12
müxtəlif xarici ölkələrə təhsil almağa göndərirdilər. Bu
ölkələr arasında Osmanlı Türkiyəsi də var idi. Maraqlıdır
ki, Əhməd Cavadın ədəbi taleyində mühüm rol oynamış
müəllimlərindən H.Cavid və A.Sur da Türkiyədə təhsil
almışdılar.
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında və milli
mücadilə tarixində Ə.Cavadın öz yeri, öz dəsti-xətti vardır.
O, öz şəxsiyyəti, ədəbi fəaliyyəti və yaradıcılığı ilə ümum-
türk ədəbi-mədəni dünyasında özünəməxsus yer tutur.
Ümumiyyətlə, Əhməd Cavadın həm təhsilində, həm yara-
dıcılığında, həm də şəxsi taleyində Türkiyə faktoru
mühüm rol oynamışdır. Belə ki, Ə.Cavadın ən yaxın, zəkalı
və nüfuzlu müəllimləri arasında Türkiyədən gələnlərlə
yanaşı, orada təhsil alanlar da var idi. Gəncə Ruhani gim-
naziyasında 1909-1912-ci illərdə Ə.Cavad Hüseyn Cavid
və Abdulla Tofiq Surdan da dərs almışdı. Akademik Bəkir
Nəbiyev həmin cəhəti nəzərdə tutaraq yazır: «Əhməd
Cavadın müəllimləri arasında görkəmli Azərbaycan ziyalı-
larından şair-dramaturq H.Cavidin, jurnalist-tənqidçi Ab-
dulla Surun, Şeyxülislam Pişnamazzadənin və başqalarının
olması da həmin məktəbin nüfuzu və səviyyəsi haqqında
az
şey demir... Şairin öz ixtisasına dərindən
yiyələnməsində, orta məktəblərdə, texnikum və ali mək-
təblərdə dərs deməsində vaxtilə Gəncə seminariyasında
öyrəndiyi biliklərin, xüsusən də Azərbaycan, ərəb, fars,
rus dillərindən, tarixdən aldığı əla qiymətlərin şəksiz rolu
və əhəmiyyəti olmuşdur» (102, 7-8). Müəllif Ə.Cavadın
ədəbi yaradıcılıq istiqamətinin müəyyənləşməsində də
Gəncə mühitinin xüsusi rol oynadığını göstərmək məqsədi
ilə fikrinə belə davam edir: «Gənc Əhməd Cavad hələ
Gəncədə təhsil alarkən öz müəllimlərinin və böyük
həvəslə oxuduğu kitabların, dövrü mətbuat nümunələrinin
13
təsiri ilə vətənpərvərlik ruhunda təşəkkül tapır, getdikcə
türkçülük, islamçılıq, çağdaşlıq əsasında milli istiqlaliyyət
ideyalarına tapınırdı» (102, 8).
Cavadşünas Əli Saləddinin verdiyi bilgiyə görə, Ə.Ca-
vadın bir müəllimi də Savad Cavad olub. Onun Türkiyə
şairi Əhməd Cavadın qardaşı olduğu və milli şairimiz
Əhməd Cavadın da öz təxəllüsünü buradan aldığı bildirilir
(110, 27; 42, 13). Ancaq bu fikirlə bağlı heç bir qaynaqda
bir bilgiyə təsadüf etmədik. Araşdırma nəticəsində müəy-
yənləşdirdik ki, həmin dövrdə Türkiyədə Əhməd Cavad
(Əmrə) (1876-1961) adlı şair yox, məşhur dilçi alim ol-
muşdur. Biz onun Azərbaycana və Gürcüstana səfər et diyi
haqqında bilgiyə də rast gəldik (138, 7). Ə.C.Əmrə 1928-
ci ildə Türkiyədə latın əlifbasına keçidlə bağlı 9 nəfərlik
«Dil Əncüməni» Dövlət komissiyasının üzvü olmuş,
Rövşən Əşrəf (Ünaydın), İsmayıl Hikmət, Əhməd Rasim
bəy kimi Azərbaycanla sıx əlaqəsi olan ziyalılarla birlikdə
«İmla lüğəti» kitabını hazırlamışdır. Ankaradan millət
vəkili seçilmiş Ə.Cavad Əmrə həm də Atatürkə yaxın
adamlardan olmuşdur (10, 258-264). Türk qrammatikası
haqqında çox sayda əsərlərin müəllifi olan Əhməd Cavad
Əmrənin «Sərf və nəhv» («Morfologiya və sintaksis» –
A.M.) dərsliyi o zaman Azərbaycan məktəblərində də tədris
edilirdi. Bunu da qeyd edək ki, f.e.d. Əli Saləddin həmin
dərsliyi milli şairimiz Ə.Cavadın əsəri kimi təqdim
etmişdir (110, 125; 42, 7).
