əldə etdiyi məlumatları da çatdırmağa səy göstərmişdir.
Dövrün ən maraqlı qaynaqlarından biri də Mahmud Nətənzinin
1599-1600-cü illərdə yazıb bitirdiyi «Nəqavat əl-asar fi zikr-ül-
əxyar» əsəridir
1
. Mahmud Nətənzi həmin əsərində siyasi hadisələri
sadalamaqla kifayətlənməmiş, həm də onların səbəblərini dəqiq və
yığcam aydınlaşdırmağa çalışmışdır. Bu əsərdə mövzu ilə əlaqədar
elə materiallar vardır ki, onlar dövrün digər mənbələrində yoxdur.
Mövzu ilə bağlı ən dəyərli qaynaqlardan biri də Fəzli
İsfahanınin 1617-ci ildə bitirdiyi «Əfzəl ət-təvarix» əsəridir
2
. Əsərin
II cildi Şah I Təhmasibin hakimiyyətinin ilk günlərindən 1587-ci ilə
qədərki dövrü əhatə edir. Hələlik bu əsərdən tədqiqatçılar az istifadə
etmişlər və qaynaqda surəti olduğu kimi verilmiş fərmanların bəzisi
arxivlərdə, muzeylərdə yoxdur. Müəllif əsərin bir hissəsini
Qarabağda olarkən yazmışdır.
Qazi Əhməd Quminin (1546-1617) «Xülasət ət-təvarix»
əsərində
3
də Səfəvilərin dövlət aparatı, əyalət və şəhərlərdə idarə
sistemi, yüksək vəzifəli şəxslər, o cümlədən vilayət bəylərbəyi,
kələntərlər, darğalar, qazılar, sədrlər, şeyx ül-islamlar, möhtəsiblər
barədə məlumat vardır. O, özü də müəyyən müddət qazı vəzifəsində
işləmişdir. Qazı Əhməd ibn Mir Münşi Şərəf əd-Din 1546-cı ildə
Qumda anadan olmuş, on yaşında ikən atası ilə birlikdə Məşhədə
getmiş, orada səkkiz il yaşamış, xəttatlıq öyrənmiş, 1566-cı ildən
sarayda yüksək vəzifələrdə çalışmışdır. 1605-ci ildən ömrünün
sonuna qədər isə Hindistanda yaşamışdır. Vəfat tarixi dəqiq məlum
deyildir.
Azərbaycanın mərkəzi idarələrində çalışan məmurlar, vilayət
və şəhər hakimləri, dini təsisatlar barədə çox qiymətli məlumatlarla
zəngin olan qaynaqlardan biri də İsgəndər bəy Münşinin (1560-1634)
«Tarix-i aləm aray-i Abbasi» əsəridir
4
. Bu əsər dövrün digər
1
ناﺮﮭﺗ ،رﺎﺒﺧﻻا ﺮﮐذ ﯽﻓ رﺎﺛﻵا ةوﺎﻘﻧ ،یﺰﻨﻄﻧ ﮫﺘﺷﻮﻓا ﷲا ﺖﯾاﺪھ ﻦﺑ دﻮﻤﺤﻣ
:
ﮫﻧﺎﺨﭘﺎﭼ
،ﻦﻤﮭﺑ
1350
.
2
ﺎﯿﻧﺎﺘﯾﺮﺑ هزﻮﻣ زا ﯽﻄﺧ ﮫﺨﺴﻧ ،ﺦﯾراﻮﺘﻟا ﻞﻀﻓا ،ﯽﻧﺎﮭﻔﺻا ﯽﻠﻀﻓ
3
ج ،ﺦﯾراﻮﺘﻟا ﺔﺻﻼﺧ ،ﯽﻤﻘﻟا ﻦﯿﺴﺤﻟا ﯽﻨﯿﺴﺤﻟا ﻦﯾﺪﻟا فﺮﺷ ﻦﺑ ﺪﻤﺣا ﯽﺿﺎﻗ
.
1
-
2
ناﺮﮭﺗ ،
:
ﮫﺴﺳﻮﻣ
پﺎﭼ و تارﺎﺸﺘﻧا
،هﺎﮕﺸﻧاد
1363
.
4
ﺪﻠﺟ ،ﯽﺳﺎﺒﻋ یارآ ﻢﻟﺎﻋ ﺦﯾرﺎﺗ ،نﺎﻤﮐﺮﺗ ﮓﯿﺑ رﺪﻨﮑﺳا
1
-
2
،ﻦﺸﻠﮔ پﺎﭼ ،ناﺮﮭﺗ ،
1350
.
mənbələrindən
fərqlənir.
