55
Məsələ 93. Namaz qılan adekolonla ətirləndikdən sonra namaz qıla bilərmi
və adekolon pak sayılırmı?
Cavab: Bəli, adekolon pak sayılır.
Məsələ 94. Mozaika və beton blokların üzərinə səcdəetmək olarmı?
Cavab: Bəli.
Məsələ 95. Bəzi səccadə-xalçaların istehsalında emal nəticəsində əldə
olunan neft məhsullarından istifadə olunur. Həmin xalçalara səcdə etmək olarmı?
Cavab: Səcdədə alnı onların üzərinə qoymaq olmaz.
Məsələ 96. Kağız vərəqlərə, yaxud salfetlərə səcdə etmək olarmı? Nəzərə
almaq lazımdır ki, onların hansı maddələrdən hazırlandığını bilmirik.
Cavab: Kağız salfetlərə üzərinə səcdə etməyin doğru olduğu maddələrdən
istehsal edildiyinə əmin olmayınca səcdə etmək olmaz. Kağız parçalara isə ipəkdən
hazırlanmış olmadığı halda səcdə etmək olar.
Məsələ 97. Quran qiraətinin audio yazılarına qulaq asarkən vacib səcdə
ayələrini eşitsək, səcdə etmək vacibdirmi?
Cavab: Vacib deyil.
Dostları ilə paylaş: