132
BEŞINCI HISSƏ
“İnterkosmos” proqramının emblemi əhəmiyyəti və əzəməti artırır.
Skafandrların qeyri-adi görünüşü var, sanki hansısa məxluqun
soyulmuş dərisinə oxşayır. Onları geyinəndən sonra canlanır. Hətta
gözəgəlimlidir, əminliklə deyə bilərik ki, rahatdır. Skafandrları
geyinərək, onların işlək olduqlarını yoxlamaq üçün növbəti zala
keçdik. Burada isə gur işıqdan gözlərimiz yumulur, fotoaparatlar və
kameralar bizi çəkir. O biri otaqda, şüşənin arxasında onlarla insan,
jurnalist və fotoreportyorları görürəm. Hamısının fikri bizdədir. “Bir
neçə müddət belə olacaq”, – Pyotr pıçıldayır. “Deyəsən, heç vaxt buna
öyrəşməyəcəyəm”, – cavab verirəm.
Xidməti işçilərin köməyi ilə gəmidəkinə oxşar kreslolara əyləşirik.
Əslində kreslolar daha çox yeni doğulmuş körpələri çimizdirmək üçün
nəzərdə tutulmuş vannalara bənzəyir. Ayaqlarımı qatlayıb uzanmaqla
kresloya sıxan kəmərləri bağlayırıq, əlcəkləri geyinirik və dəbilqənin
şəffaf alın hissəsini aşağı salırıq. Skafandr içində mərhələli şəkildə
təzyiq artırılır. Nəfəs salmaq çətinləşir. Skafandr sərtdir və top kimi
hava ilə doludur. Bizim hərəkətlərimiz yöndəmsizdir və böyük səy tələb
edir. Dizimin altında sürüşkən basılma hiss edirəm, lakin gülərək hər
şeyin yolunda olmasını deyirəm. Hər ehtimala qarşı sınaqlar aparırlar,
çünki orbitdə gəminin kabinəsində təzyiq düşdüyü anda skafandr
Yer kürəsinə qəza dönüşü üçün tələb edilən vaxt ərzində lazımı şərait
yaradacaqdır. Həmin sınaq zamanı yenidən EKQ qeyd edildi.
Yüngül yorğunluq hiss edirəm. İndi isə sadə kreslolarda üzümüz
yığışanlara tərəf əyləşirik. Projektorlar sönəndə sürpriz olaraq
görürəm ki, şüşənin arxasındakı otaqda qonaqlar sırasında başda Milli
Təhlükəsizlik Naziri Voyçex Yaruzelski olmaqla dövlət nümayəndə
heyətinin üzvləri əyləşib. Qorxu, həyəcan hiss etdim. Bir zabit kimi
ən ali komandirim tərəfindən qiymət alacağımı bilirdim. Əsgər üçün
bu, yüksək şərəf, həm də ən böyük sınaqdır. Çox gərginəm, lakin
fikrimi toplamağı bacardım. Deyəsən, emosional vəziyyətim üzümdən
oxunur, çünki general mənə və Pyotra adla müraciət edərək, əvvəlcə
çox astadan, lakin ürəkdən danışır. Gərginlik qəflətən itir. Gözəl
danışır, həyəcanlı olduğunu görürəm. Baş verəcəklərin Polşa üçün necə
əhəmiyyətli olduğu barədə danışır. Həmçinin ardıcıl olaraq bilavasitə
hər ikimizə müraciət edir. Özümüzü necə hiss etdiyimizi soruşur.
Uçuşun proqramı ilə maraqlanır. Bizi əmin edir ki, bütün polyaklar
haqqımızda xoş sözlər deyir. Ruhlandırıcı sözlərə görə minnətdaram
və sağ əlimdə yerləşən dəbilqənin bağlanılmasına nəzarət edən kiçik
güzgünü çıxardıb, generala xatirə olaraq təqdim edilməsini xahiş
edirəm. Hamımız təsirlənirik. Görüş üçün ayrılmış vaxt tez keçir,
buna görə generalla sağollaşaraq, tapşırığın yerinə yetirilməsinə hazır
133
olmağım barədə hesabat verirəm. Hazırlıq binasında bizi gözləyən
avtomobilə keçərək, Zeniki, əvəzedicimi görürəm. Kədərlidir. Onu
yaxşı başa düşürəm. Mənim kimi şansı var idi, amma əfsuslar olsun ki,
ikimizdən ancaq biri uça bilər. “Ümidini itirmə. Bəlkə tezliklə”, – onun
könlünü almağa çalışıram. Cavab vermir.
