181
böyük, şaquli vəziyyət almış sütunlaradək. Bu qeyri-adi və gözəl mən-
zərəni - meteoritlərin son anlarını göstərən onlarla zolaqlar daha da
zənginləşdirirdi. Bu “bombalama”nı cənub və şimal yarımkürələrində
böyük coğrafi enlikdə müşahidə etmişdim. Yer kürəsinin atmosferin-
dən ancaq yüzlərlə metr aralıda görünən meteoritlərin yanımdan uça
biləcəyini yadıma salanda diksindim. Əgər bu, baş versəydi...
Özümü narahat hiss etdim. Üfüqdəki parıltı məni düşüncələrimdən
ayırdı, təhlükə hissi harasa yox oldu. Günəş dünyanı rəngləmək qa-
biliyyəti ilə öyünür, Kosmosun qaranlığı isə rəng qammalarını udur.
Təəccüblə fikir verdim ki, xarici antenlər, hətta günəş batareyalarının
panelləri gözqamaşdırıcı dərəcədə ağdır. Konstruksiyanın elementlə-
rinə düşən kölgələr onları nizamlanmamış ağ-qara televizordakı kimi
tanınmaz hala gətirirdi. Yer kürəsində gecə idi, stansiyanı isə Günəş
işıqlandırırdı. Dəqiqələr keçdikcə Günəş Yer kürəsinə və atmosferə
işıq salmağa başladı. Günəş üfüqdən yuxarı qalxdıqca, parıltılı ağlıq
və dərin qaranlıq itməyə başladı. Atmosferdən əks edilən səpələnmiş
işıq stansiyaya çatmağa başlayır. Konstruksiyanın xarici elementləri öz
dolğun rənglərini alır, antenlər yaşıl, günəş batareyaları isə mavi–laci-
vərd rəngdədir. Dörd gözlə baxırdım, buludlar və hüdudsuz okeanın
mənzərəsindən həzz alırdım, lakin qayıqçı tək quru axtarırdıq. Elə or-
bitlər olurdu ki, 60-70 dəqiqə, yəni bütöv kosmik gün ərzində sərhədsiz
suları görürdük. Ancaq kosmosdan görmək olur ki, Yer kürəsi quru və
dəniz deyil, dəniz və qurudur, çünki onun sahəsinin 71 faizini dəniz və
okeanlar tutur, ancaq 29 faizini quru təşkil edir.
Hüdudsuz sulara baxırdım, onun səthinin müxtəlif tipli və fərqli
rənglərdə olduğunu görürdüm. Cənubi Amerikanın sahillərində okea-
nın üzərində sanki yağ ləkəsi nəzərə çarpdı. Həmin faktı göyərtə gün-
dəliyinə köçürdüm, kəşfimi həmkarlarımla bölüşdüm. Kovalyonok qı-
saca dedi: “Kosmosdan Yerdə görə bilmədiklərini izləyə bilərsən. Bu,
Kosmosdan planktonun görünüşüdür”. Kiçik şeylərin uzaqdan daha
yaxşı müşahidə edilməsi fərziyyəsi yenə də təsdiq edildi.
Okeanda baxıb tapdığımız kiçik ada və ya torpaq hissəsi “Quru”
qışqırığına səbəb olurdu. İmkanı olanlar illüminatorların qabağına ke-
çirdi. Yönalma cihazına və xəritəyə baxmaqla artıq bilirdik ki, bu cür
görünən Havay adalarıdır, yeddi dəqiqədən sonra isə Şimali Amerika
qitəsini görəcəkdik. Əvvəlcə Sietl, sonra isə Böyük Göllər, Kanadaya
keçdik, Boston və Nyu-Yorksa bir neçə dəqiqədən sonra görünəcəkdi.
Və yenə də su, böyük su – suyun üzərində az-çox 50 dəqiqə uçacaqdıq,
sonra Avstraliyanı görəcəkdik.