İsgəndər
bəy
Münşi
Səfəvi
hökmdarlarından I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl,
Sultan Məhəmməd və I Şah Abbasın hakimiyyətləri dövründəki
hadisələrin bəhsinə yekun vurduqdan sonra, dövrün müxtəlif dini və
dünyəvi vəzifələrində çalışmış şəxslərin soykökü ilə yanaşı, qısa
tərcümeyi-halını da vermişdir. İsgəndər bəy Münşinin Azərbaycan
Səfəvi dövlətinin idarə quruluşu ilə yaxından tanışlığı onun Təbriz,
Ordubad və başqa şəhərləri gəzməsi, hadisələrin əksəriyyətinin
iştirakçısı və müşahidəçisi olması ilə bağlıdır.
I Şah Abbasın sarayında baş münəccim olmuş Cəlaləddin
Məhəmməd Münəccim Yəzdinin «Tarix-i Abbasi»
1
əsəri I Şah
Abbas (1587-1629) dövrünün çox böyük elmi əhəmiyyət kəsb edən
mənbələrindəndir. Əsərdə 1576-1611-ci illərin tarixi hadisələri öz
əksini tapmışdır. Mənbədə dövlətin mərkəzi və yerli idarələrində
müxtəlif vəzifələrdə çalışan Qızılbaş-Türk əsilzadələri haqqında
qiymətli məlumatlara təsadüf edilir.
Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi «Əz Şeyx Səfi ta
Şah Səfi»
2
adlı əsəri dövrün qiymətli məxəzlərindən olub, adından
göründüyü kimi Şeyx Səfiəddin İshaqdan (1252-1334) Şah Səfiyə
(1629-1642) qədər geniş bir dövrün siyasi tarixi hadisələrinə həsr
olunmuşdur. Əsərdə I Şah Abbas və I Şah Səfinin hakimiyyətinin ilk
illərində dövlət quruluşunda müxtəlif vəzifələrdə çalışmış türk
əsilzadələri haqqında dəyərli materiallara təsadüf edilir. Müəllif I Şah
Abbas dövründə Hatəm bəy Ordubadinin və ondan sonra oğlu Talıb
xan bin Hatəm bəy Nəsiri Ordubadinin baş vəzir olması, Talıb xanın
I Şah Səfinin hakimiyyətinin altıncı ilində qətli barədə müfəssəl
məlumat verir.
Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin oğlu Molla
Kamalın «Zübdət ət-təvarix»
3
adlı əsəri dövrün siyasi tarixi
1
ناﺮﮭﺗ ،لﻼﺟ ﻼﻣ ﮫﻣﺎﻧزور ﺎﯾ ﯽﺳﺎﺒﻋ ﺦﯾرﺎﺗ ،یدﺰﯾ ﻢﺠﻨﻣ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا لﻼﺟ ﻼﻣ
:
تارﺎﺸﺘﻧا
،ﺪﯿﺣو
1366
.
2
،ﯽﻔﺻ هﺎﺷ ﺎﺗ ﯽﻔﺻ ﺦﯿﺷ زا ﯽﻧﺎﻄﻠﺳ ﺦﯾرﺎﺗ ،یدﺎﺑآﺮﺘﺳآ ﯽﻨﯿﺴﺣ ﯽﻀﺗﺮﻣ ﻦﺑ ﻦﯿﺴﺣ ﺪﯿﺳ
ناﺮﮭﺗ
:
،ﻦﻤﮭﺑ ﮫﻧﺎﺨﭘﺎﭼ
1358
.
3
،ﺦﯾراﻮﺘﻟا ةﺪﺑز ،ﻢﺠﻨﻣ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا لﻼﺟ ﻦﺑ لﺎﻤﮐ ﻼﻣ
ﺲﯿﻔﻧ بﺎﺘﮐ ود ﻦﯿﻨﭽﻤھ ؛ﯽﻄﺧ ﮫﺨﺴﻧ
ﺦﯾراﻮﺘﻟا ﺔﺻﻼﺧ ،نﺎﯾﻮﻔﺻ ﺦﯾرﺎﺗ ﮫﯿﻟوا کراﺪﻣ زا
–
،کارا ،لﺎﻤﮐ ﻼﻣ ﺦﯾرﺎﺗ
1334
.