Məsihdə azadlıq addımları
251
məktubu lazım olmayan adam oxuya bilər (inciklik və
ya etiraf ilə heç bir əlaqəsi olmayanlar); məktub ləğv
edilməli
olduğu halda, saxlanıla bilər.
7. O biri şəxsin sizi bağışlamasından asılı olmayaraq,
bağışlanmanı səmimi qəlbdən istədikdən sonra siz
azadsınız (Roma. 12:18).
8. Bağışlanmadan sonra Allaha ibadət etməklə Onunla
ünsiyyətdə olun (Matta 5:24).
Məsihdə azadlıq tapmaları üçün başqalarına
kömək etmək
253
tərəfindən göstərilir. Hansı mövqedə olmağınızdan asılı olmaya-
raq, növbəti səhifələr sizə xidmət üçün bir neçə əməli və əsas
qaydalar verəcək.
11
R
uhani
münaqişənin həlli prinsipləri
İnsanların həyatları evlərə bənzəyir. Təsəvvür edin ki, ailə zibili
aylarla evdən kənara tullamayıb, yemək və içkilərini yerə dağıdıb
və yığışdırmayıblar. Belə ev çoxlu sayda milçəkləri cəlb edəcək.
Mən düşünmürəm ki, bu problemi həll etmək üçün milçəklərin
uçuş tərzlərini tədqiq etmək, adlarını və həşəratların təsnifatında
hansı sinfə aid olduğunu təyin etmək vacibdir. Düzdür, mənim
xəbərim olmasa da, bəlkə bunları öyrənməyin hansısa dəyəri ola
bilər, amma cavab, əsasən, milçəklər və onlardan azad olmaq haq-
qında bilik əldə etməkdə deyil. Buna oxşar olaraq, həyatlarımızda
«milçəklərə» diqqətimizi cəmləmək şeytanın bizim üçün plan cız-
masına və əsl məsələdən, yəni zibilliyi tullamaqdan fikrimizi ya-
yındırmasına yol verməkdir. Allaha iman etmək və tövbə etmək
cavab olub, eləcə də bu, hal-hazırkı məbəd dövründə cavab olmaq-
da davam edəcək.
Şəxsi və ruhani münaqişələri həll etmək üçün biz Allahın Ecaz-
kar Məsləhətçi olduğunu və eləcə də Onun insana hərtərəfli (əqli,
emosional, ruhani) xidmət edəcəyini və hər bir şeyi nəzərə ala-
11 Məsləhətvermə bölməsinə belə yanaşmanın teoloji əsasına və əməli tətbiqinə
dair daha ətraflı müzakirə üçün «
Helping Others Find Freedom in Christ»
(«Başqalarına Məsihdə azadlıq tapmaları üçün kömək etmək») (
Regal
Books) kitabımı oxumağı tövsiyə edirəm. Mərhələdən addımbaaddım keçməyə
yol göstərən video bölmələr var. Peşəkar məsləhətçilər və terapevtlər üçün
iki peşəkar terapevt, Terri və Culi Zulk ilə birlikdə müəlliflik etdiyim
«Christ-
Centered Therapy» («Məsihə əsaslanmış müalicə») kitabımı məsləhət
görərdim. Bu kitab teologiyanı və psixologiyanı bütöv halda verir. Bu, eləcə
də dəyərlər, dünyagörüşü, metodologiya, strategiya və peşəkar məsləhətçi ilə
məbəd arasında münasibətə toxunur.