Qar kəfəni ilə örtülmüş Qrenlandiya ağ rəngdə parıldayırdı. Bu-
ludlar azaldı. Onların böyük dəstələri və ya balaca topluları Atlantik
SİRLƏR VƏ RƏNGLƏR DİYARI
182
BEŞINCI HISSƏ
okeanın boz sularını bəzəyirdi. Şimali Amerikanın şimal-şərq sahilləri-
ni keçirdik. Avropaya uçan və oradan qayıdan onlarla təyyarələrin at-
mosferdə qoyduğu kimyəvi izləri müşahidə etdim. Durbinlə təyyarələ-
ri görmək istədim. Əbəs yerə. Əvəzində boz okeanın səthindən üzüb
keçən və sadəcə qara nöqtələr kimi görünən gəmilərdən sonra dalğa-
ların dağılmasını gördüm. Ağ, tək-tək buludlar diqqətimi çəkdi, çoxu
şimalda idi, Nyu-Faunlend tərəfə, cənuba hərəkət edirdilər. “Niyə belə
ağ və balacadırlar?” – Pyotrdan soruşdum. Baxdı və dedi: “Bu, bu-
ludlar deyil, buz dağlarıdır”. Bizdən aşağıda, haralardasa “Titanik“in
fəlakəti baş vermişdi.
Avstraliya öz nəhəngliyi və vəhşi təbiəti ilə məni heyrətə saldı. Bu,
böyük səhradır, mavi-açıq, yaşıl okeanla toqquşduğu yerdə yaşılla
rənglənib. Yarısı qaranlıqda idi. Növbəti kosmik gecə yaxınlaşırdı.
Gecə düşünmək üçün yaxşı vaxtdır, bundan əlavə, milyardlarla ul-
duzlar görünür, Yerdə olduğu kimi, ancaq başının üstündə deyil, bü-
tünlüklə ətrafında.
Uşaqlıqda səma anlayışı mənim üçün yaxşılıq və ədalətin sinonimi
idi, cəhənnəmsə pislik və əzab-əziyyətlə bağlı idi. Cəhənnəm dəhşətli
idi, lənətlənmişlər qətranda bişirdilər, oranın yiyəsi iyrənc şeytan idi,
onun padşahlığı isə hardasa Yerin dərinliyində yerləşirdi. Əlbəttə ki,
cəhənnəmə düşmək istəmirdim, buna görə özümü yaxşı aparırdım.
Səma isə yuxarıda olan bir şey idi, mavi və ya ulduzlarla parıldayan qa-
ranlıq idi. Səmada mələklər yaşayırdı və orada cənnət var idi. Səmada
buludlar, quşlar və təyyarələr uçurdu. Gecə mənim üçün həmişə sirli
idi, parıldayan ulduzlar isə təxəyyülümü zənginləşdirirdi və marağımı
oyadırdı. Anama əminliklə deyirdim ki, gecəni mələklər yaradır, çünki
səmanı yorğanla örtürlər, ulduzlar isə sadəcə yorğanlarda olan deşik-
lərdi- mənim yorğanımda xüsusi ilə çox idi.
Yetkinlik yaşımda səmanın daha dərinliyinə baxmaq istəyirdim.
Qalileyin sadə teleskopunu linza və eynəkdən düzəltdim. Linzanı ba-
cım işlədiyi laboratoriyadakı mikroskopdan “tapdım”. Litseydə astro-
nomiya elmi səmaya marağımı artırdı, bu zaman bəzi ulduzların ya-
nıb-sönməsi, bəzilərininsə təkrarolunmaz bürclərin yaratma səbəbləri
haqqında düşünməyə başladım. Bəzən səma müşahidələrini Ayın al-
tında romantik gəzintilərlə əvəz edirdim – həmişə tək olmurdum.
Dostum Henrik Pyotrovski də səma ilə maraqlanırdı. Axşamlar
yaxınlıqdakı parkda hündür ağaclara dırmaşırdıq və orada əvvəlcə-
dən hazırlanmış oturacaqlarda başımız yuxarı saatlarla ulduzlu səma-
nı müşahidə edirdik. Henya ilə kainatın quruluşu, səma cismlərinin
hərəkət prinsipləri və bürclər, yəni Kosmosun fizikası haqqında bilik-
lərimlə bölüşməyə cəhd edirdim. Onu isə daha çox Kosmosun fəlsəfəsi
Dostları ilə paylaş: |