23
Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların
münasibətlərini təhlil edir, mənəvi hisləri, emosiyaları, vərdişləri, adət və ənənə
ləri nəzərdən keçirir. “Etika” insanın sirlərinə, onun digər insanlarla və bütün
dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir.
Beləliklə, “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir.
Lakin “Etika” nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış
qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir,
insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiy yə tini
öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini forma laş
dırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu
öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasi bət lə
rin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel “Nikomax eti kası”nda
(3, I kitab, I fəsil) yazır ki, “Etika”nın
əsas məqsədi bilik yox, əməldir.
Digər fəlsəfi elmlər kimi, “Etika” da anlayış və kateqoriyalar sistemindən
istifadə edir ki, bunların vasitəsilə gerçəkliyin ayrıayrı detalları, tərəfləri deyil,
bütövlükdə gerçəklik əks etdirilir. Məsələn, “həqiqəti danışmaq xeyirxahlıqdır”
mühakiməsi bütün adamlara və cəmiyyətə aid ola bilər. “Etika” özünəməxsus,
ənənəvi kateqoriyalar olan xeyir və şər, ədalət və s. ilə bə rabər, həmçinin əxlaqi
şüur, əxlaqi fəaliyyət, norma, məqsəd, münasibət və s. kimi universal an la yış lar
dan da istifadə edir.
Əxlaqdan bəhs edən “Etika” yunanca “ethos” (tələffüzdə etos kimi də işlət
mək olar) sö zündən olub, etimoloji mənası – adət, ənənə, xarakter, vərdiş, dav
ranış, temperament deməkdir.
“Etika”nın həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə
bağlı olsa da, bu prosesin formalaşması çoxçox əvvəllərə aid edilir. İbtidai döv
rün dini təsəvvürləri, əsatirlər, nağıllar, atalar sözləri, zərbməsəllər insanın təbiətə
münasibətini, insanın dünyadakı mövqeyini, insanlar arasındakı müna sibətləri
özünəməxsus şəkildə dərk etmək və əks etdirmək üçün ilk təşəbbüs olmuşdur.
E.ə. I minilliyin ortalarında cəmiyyətdə baş verən qlobal siyasi dəyi şikliklər,
qəbiləicma münasibətlərinin, köhnə adətənənələrin sıxışdırılması, dövlətin möh
kəmlənməsi və hakimiyyəti öz əlinə alması yeni baxışların, ideal ların və insanlar
arasındakı yeni münasibətlərin formalaşmasına tələbat yaratdı. Bu dövrdə qədim
Hindistanda, Çində və Yunanıstanda müxtəlif etik nəzəriy yə lər meydana gəldi.
İlk dəfə olaraq Aristotel “ethosu” həm isim – “etika”, həm də sifət – “ethikos”
kimi işlətdi. O, “ethos”u “insanların adət etdikləri yaşayış məskəni”, daha sonra
isə sadəcə olaraq “adət”, “vərdiş”, “xarakter”, “temperament” kimi mənalardan
uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxla
qın müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzər dən keçirən “etik” –
“ethikos” şəklinə saldı. Aristotelin fikrincə, bu keyfiyyətlər “etik fəzilətlər” olub,
“etika”nın əsas tədqiqat obyektini təşkil edir.
24
Etik fəzilətlər insanın xarakterinin, temperamentinin xüsusiyyətləri, habelə
qəlbinin keyfiyyətləridir. Onlar, bir tərəfdən, bədən xüsusiyyətlərinə aid olan
affektlərdən, digər tərəfdən isə əqli xüsusiyyətlərə aid fəzilətlərdən fərqlənirlər.
Bu haqda biliklərin və etik fəzilətlərin məcmusunu bildirmək məqsədilə Aris to tel
məhz “etika” terminini irəli sürmüşdür.
Adında “etika” sözü olan ilk əsərləri də Aristotel yazmışdır: “Nikomax eti
kası”, “Evdem etikası”, “Böyük etika”. Etik problemlər Aristotelin digər əsər lə
rində də mərkəzi yer tutur. Məsələn, “İkinci analitika”, “Politika”, “Ritorika”
və s. əsərlərində Aristotel etikadan əsasən 3 mənada söhbət açır:
1)
etik nəzəriyyə;
2)
etik kitablar;
3)
etik təcrübə.
Əsərlərin adlarının məhz “etika” sözü ilə bağlı olması ənənəsi Aristoteldən
sonrakı dövr lərdə də davam edir. Məsələn, orta əsr fransız ilahiyyatçısı və filo
sofu Pyer Abelyarın (10791142) “Etika və ya özünü dərk et” əsəri, fəlsəfəsinin
əsas hissəsini etik nəzəriyyələrin işlən məsinə həsr edən və əslən yəhudi olan
XVII əsr holland filosofu Benedikt Spinozanın (16321677) ömrünün sonunda,
yəni 1677ci ildə yazdığı və ölümündən sonra nəşr olunan “Etika” əsəri, irra
sionalizmin nümayəndəsi olan alman filosofu Eduard Qartmanın (18421906)
1898ci ildə yazdığı “Etik oçerklər” kitabı buna misaldır.
“Etika” sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar,
xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz
dediyi kimi, latın dilini zən ginləşdirmək məqsədilə Aristotelin yunan dilində
olan “etik” anlayışından, “moralis”, yəni “əx laqi” terminini yaratdı. O, bunu tək
halda “mos”, cəm halda “mores” kimi işlədib ki, bunlar da yunanca olan “ethos”
sözünün birbaşa latın analoqudur. Siseron bu haqda “Tale haqqında” adlı əsə
rində yazaraq əxlaq fəlsəfəsindən danışır, həm də bu zaman Aristotelin “Etika”
adlandırdığı biliklər sistemini nəzərdə tutur. Öz yunan sələfi kimi, xa siyyət,
adət, xarakter, davranış, xassə, qanun, göstəriş, dəb (moda), paltar biçimi (fa
sonu) mənalarını verən “moralis” dən sonralar, eramızın IV əsrində latın dilində
“moralitas” – əxlaq termini yaranır ki, bu da yunan “etika” termininin latın ekvi
valentidir.
Beləliklə, yunan dilindəki “ethika” və latın dilindəki “moralitas” sözləri eti
moloji məz mununa görə birbirinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, təd
qiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir çox ölkə lərində
“etika” və “moral” (əxlaq) sözləri geniş yayılmışdır.
Müasir etika yalnız fəlsəfənin digər bölmələrini deyil, həmçinin psixolo giya,
pedaqogika, tarix, etnoqrafiya, sosiologiya, dinşünaslıq, estetika, arxeologiya və
hətta biologiya ilə də sıx əla qədə inkişaf edir.