|
Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat
|
səhifə | 6/66 | tarix | 31.12.2021 | ölçüsü | 0,72 Mb. | | #81906 |
| Çapdan sonrakı proseslər və avadanlıqlarİtələyici mexanizm. Bu mexanizm yerləşdirilmiş kağız topasını tələb olunan ölçüdə kəsmək üçün lazım olan məsafəyə itələyir.
Təhlükəsizlik mexanizmi. Bu mexanizm əsas giriş valının hərəkətini tormozlayır. Yalnız icazə verildikdə kəsmə anında valı tormozdan azad edir. Digər hallarda maşının kəsmə ilə bağlı hərəkəti tam bloklanır.
Hava yastıqları. Stolun səthində çoxlu sayda yuvalardan içərisində yay üzərində yerləşdirilmiş kürəciklər olan oymaqlar olur. Bu oymaqlar rezin şlanqlarla sıxılmış hava mənbəyinə bərkidilir. Stol üzərində yük olmadıqda kürələr yay vasitəsi ilə yuxarıya doğru sıxılır və hava axınının qarşısı alınır. Stola kağız topası qoyulduqda kürələr aşağıya doğru sıxılır və onunla oymağın arasından sıxılmış hava keçir. Bu vəziyyət kağız topasını asanlıqla hərəkət etdirməyə imkan verir.
Dostları ilə paylaş: |
|
|