11.3.4.
filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək
haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;
11.3.5.
filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər
hüquqi şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi
haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat
qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun
tərəfindən
imzalanmış
və
imzası
notariat
qaydasında
təsdiqlənmiş
vətəndaş
qüsursuzluğuna dair ərizə;
11.4.
Mərkəzi Bank
müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim
günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları
aradan qaldırmağı təklif edir.
Mərkəzi Bank
müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə
səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul
edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə
Mərkəzi Bank
müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul
edilmiş hesab edilir.
11.4.
Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün
ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü
müddətində
Mərkəzi Bank
müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və
müvafiq qərar qəbul edir. Hər bir halda
Mərkəzi Bank
qəbul etdiyi qərarı banka göndərir.
Mərkəzi Bank
müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici
nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat,
habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması
üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında
Mərkəzi Bank
ın qərarında onların əsasları göstərilməlidir.
11.5.
Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə
verildikdə onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə
müəyyən edilmiş qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya
nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.
11.6.
Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə
müvafiq icazə aldıqdan sonra bu barədə
Mərkəzi Bank
a 5 təqvim günü müddətində yazılı
bildiriş göndərməlidir.
M a d d ə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin
alınması
12.1.
Mərkəzi Bank
ın icazəsi olmadan xarici bank Azərbaycan Respublikasında
nümayəndəliyini aça bilməz.
12.2.
Xarici bank yerli nümayəndəliyini açmağa icazə almaq üçün
Mərkəzi Bank
a ərizə ilə
müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilməlidir:
12.2.1.
bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının
qərarının surəti;
12.2.2.
nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən
səlahiyyətli idarəetmə orqanı göstərilməklə, bank, onun təşkilati strukturu və idarəetmə
orqanları haqqında məlumat;
12.2.3.
bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli səhmlər payı
göstərilməklə siyahısı;
12.2.4.
bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və
auditor rəyi;
12.2.5.
nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;
12.2.6.
nümayəndəliyin inzibatçılarının peşəkar keyfiyyətləri və təcrübəsi, habelə
məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;
12.2.7.
bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.
12.3.
Mərkəzi Bank
müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar
müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş
göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir.
Mərkəzi Bank
müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını
müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü
müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə
Mərkəzi Bank
müraciət edənlərə
yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
12.4.
Xarici bankın nümayəndəliyin açılmasına icazə alınması üçün təqdim edilmiş
müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü
müddətində
Mərkəzi Bank
bu Qanuna müvafiq olaraq müraciətə baxır və müvafiq qərar
qəbul edir. Hər bir halda
Mərkəzi Bank
öz qərarının surətini müvafiq xarici banka göndərir.
12.5.
Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət
qeydiyyatı haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda
əhəmiyyətli dəyişikliklərin olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra
Mərkəzi
Bank
ona icazə verir.
12.6.
Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə
biləcəyi işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər
daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.
M a d d ə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına,
xarici bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli
nümayəndəliklərinin açılmasına icazə alınması üçün əlavə tələblər
13.1.
Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici
bankın yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin
açılmasına icazələr yalnız
Mərkəzi Bank
ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin
bank fəaliyyətini tənzimləyən və ona nəzarət edən xarici səlahiyyətli orqanlar arasında
məsləhətləşmələr keçirildikdən və həmin orqanlar tərəfindən banka və ya bank holdinq
şirkətinə konsolidasiya edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən
edildikdən sonra verilə bilər.
13.2.
Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın
filialına bank lisenziyası və ya xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə
alınması üçün müraciətə bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən sənədlərdən
başqa aşağıdakı sənədlər də əlavə edilir:
13.2.1.
xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün - təsisçi xarici
bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə
fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin
olması, habelə həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi
barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın,
nümayəndəliyin açılmasına yazılı icazəsi;
13.2.1.
xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata