29
Xristofor da kiçik qardaşı Bartolomey ilə bura gəlib çıxmışdı. O, dənizə görə
vətənini tərk etmişdi və kartoqrafçı kimi fəaliyyət göstərirdi.
Şərqə çatmaq üçün qərb tərəfə üzmək, yuxarıda deyildiyi kimi, ilk dəfə
florensiyalı bir kartoqrafın ağlına gəlmişdi. Portuqaliyada sahilə çıxdıqdan sonra
Kolumb İspaniyaya üzmüşdü və bu səfəri vaxtı artıq Qərb yolu ilə “Kataya” (o
vaxtlar Avropada Çini belə adlandırırdılar) üzmək barədə düşünmüşdü. Sonra o,
Madeyra adalarında məskunlaşdıqda Cənubi Atlantikaya üzmək istəmişdi, bir ya
iki dəfə Qızıl sahildəki Portuqaliya ticarət postuna səfər etmişdi. Burada o, şəkər
qamışlarını və şam ağacının gövdəsini gördükdə qərb üfüqünün arxasında
torpaqların mövcud olmasının bəzi işarələrinin mövcudluğunu güman etmişdi.
Lissabona geri döndükdən sonra o, şərq barədəki yazıları, Marko Polonun
sərgüzəştlərini oxudu. Baxmayaraq ki, o, Ptolomeyi öyrənmişdi – onun Asiyanın
ölçüsü barədə yanlış nəzəriyyəsi Xristoforda möhkəm bir inam yaratdı ki, qərb
tərəfə səyahət etməklə Asiyaya gedib çıxmaq olar. Apokrif (dinə görə qeyri-dəqiq
olan) Bibliyası peyğəmbəri Ezdraya görə yer dəyirmidir. Qərbin qurtaracağı
(İspaniya ilə) Şərqin qurtaracağı (“Hindistan”, başqa sözlə Asiya) arasındakı
məsafə çox uzaqdır, lakin İspaniya ilə “Hindistan” arasındakı dəniz yolunun
məsafəsi çox qısadır. Kolumb buna uyğun olaraq hesablamalar apardı. Bu
hesablamalara görə “Hindistan” Kanar adalarından 6,3 min kilometr məsafədə
olacaqdı. Doğrudan da
bir qədər çox və ya az, bu məsafədə Amerika yerləşirdi.
Bu sistem Kolumbun təxəyyülünü alovlandırdı və Qərb yolunun açılması
üçün onu kəşflərə səslədi. O, yeni yolla köhnə torpaqlara çatmaq istəyirdi. Lakin
onun cəhdləri əbəs idi.
Hindistana getmək üçün Qərbə tərəf üzmək barədə müraciətini ilk dəfə
1475-1480-ci illərdə etmişdi. O, bunu doğma Genuyasının hökumətinə və
tacirlərinə ünvanlamışdı. 1483-cü ildə o, bu təklifi Portuqaliya kralı II Juana etsə
də, monaxrdan rədd cavabı almışdı. 1485-ci ildə Kolumb öz oğlu Dieqo ilə birlikdə
İspaniyaya gəldi. Bir il sonra o, öz layihəsi ilə hersoq Medina-Selini maraqlandıra
bildi, o, isə öz növbəsində Kolumbu öz dayısı kardinal Mendosa ilə tanış etdi.
Axırıncı isə katolik krallar olan Ferdinand və İzabella tərəfindən onun qəbul
edilməsinə köməklik göstərdi. Kolumb eyni təkliflə 1488-ci ildə İngiltərə kralı VII
Henriyə də müraciət etmişdi.
1486-cı ildəki görüşdən sonra kraliça bu işi baş müsahibinə həvalə etdi.
Görüşdə Kolumbun böyük səfərinə kraliça İzabella xüsusilə böyük maraq göstərdi
və səyyah onu özünün himayəçisi hesab edirdi. 1504-cü ildə sonuncu səfərindən
qayıtdıqda kraliçanın öldüyünü eşitdikdə çox məyus oldu, axı o, özünün əsl
himayəçisini, onun kəşflərinə xüsusi qayğı göstərən bir tac sahibini itirmişdi.
Monarxlar Kolumbun təkliflərini öyrənmək üçün “adamları və dənizçiləri”
nəzərdən keçirməkdən ötəri xüsusi komissiya yaratdılar. Komissiya onu dörd il
gözlətdi, bu da komissiyanın lazımınca baş çıxarmaması və üstəlik, onun
üzvlərinin baxışlarının mühafizəkarlığı ilə əlaqədar idi. Dörd il ərzində Kolumb
sarayın arxasınca bir şəhərdən digərinə keçirdi. Yalnız Salamanka universitetinin
professorunun – tacın varisi Don Xuanın müəlliminin köməyi ilə saray