www.vivo-book.com
1
QADINLAR
ÇARLZ BUKOVSKĠ
www.vivo-book.com
2
“Nə qədər yaxĢı kiĢilər qadınların ucbatından körpü
altında qalmağa məcbur olublar.”
HENRY ÇİNASKİ
www.vivo-book.com
3
1
Mənim artıq 50 yaĢım vardı. Dörd il idi ki, qadınla
yatağa girməmiĢdim. Qadın dostlarım da yox idi. Hər dəfə
küçədə ya da baĢqa bir yerdə qadınların yanından keçəndə,
onlara istəksiz və boĢ nəzərlərlə baxırdım. Masturbasiya ilə
müntəzəm məĢğul olsam da, bir qadınla münasibət qurmaq
fikri, heç olmasa platonik bir münasibət, təxəyyülümün
imkanları xaricindəydi.
6 yaĢında nikahsız doğulmuĢ bir qızım vardı. O öz
anası ilə yaĢayırdı, mən isə aliment ödəyirdim. Uzun illər
bundan əvvəl, 35 yaĢında ailə qurmuĢdum. Həmin evlilik
cəmi iki il yarım sürdü. Arvadım məndən boĢandı. Mən isə
ömrümdə bircə dəfə sevmiĢdim. Sevgilim əyyaĢlıqdan vəfat
etmiĢdi. O, 48 yaĢında vəfat edəndə mənim 38 yaĢım vardı.
Arvadımsa məndən 12 yaĢ cavan idi. Güman edirəm, indi o
da vəfat edib, amma əmin deyiləm. BoĢanandan sonra o, 6 il
ərzində mənə hər Milad bayramında uzun-uzadı məktublar
yazardı. Bir dəfə də olsun ona cavab yazmadım...
www.vivo-book.com
4
Lidiya Vansı ilk dəfə nə vaxt gördüyümü xatırlamıram.
Bəlkə də 6 il bundan əvvəl, on iki il əmək sərf etdiyim və
yazar olmağa çalıĢdığım poçt idarəsindəki iĢimə yenicə
xitam vermiĢdim. DəhĢət içindəydim. HəmiĢəkindən daha
çox içirdim. Ġlk romanımı yazmağa çalıĢırdım. Hər dəfə
axĢam yazarkən mən bir pinta
1
viski və iki dənə altı pivəlik
qutunu boĢaldırdım. Səhərə qədər ucuz siqarlar çəkir,
makinada yazır və klassik musiqiyə qulaq asırdım. Özümə
hər gecə on səhifə yazmağı hədəfləmiĢdim. Əslində, neçə
səhifə yazdığımı növbəti günə qədər bilmirdim. Mən,
adətən, yerimdən qalxar, qusandan sonra ön otağa keçib
divanın üstündə neçə vərəq olduğuna baxardım. HəmiĢə on
səhifədən artıq yazırdım. Bəzən orada 17, 18, 23, 25 səhifə
olurdu. Əlbəttə, hər gecə gördüyüm iĢə ya düzəliĢ etmək, ya
da onu atmaq lazım gəlirdi. Birinci romanımı yazmağa
iyirmi bir gecə sərf etməli oldum.
Qaldığım həyətin arxasında yaĢayan ev sahibləri məni
dəli hesab edirdilər. Hər səhər yuxudan duranda, artırmada
1
Ġngiltərə və ABġ-da 0,56 litrə bərabər maye və quru maddələr üçün ölçü vahidi
www.vivo-book.com
5
qəhvəyi rəngli bir bağlama görürdüm. Bağlamanın
içindəkilər dəyiĢilirdisə də, adətən, onun içində pomidorlar,
qırmızı turp, portağal, yaĢıl soğan, sup bankaları və qırmızı
soğan qoyulurdu. Ara-sıra, ev sahibləri ilə səhər saat 4-5-ə
qədər pivə içirdim. Qoca dəmləĢib huĢunu itirəndə, onun
arvadı ilə əl-ələ tutardıq və bəzən mən onu öpərdim. Qapıda
ayrılanda isə onu əsl ehtirasla öpərdim. Qadının üz-gözü
qırıĢ-qırıĢ olsa da, buna müqavimət göstərmək iqtidarında
deyildi. O katolik idi və hər bazar səhəri öz çəhrayı
Ģlyapasını geyinib kilsəyə gedəndə çox qəĢəng görünürdü.
Məncə, Lidiya Vans ilə ilk bədii qiraətim zamanı tanıĢ
olmuĢdum. Bu, Açılan Körpüdə, Kenmor Avenyudakı kitab
dükanında baĢ tutmuĢdu. Yenə də mən dəhĢət içindəydim.
Təkəbbürlü, amma dəhĢət içində. Dükana daxil olanda,
orada yalnız ayaq üstə dayanmaq üçün yer olduğunu
görmüĢdüm. Dükanın sahibi və zənci bir qızla yaĢayan
Piterin önündə nağd pul qalağı vardı.
–
Zibil, – məni görən kimi o dedi, – əgər onları bura
həmiĢə belə doldura bilsəydim, Hindistana daha bir səfər
etməyə pulum olardı!
www.vivo-book.com
6
Ġçəri daxil olanda onlar məni alqıĢladırlar. Bədii qiraətə
gəlincə, öz bakirəliyimi pozmalıydım.
Mən 30 dəqiqəlik qiraətdən sonra fasilə istədim.
Hələlik ağlım baĢımdaydı və qaranlıqda mənə zillənmiĢ
gözləri hiss edə bilirdim. Bir neçə nəfər söhbət eləmək üçün
yaxınlaĢdı. Sonra, sükut çökəndə, Lidiya Vans yaxınlaĢdı.
Mən masanın arxasında oturub pivə içirdim. O, hər iki əlini
masanın kənarına dayayıb irəli əyildi və mənə baxdı. Onun
uzun xurmayı saçları, irəli çıxan burnu vardı və bir gözü o
birisi ilə elə də uyuĢmurdu. Lakin ondan ətrafa həyat ehtirası
saçılırdı – onu görməmək, sezməmək mümkün deyildi.
Aramızda keçən titrəyiĢləri hiss edə bilirdim. Bu titrəyiĢlərin
bəzisi təlaĢlı və xoĢagəlməz olsa da, onlar da vardı. O mənə,
mən isə ona baxırdım. Lidiya Vansın əynində yumĢaq maral
dərisindən, yaxalığı saçaqlı kovboy gödəkçəsi vardı. Onun
döĢləri qəĢəng idi. Mən ona:
–
Sənin gödəkçənin saçaqlarını qoparmaq istərdim –
biz bundan baĢlaya bilərdik – dedim
Lidiya uzaqlaĢdı. Bu iĢə yaramamıĢdı. Qadınlara nə
deyəcəyimi heç vaxt bilməmiĢəm. Amma onun dalı da əla
Dostları ilə paylaş: |