44
hiliklə dəlilik sıfırdan başlayaraq çevrə əmələ gətirə biləcək iki
yarımkürənin əks qütbləridir. İnsanların ümumi şüur səviyyəsi isə
hökmən sıfırdan müsbətə doğru olan və daim irəliləyən müəyyən
bir vəziyyətdir.
Dahilərin əldə etdiyi imkanlara görə onların böyüklüyü sonsuz
olduğu kimi, dəlilərin də həyat təcrübəsinin yanlış qavranılmasın-
da daha çox yanlışlığı və bu yanlışlığın imkan daxilində həyata
tətbiqi sonsuz ola bilər. Lakin dəlilər üçün hər hansı bir yanlışlığı
həyata keçirməyə mane olan dəmir barmaqlıqlarsa, dahilərin ye-
ni-yeni kəşflər etməsi üçün maneə öz sirlərini gizlətmək istəyən ən
müxtəlif səbəblərdir.
Ən müxtəlif sahələrdə səbəb-nəticə ardıcıllığının daha geniş
əhatəsini öyrənməklə bəşəriyyətin bilik həddini ötüb keçən kəslər
dahidir. Dahilər sözsüz ki, öz kəşflərinin nə üçün istifadə ediləcə-
yini öz düşüncələrinə rəğmən anlayırlar. Lakin dahilərin nailiyyət-
lərindən çox vaxt siyasətdə də, iqtisadiyyatda da məqsədli istifadə
edilir. Bu da o nailiyyətlərdən istifadə
edən kəslərin səviyyəsindən
asılıdır. Dahilik illərlə öyrənilən biliklər toplusundan və istedaddan
əldə olunan nəticədir. Hər bir normal kəs istəsə ən müxtəlif sahələr-
də bəşəriyyətin əldə etdiyi bilik təcrübələrini bacarığı daxilində öy-
rənə bilər və insanların ümumi şüur səviyyəsini qabaqlaya bilər.
Deməli, müəyyən qədər qabiliyyətə malik kəslər faydalı zəhmətlər
hesabına öyrənilən bilik və təcrübə ilə dahilik səviyyəsinə yüksələ
bilərlər.
Dahiliyin son həddi yoxdur, lakin onun yolu spiral şəkillidir.
Dahilər ola bilsin ki, bir və ya bir neçə dəfə insanların ümumi şüur
səviyyəsinə yaxın, lakin çox-çox üstün bir mərhələdən keçib gedə
bilərlər. Dahilər ona görə əbədiyaşardırlar ki, onların fikirləri öz
dövrləri üçün ən qüvvətli və təkanverici olub zamanı müəyyən
hədd daxilində qabaqlayan olur.
Dahilərin nailiyyətləri müəyyən zaman mərhələsindən son-
ra ötüb keçilə bilinər, bu bəşəriyyətin irəliyə doğru inkişafından
yaranan bir aksiomdur, lakin müəyyən bir dövrdə yaşayıb öz əsr-
daşlarını zamanın qalın pərdəsini götürməklə daha uzaq gələcəyə
45
yaxınlaşdırmaq səyinlə faydalandırmaq heç vaxt unudulmayan bir
həyatdır.
Ən ibtidai insanların da öz dövrünə görə dahiləri olub, quyu
qazıb öz ovunu ora salan, ilk nizə ucluğu düzəldən, atı əhliləşdirən
və sairə. Bütün bunlar zamanın tələbatından doğan kəşflər idi.
Müəyyən bir şey icad olunandan sonra asan görünür. Lakin icad
olunmayana qədər onun varlığı haqqında məlumat olmadığından
onu icad etmək çətin olur. Lakin insanın gündəlik ehtiyaclarından
doğan tələbatı onu öz ehtiyaclarını daha asan ödəmək üçün axtarış-
lar aparmağa məcbur edir. Bu axtarışların yekunu isə hökmən yeni
kəşflər olmalıdır. Deməli,
insan varsa, onun dahiləri də olmalıdır.
Ümumiyyətlə, dahilik öz səviyyəsində dərrakə sahiblərinə məx-
sus bir haldır. Hər bir insanın xarakteri və düşdüyü mühit onun dün-
yagörüşünü formalaşdırır və hər bir kəsin ağılı öz mühitinin məhsulu
olur.
Ən çox ailədə, sonra məktəbdə və küçədə əldə etdiyi biliklər
insanın ağılının təməl daşlarıdır. Hər kəsin dünyaya və hadisələrə
baxışı, öz ağlına görə olur.
Hər kəs üçün öz ağlı yaşadığı anda ən son nəticə olduğundan
, hər bir kəs öz fəaliyyətini ən ağıllı hesab edir. Lakin bəzən yax-
şı nəticə əldə etməyəndə, ya da kiminsə eyni hal üçün əldə etdiyi
nəticələr daha yaxşı olanda, insanlar öz səhvlərini anlayır və ağıl-
sız hərəkətlərini daxilən öz-özlərinə etiraf edirlər, həm də ağılsız
hərəkətin etirafı hökmən insanda peşmançılıq və təəssüf hissi do-
ğurur. Lakin hər hansı bir hərəkət edilən an onu edən kəs tərəfindən
ağıllı bir hərəkət kimi düşünülür və ya ən azı haradasa bir ümid
işığına sığınmağın mümkünlüyünə inanılır. Ümumən götürdükdə
isə öz nöqsanlı və nöqsansız cəhətləri ilə birgə hər kəs özünü dahi
hesab edir.
Mümkündür ki, bir fərd özünün dahisi ola bilər, yəni özü üçün
hər zaman həyat təcrübəsi və yeni nailiyyətlər qazana bilər. Hər
insan özü üçün dahidir, bəşəriyyətin dahisi olmaq üçün bütün in-
sanların dahisi olmaq lazımdır. Çünki dünya böyük və geniş, in-
sanlarsa çoxdur, hər bir kəs də özünü özü üçün dahi sanır. Deməli,