Avtomobillə start yerinə gedərkən raket mənə daha da nəhəng
görünür. İlk süni peykin uçduğu yerdə dayanıb. Həmin işəsalma
sistemindən on yeddi il bundan əvvəl Yuri Qaqarin uçmuşdu. Naməlum
bir məkana start götürdüyü zaman nə hiss etdiyi, nə düşündüyü haqda
tez-tez fikirləşirdim. Bizə yol açmış insan bizim üçün nümunə və
rəmzdir. Pyotr heyətin başçısı kimi, Dövlət Komissiyasının sədrinə qısa
hesabat verir. Ona cavab olaraq, bizə tapşırığı düzgün həyata keçirməyi
və doğma Yer kürəmizə sağ-salamat qayıtmağı arzu edirlər.
Raketədək hələ bir neçə on metr beton yolu qalıb. Bu yol şairlər
tərəfindən rəmzi olaraq 40 addım kimi adlandırılır. Məsafəni bizi yola
salan böyük insan kütləsinin müşayiəti ilə qət edirik. Yanımda Kosmos
Araşdırmalar Komitəsinin sədri, professor Rıxlevski gedir. Əlində
çəkilməmiş siqaret var, söhbət edirik, lakin fikir verirəm ki, siqareti
sanki yandırıbmış kimi tutur. Gülərək deyir: “Özünə yaxşı bax. Hava
əladır”. Yalnız havanın onsuz da bizə təsiri olmayacaq – raket təyyarə
deyil. Çoxu dostcasına çiynimizdən vurur. Skafandr sərbəst hərəkət
etməyə imkan vermir. Raketin aşağısından platformanın pilləkənləri
ilə qalxırıq. Bir neçə metr yüksəklikdən bütün yola salanları görürük.
Jurnalist və reportyorlar çoxdur, texniki heyətlərin üzvləri və hər yerdə
olan həkimlər də burdadır. Pilləkənlərdə yenidən Zenikə ürək-dirək
vermək istəyirəm. Qeyri-müəyyən bir jestlə cavab verir. Bu mehriban
insanlardan üzümü döndərəndə, raketimlə göz-gözə görüşürəm. Mənə
böyük təsir bağışlayır. Qənaətə gəlirəm ki, o, şaquli vəziyyətdə daha
da nəhəngdir. Onu baxışımla əhatə edə bilmirəm, çünki bazasının
diametri doqquz metrdir. Yanında elə balacayam ki. Buxar buludlari
ilə əhatə edilib. Bu, oksidləşdiricidir – maye oksigeni buxarlandırır.
Anbarların üst hissəsi qalın şaxta və buzla örtülüb. Temperaturdakı
böyük fərqə görə buz əriyir və gurultu ilə ayağımızın altına düşür.
Skafandrda havalandırma sisteminin olmasına baxmayaraq, belimdən
tərin axmasını hiss edirəm. Raketə tərəf ilk addım atanda, ani olaraq
ayaqlarımda təsvir edə bilməyəcəyim ağırlıq duydum. Məlum
reaksiyanın səbəbini tapa bilmədim. Bu məni gözləyən məsuliyyət və
ya əzəmətli raketə olan hörmətdir, yoxsa sadəcə insan qorxusudur?
“Gəl liftə gedək”, – Pyotr yada salır. Yuxarı qalxarkən boz kombinezon,
altından yaşıl mundir və başında beret olan liftə xidmət edən cavan
oğlan dünən tutduğu balıq haqqında bizə danışır. Yuxarıda olanda,
BAYKONUR KOSMODROMU – 27 İYUN - “2 SAYLI PERRON”
Dostları ilə paylaş: |