Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları.
Beynəlxalq iqtisadi münasibətlər dünya ölkələri arasında ticarət, kapital
ixracı, beynəlxalq kredit, iş qüvvəsinin miqrasiyası, beynəlxalq valyuta
münasibətləri və elmi-texniki əməkdaşlıq nəticəsində yaranan iqtisadi
münasibətlər toplusudur. BİM-beynəlxalq əmək bölgüsünə əsaslanan xüsusi
fəaliyyət sferasıdır. BİM özünün praktiki təzahürünü ayrı-ayrı ölkələr
arasında onları təmsil edən müəssisələr, firmalar və təşkilatların məhsul və
xidmətlərinin beynəlxalq ticarətdə, elmi-texniki, investitsiya, maliyyə-valyuta və
kredit, informasiya əlaqələrində və onlar arasında əmək ehtiyatlarının
yerdəyişməsində göstərir. BİM obyektiv olaraq beynəlxalq əmək bölgüsündən,
istehsalın, elmin beynəlxalq ixtisaslaşmasından və təsərrüfat həyatının
beynəlmiləlləşməsindən irəli gəlir. BİM təşəkkül tapması və inkişafı ayrı-ayrı
ölkələrin iqtisqdiyyatlarının qarşılıqlı təsirinin və asılılığının güclənməsi ilə
müəyyən olunur. Beynəlxalq əmək bölgüsünün dərinləşməsi və inkişafı, eləcədə
BİM –in inkişafı təbii ( təbii, coğrafi, demoqrafik və s.) və əldə olunmuş
(istehsal, texnoloji) amillərdən, həmçinin sosial, milli, etnik, siyasi və mənəvi-
hüquqi şəraitdən asılıdır. BİM qeyd olunan formaları və praktiki istiqamətləri
dünya təsərrüfatçılıq fəaliyyətinin bir sıra sferalarını əhatə edir:
-beynəlxalq ticarəti;
-istehsalın və elmi-texniki işlərin beynəlxalq ixtisaslaşması;
-elmi-texniki informasiyanın mübadiləsi;
-ölkələr arasında maliyyə-valyuta və kredit əlaqələrini;
-kapitalın və iş qüvvəsinin hərəkətini;
-beynəlxalq iqtisadi təşkilatların fəaliyyəti, qlobal iqtisadi problemlərin
həllində təsərrüfatçılq əməkdaşlığı;
-beynəlxalq informasiya əlaqələrində, İnternetin rolunun formalaşması və
artmasında, kompyüter vasitəsi ilə kommersiya əməliyyatlarının həyata
keçirilməsində.
BİM-in perspektivləri, imkanları, onun rolu, əsas istiqamətlərinin və
formalarının qarşılıqlı nisbətləri beynəlxalq əmək bölgüsünün inkişafı, daha da
dərinləşməsi və daha yüksək tiplərinə keçməsi ilə müəyyən olunur. Beynəlxalq
əmək bölgüsünün ümumi tipi sahələrarası beynəlxalq ticarəti baş verməsini
müəyənləşdirir, beləki, burada ayrı-ayrı ölkələrin əsasən hasilat və emal
sahələri arasında beynəlxalq mübadilə nəzərdə tutulur. Xüsusi tipli beynəlxalq
əmək bölgüsü ayrı-ayrı ölkələrin müxtəlif istehsal sahələrinin və həmçinin sahə
daxilində istehsal olunan hazır məhsulların beynəlxalq mübadiləsinin baş
verməsinin və onun daha da inkişaf eyməsinin əsasını təşkil edir. Fərdi tipli
beynəlxalq əmək bölgüsü beynəlxalq ticarətdə ayrı-ayrı ölkələrin müvafiq
istehsal sahələrinin məhsulun bir hissəsinin istehsalı və yaxud texnoloji prosesin
müəyyən hissəsi üzrə ixtisaslaşmasını, layihə-konstruktor, hətta investitsiya
prosesi üzrə ixtisaslaşmasını nəzərdə tutur.
Qeyd olunanlar onu deməyə imkan verir ki, beynəlxalq iqtisadi
münasibətlər, beynəlxalq miqyasda əməyin, kapitalın, təbii və digər resursların
tətbiqi sahəsi və nəticəsi olaraq bazar iqtisadiyatına xas olan əlamət və
xüsusiyyətlərə malik olmaqla onun xüsusi bir sferasıdır. Məlumdur ki azad
bazar münasibətləri alıcı və satıcının sərbəst seçilməsini nəzərdə tutduğundan bu
sferada da aşağıdakılara əsaslanır:
-
bazar subyektlərinin və obuektlərinin çoxluğu;
-
tələb və təklifin təsirinin müəyənediciliyi;
-
onların çevik qiymətlərlə qarşılıqlı əlaqəsi;
-
rəqabətə dözümlülük.
