202
Bu əlavədə qida məhsulların tərkibindəki haram qida maddələri ilə bağlı əldə
etdiyimiz bəzi məlumatları sizinlə bölüşəcəyik. Qürbətdə yaşayışın problemləri ilə
qarşılaşan müsəlmanları daha artıq çaşqınlıqla üzləşdirməmək üçün bu mövzuda
təfsilata varmamağa çalışacağıq. Çünki İslam şəriəti bütün dəqiqliyinə və
tələbkarlığına rəğmən, qanun və qaydalarının icrası asan olan bir şəriətdir. Bunu
nəzərə alaraq, mövzunun başlanğıcında iki mühüm məqamı diqqətinizə çatdırmağı
məqsədəuyğun hesab edirik:
1) Yeyinti sənayesi məhsullarının (yemək və içkilərin) istehsalında xammal
kimi istifadə olunan məhsul və materialların bir qismi kimyəvi proseslər
nəticəsində ürfən (insanların nəzərində) başqa bir maddə hesab olunacaq şəkildə
dəyişərək ilkin xüsusiyyətlərini itirirlər. İstehsal prosesindən öncə xammal haram
olsa belə, bu dəyişiklik həmin xammalın haram hökmünü ləğv edir. Fiqh
ədəbiyyatında və eləcə də əməliyyə risalələrində haqqında danışılan “istihalə”
məhz bundan ibarətdir və bu haldəyişmə şəriətdə paklayıcılardan biri hesab olunur.
Məsələn, yeyilməsi haram olan heyvan mənşəli qida xammalı istihalə nəticəsində
başqa bir
qida maddəsinə çevrilərsə, yeyilməsi halallaşır.
2) Qida sənayesində xammal kimi istifadə olunan bəzi maddə və
materialların mənşəyi dəqiq məlum olmayıb tərkibində həm halal, həm də haram
mənşəli qida xammalı olduğu ehtimal olunur. Bu halda araşdırma aparmaq vacib
deyil və tərkibi şübhəli olan həmin qidanın qəbuluna icazə verilir. Təbii ki, bu
hökm təzkiyə olunub-olunmaması xüsusunda şübhələndiyimiz ət və ət
məhsullarına şamil olunmur.
Məsələn, hər hansı konserv məhsulunun tərkibində həm heyvan mənşəli,
həm də bitki mənşəli yağlardan istifadə etməklə alına bilən “Mono et diglycerides”
(monoqliserid və ya diqliserid) maddəsinə rast gəlsəniz, bu qatqı maddəsinin
heyvan mənşəli olması dəqiq məlum olmadığı halda araşdırmaq vacib deyil və
qida məhsulu halal hesab edilir.
İndi isə yeyilməsi haram olan qida qatqı maddələri ilə bağlı bəzi məlumatları
sizə təqdim edirik.
a) bitki və heyvan mənşəli yağlar:
204
halda toxunduğuna görə nəcis olur. Beləliklə, istehlakçı qursaqın özünün də
mayanın hazırlanmasında istifadə edildiyinə əmin olmazsa, həmin pendir
məhsulunu yeyə bilər.
Bununla yanaşı pendir istehsalında istifadə olunan digər növ qatqı
maddələrinin də mənşəyinə diqqət yetirmək lazımdır. Onlardan bir qismi bitki
mənşəlidir, digər qismi isə kimyəvi qatqılardan ibarətdir. Şəriət etibarilə, hər iki
növ qatqı maddələrinin halallığına şübhə yoxdur. Müxtəlif növ pendir
məhsullarının istehsalında istifadə olunan qida qatqı maddələri ilə bağlı (o
cümlədən, pendir mayasının pak sayılmayan və istifadəsi haram edilən qursaq
mayası olub-olmaması xüsusunda) şübhəyə düşdükdə isə həmin məhsulların halal
olması qənaətinə gəlməliyik.
c) jele:
Jelatin istehsalında istifadə olunan jele isə heyvan mənşəli (sümük və ya
başqa heyvan maddələrinin uzun müddət qaynadılmasından hasil olan) qəliz
həlməşikdir. Lakin yeyinti sənayesi istehsalında bitki (o cümlədən, meyvə və
yosun) mənşəli jele məhsullarından da istifadə edilir.
“Coca-cola”, “Pepsi”, “Seven up”, “Canada dry” kimi spirtsiz qazlı içkilərə
gəlincə, onların tərkibində heç bir heyvan mənşəli maddə və spirtə rast
gəlinməmişdir.
Sonda qeyd etmək istəyirik ki, verilən məlumatlar əsasən, Çikaqo Şərq-Qərb
Universitetinin rektoru Ph.D. Əhməd Hüseyn Səqrin bizə təqdim etdiyi
məlumatlara əsaslanır. Bununla yanaşı, aşağıdakı mənbələrdən də istifadə
olunmuşdur:
1) əl-Mausuə fi ulum ət-təbiə (1-2 cildlər), Eduard Qalib, Beyrut, 1965-
1966.
2) Le Guide maraboutde la peche
en mer Michel van Haver, Fransa, 1982.
3) Les poissons D’eau Douce – Jiri Cihar, Fransa, 1976.
4) Guide des Poissons D’eau Douce et peche Bent J. Muvs et preben
Dahistrom, İsveçrə, 1981.
5) Encyclopedie İllustree des poissons Stansilav Frank, Paris.
205
6) Encyclopedie du Monde Mnimal Tome 4 (Les Poissons et Les reptiles)
Maurice Burton, Bibliotheque Marabout, Paris.
Dostları ilə paylaş: