27
1941-ci ildə Sanqaçal Dəniz Qazma İşləri İdarəsində buruq
ustası kimi əmək fəaliyyətinə başlamış Qəmbərov Məmməd
Mütəllim oğlu 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı, 1978-ci
ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı və 2 dəfə Lenin
ordeni və medalları ilə təltif olunmuş ilk neftçilərdəndir.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait
yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə
imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40
m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün
neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və
qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və
qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə
Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi,
boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi.
Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı.
Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan
sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli
özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə
işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma
qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində
zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı.
Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz
yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə
artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a
(şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının
sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan
neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə
yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu
(Günəşli, Çıraq, Azəri və b.).
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri
zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər
məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir
icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda
28
tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm
iradəsinin və cəsarətinin nəticəsi idi.
V mərhələ SSRİ-nin dağılması, müstəqillik dövrünün və
Azərbaycanın yeni tarixini əhatə etməklə “Yeni neft strategiyası”
nın yaranması ilə səciyyələnir.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini
bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını
gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu
siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları
əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və
dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi
inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci
illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-
cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik
iqtisadi inkişaf dövrü.
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin
dövründə dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması
Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının
qarşısını xeyli dərəcədə aldı.
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış,
xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu
yaradıldı. Bir ildə fonda 1.5 ton qızıl və digər qiymətli metallar
toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Azərbaycan
Respublikasının Mərkəzi Bankında valyuta ehtiyatı 1992-ci ilin
uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon ABŞ
dollarına çatdı.
1992-ci ildə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidenti
Əbülfəz Elçibəyin yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə
yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız
dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının
gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını,
vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin
mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək
29
yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi,
liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar
iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət
Əmlak Komitəsi (2009-cu ildə qurulan Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsi yerinə keçdi), Dövlət
Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi və
İqtisadiyyat Nazirliyi (2001-ci ildə Dövlət Əmlakı Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti
və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi
ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyi yaradılmışdır), Torpaq Komitəsi (2001-ci ildə
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
yerinə keçdi) dövlət orqanları yaradıldı.
Azərbaycan
neftinin
dünya bazarlarına çıxarıl-
ması üçün 1996-cı ildə
Bakı-Novorossiysk, 1999-
cu ildə isə Bakı-Supsa ixrac
neft kəmərlərinin istismara
verilməsinə və Bakı-Tbilisi-
Ceyhan əsas ixrac neft
kəmərinin inşası ilə bağlı
sazişin
imzalanmasına,
beləliklə də ixrac marşrut-
larının diversifikasiyasına nail olundu. Prezident Heydər Əliyevin
1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə
birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil
olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet
sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin
etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu
(ARDNF) yaradıldı. Lakin beynəlxalq maliyyə təşkilatları
tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin
edilməsi çox da yüksək qiymətləndirilmir.
Dostları ilə paylaş: |