Bu qeyd olunan amillərə sahibkarlığın azadlığı da əlavə olunur. Belə ki,
Beynəlxalq mübadilənin özü elə mübadilənin bir ölkə çərçivəsindən çıxması
deməkdir ki, bu da çoxlu obyektlərin mövcudluğunu fərz edir. Bu fikir eyni ilə,
bazar subyektlərinə də aiddir, çünki milli firma və müəssisələrdən başqa,
beynəlxalq miqyasda çoxlu miqdarda xarici,beynəlxalq şirkətlər və təşkilatlar,
müxtəlif ölkələrin dövlət strukturları BİM-də iştirak edirlər. Tələb və təklifin
fəaliyyəti mexanizmini dəyişdirmədən BİM onun fəaliyyət sferasını
genişləndirir, mübadilənin əhatə etdiyi çeşidləri və onların həcmini kifayər qədər
genişləndirir. Bazar qiymətləri sistemi yeni kəmiyyət və keyfiyyət
xarakteristikası kəsb edir. Bununla yanaşı rəqabət şəraiti kəsginləşir. BİM -
ininkişaf etmiş bazar təsərrüfatı sisteminə aid olduğunu göstərən əsas
əlamətlərdən aşağıdakıları göstərmək olar:
1) hər bir milli iqtisadiyyatda olduğu kimi dünya təsərrüfatı və beynəlxalq
iqtisadi münasibətlərin əsasında əmək bölgüsü dayanır ki, bu da mübadiləni
nəinki milli sərhədlər daxilində, həmçinin milli sərhədlərdən kənarda, ölkələr
arasında baş verməsini və ayrı-ayrı ölkələrin istehsal və istehlakının bir-birindən
asılılığını nəzərdə tutur.
2) BİM-n iştirakçıları iqtisadi cəhətdən xüsusiləşmişdirlər və bu
xüsusiləşmə milli-təsərrüfatçılq səviyyəsində olan xüsusiləşmə forması olub,
obyektiv əmtə-pul əlaqələrinin yaranmasına səbəb olur;
3) BİM –n dünya təsərrüfatçılıq mübadilə münasibətlərində tələb, təklif
qanunları və azad qiymətəmələgəlməsi tam fəaliyyət göstərir ki, bunlar da bazar
mexanizminin məhək daşıdır;
4) milli bazarlar kimi BİM dünya bazarı əmtə və xidmətlərin, alıcı və
satıcıların rəqabəti ilə xarakterizə olunur. Bu rəqabət daha kəsgin xarakter
daşıyır, çünki, burada bazara daha iri həcmdə və daha keyfiyyətli əmtəə və
xidmət daxil olur. Bu raqabət ölkələr arasında istehsal amillərinin(kapital və iş
qüvvəsinin) yerdəyişməsi ilə daha da kəsginləşir.
BİM-in mili iqtisadiyatın inkişafında yeri və rolu.
Müasir dünyada elə bir ölkə tapılmaz ki, digər inkişaf etmiş ölkələrlə
iqtisadi əlaqələrə girmədən öz xalqının mədəni-texniki inkişafını təmin edə
bilsin. Hətta çox geniş ərazilərə və təbii-iqtisadi resurslara malik olan ən nəhəng
dövlətlər belə müasir dünyada öz inkişafını təmin edə bilmir. Məlumdur ki,
insan cəmiiyyətinin qarşısında duran ən başlıca problem ölkə vətəndaşlarının
günü-gündən artan təlabatınıdaha maksimum ödəməkdir. Eyni zamanda, bu
təlabatı ödəmək üçün zərurri olan ehtiyatlar isə məhduddur. Ayrı-ayrı ölkələrdə
isə bu ehtiyatlar tamamilə qeyri- bərabər mövcuddur. Ona görədə ölkələr
arasındaiqtisadi əlaqələr əhalinin artmaqda olan təlabatını daha dolğun ödəməyə
imkan verir. Beləliklə hər bir ölkənin,o cümlədən ən inkişaf etmiş və bütün
faydalı qazıntılara , təbii-iqlimvə digğr amillər malik olan ölkənin də inkişafı
BİM olmadan mümkün deyildir və bunun iqtisadi əhəmiyyəti əvvəlki mövzuda
göstərilmişdir. BİM-n, ocümlədən beynəlxalq ticarətin iqtisadi əhəmiyyəti artıq
həm təcrübədə. Həmdə görkəmli iqtisadçıların tədqiqatları ilə sübut
olunmuşdur.Beynəlxalq əmək bölgüsündən irəli gələn beynəlxalq iqtisadi
münasibətlər imkan verir ki, hər bir ölkə malik olduğu istehsal amilinə və yaxud
təbii-iqlim şərtlərinə uyğun olaraq istehsal və xidmətin bu və ya digər sahəsi
üzrə ixtisaslaşaraq məsrəfləi azaltmaqla iqtisadi resruslara qənaət etsin.
BİM-n milli iqtisadiyyat üçün iqtisadi əhəmiyyətini onun , hər bir
ölkənin xalq təsərrüfatında rolunu kəmiyyət etibarı ilə müyyən etmək üçün
onun xarici ticarət dövriyyəsini, ölkənin istehsal etmiş olduğu ÜDM-n həcmi ilə
müqayisə etmək lazımdır, başqa sözlə desək:
Dostları ilə paylaş: |