Gəncədə müəllim kimi fəaliyyət göstərən görkəmli
türk ziyalılarından biri də Mehmet əfəndi idi. Ömər Faiq
Nemanzadə öz xatirələrində onun haqqında yazır: «Bu
gənc müəllim İstanbulda edadini qurtarmış, çalışqan,
məlumatlı, vəzifəsini bilən və sevən bolqarıstanlı (vidinli)
bir türk idi… Məktəb bunun çalışması sayəsində az vaxtda
14
şöhrətləndi, böyüdü. Mehmet əfəndi məktəbi ruhaniliyə
xidmətdən qurtarıb zəmanəyə uyğun bir milli məktəb ha-
lına gətirməyə çalışırdı. Bu məktəb gözəl quruluşu və
tədris sayəsindəki uğurları ilə az vaxtda bir çox gənc
müəllimlər, yazıçılar yetişdirdi» (98, 120-121). Belə gənc
yazıçılardan və müəllimlərdən biri də Ə.Cavad idi.
Ə.Cavad ədəbi yaradıcılığa hələ Gəncə gimnaziyasın-
dan başlamışdı. Söz yox ki, hər hansı təhsil müəssisəsində
oxuyan istedadlı gənclər adətən diqqət mərkəzində olurlar.
Gənc Cavadın bu cəhətdən bəxti gətirmişdi. Müəllimləri
ona diqqət yetirir, ilk qələm təcrübələrindəcə istedad qığıl-
cımlarını görüb təqdir edirdilər. Akademik B.Nəbiyevin də
yazdığı kimi, «öz qələm təcrübəsinə hələ seminarist kimi
başlayan Ə.Cavad ilk şeirlərində bəzi müəllimlərinin diq-
qətini cəlb etmişdi. Abdulla Tofiq (Sur) vaxtilə dostu
Abdulla Şaiqə yazdığı məktubunda bir gənc şair kimi
Ə.Cavadın onda böyük ümidlər oyatdığını etiraf etmişdir»
(102, 8).
A.Sur öz yetirməsini təkcə şair dostları arasında deyil,
daha geniş dairədə təbliğ edir, onun uğurları ilə qürur
duyurdu. O, şərqşünas alim, dostu Qordlevskiyə yazdığı
məktubların birində Ə.Cavad haqqında belə söhbət açırdı:
«Tələbələrim içərisində Cavad adlı gənc bir şair var. Mənə
oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir.
Lisanı sadə və gözəldir» (83, 68-69). Professor Cəlal Qası-
mov öz tədqiqatında Ə.Cavadın həmin vaxta qədər
Türkiyə ilə əlaqəsinin nə şəkildə olmasını belə izah edir:
«Doğrudur, Ə.Cavad Türkiyədə təhsil almamışdır. Buna
baxmayaraq onun Türkiyə ilə bağlılığı orada təhsil
alanlardan heç də az olmamışdır. Belə ki, o, Gəncədə
təhsil alarkən müəllimlərindən biri Türkiyə vətəndaşı,
digəri isə Türkiyədə təhsil alan tənqidçi Abdulla Sur
Dostları ilə paylaş: |