlər» tərəfindən ziyarətgah halına qoyulan bu məzar
qardaş imdadına qoşan «TÜRK» məzarıdır.
«Sarmaşıqlı məzar» dedikdə M.Ə.Rəsulzadə azadlıq
şairi Əhməd Cavadın Azərbaycandakı Osmanlı şəhidlərinə
həsr etdiyi «Şəhidlərə» şeirini nəzərdə tuturdu. Bu şeir
Nuri paşanın şəhid düşmüş silahdaşlarının xatirəsinin
əbədiləşdirilməsinə Azərbaycanın yaradıcı ziyalılarının
həsr etdiyi ən yaxşı ədəbi nümunələrdən biridir. Burada
şairin türk şəhidlərinə bəslədiyi səmimi minnətdarlıq
hissləri həzin bir kövrəkliklə birləşərək dinləyənlərin də
qəlbinə yol tapır və onların da daxili yaşantılarının
ifadəçisinə çevrilir» (117, 104).
«Şəhidlərə» şeiri Türkiyəli şəhid qardaşlarımızın ru-
huna ithaf edilmiş bir elegiya təsiri bağışlayır və şəhid-
lərimizin yatdığı məkanın həmişə inanc, güvənc yerimiz
olduğunu bir daha xatırladır.
Cəmiyyətin xeyriyyəçilik fəaliyyəti Rusiyada, Qaf-
qazda, Qafqazın şimalında yaşayan türk xalqlarını da
çevrələyirdi. Bu da Ə.Cavada imkan verirdi ki, əksər türk
xalqlarının türkcəsini, ləhcələrini öyrənsin. Odur ki,
Balkan savaşında da özünü doğma yerlərdə olduğu kimi
hiss edirdi. Ancaq düşmənlərin xarabaya çevirdiyi türk
yurdlarının durumu, türk qaçqın, köçgünlərinin ah-naləsi
onu sarsıdırdı. Odur ki, hərdən ürəyini şeirlə ovundurur,
bu fəlakətləri dünyaya çatdırmaq istəyirdi.
Şair «Əzrail sağına, ölüm soluna» keçən yaralanmış
türk əsgərlərini «yaralı quşa» bənzədir və onların sağalıb
cəbhəyə qayıtmasını diləyirdi:
Dostları ilə paylaş: |