Skot Han: Əziz Anam
Əgər analarımız bütün diqqəti uşaqlarına yönəldirsə,
Məryəm bunu daha da çox edir.
Həqiqi ana olan Məryəm sahib olduğu müqəddəs
lütfləri özünün şöhrəti saymır. Nə də olsa o: "Mən Rəbbin
quluyam, qoy mənə sənin dediyin kimi olsun" (Luka 1:38)
- deyərək, yalnız Rəbbin istəyini yerinə yetirir. Özündə
olan ilahi lütfləri dərk etdiyi zaman belə bunları bir
hədiyyə olaraq qəbul edir "Bütün nəsillər məni bəxtiyar
sayacaq, çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir! " (Luka 1:48-49). Onun müqəddəs
ürəyi isə özünü deyil, yalnız Rəbbi ucaltmaqdır (Luka
1:46).
Elə isə biz başqasına bu qədər bağlı olan Məryəmin
analığına necə münasibət bəsləyəcəyik? Hər zaman diqqəti
özündən uzaqlaşdırıb uşağına çəkən bu qadını necə
anlamağa başlayacağıq?
METAFİZİK YANAŞMA
Rəbbin anasını anlaya bilmək üçün əvvəl Rəbbi dərk
etməyimiz lazım olacaq. Məryəm haqqında tədqiqatı
yalnız dəqiq ilahiyyatla və aydın bir iman etirafı ilə
başlamaq olar. Məryəmin etdiyi hər şey, onun Rəbbə olan
bağlılığından və Onun müqəddəs planına qarşılıqlı
münasibətindən qaynaqlanır. O Rəbbin Anası, yoldaşı,
Qızı və Xidmətçisidir. Əvvəlcə Rəbbin şəfqəti və yaratdığı
xalqı ilə olan münasibətini qavramadıqca Məryəmi
anlamağımız da mümkün olmayacaq.
Bunu bacara bilmək bəzi insanların hesab etdiyi kimi
asan deyil. Nə də olsa bizlər özümüzü ifadə etmək üçün
danışdığımız dilin qaydaları ilə məhduduq, düşün-
cələrimizi ifadə edərkən, gözümüzün görmədiyi anlayışları
ifadə etməkdə gördüklərimizə nisbətən daha çox çətinlik
15