www.vivo-book.com
272
Pentfild zərləri tələsik ovuclayıb təzədən atdı.
– Milyonda bir dəfə. – Üç beşlik düşdü, o, stəkanı xeyli
silkələdi, zərləri nəhayət bir də atanda bir beş də düşdü.
Xatçinson sanki hövsələsini lap itirdi.
Ancaq onun üç altılığı düşdü. Onun oyun yoldaşının
gözlərində inamsızlıq, onun baxışlarında isə təzədən ümid
parladı. Bir altılıq düşsəydi, o buzun üzəri ilə Şor Sulara,
Ştatlara yollanardı. O stəkanı silkələdi, istədi atsın, tərəddüd
etdi, stəkanı yenə də silkələməkdə davam etdi.
Pentfild qəzəblə qışqırdı:
– At! At! Bizi incitmə. – O həyəcanını gizlətmək üçün
stolun qırağından elə yapışdı ki, dırnaqları əyildi.
Zərlər diyirləndi. Stolun üstündə altılıq göründü. Onlar
yerlərində donub qalaraq altılığa tamaşa edirdilər. Araya
uzun sükut çökdü. Xatçinson altdan-altdan oyun yoldaşına
nəzər saldı, Pentfild onun baxdığını görüb, özünü
soyuqqanlı göstərmək üçün tərs-tərs gülümsündü.
Xatçinson yerindən sıçrayıb qalxaraq güldü. Gülüşü
əsəbi və pərt idi. Bu oyunda udmaq uduzmaqdan çətin idi.
www.vivo-book.com
273
Xatçinson dostuna yaxınlaşdı, amma dostu onun üstünə bir
düşdü ki, gəl görəsən.
– Sus, Korri. Mən bilirəm sən nə demək istəyirsən,
deyirsən ki, mənim getməyimi istəyirsən və sairə və ilaxır.
Yaxşısı budur ki, dinmə. Detroytda qohumların yolunu
gözləyir, buna görə də sən getməlisən. Bir də ki, sən mənim
istəyimi yerinə yetirə bilərsən.
– Necə yəni?
Pentfild onun baxışlarından ürəyindən nə keçdiyini
tutub, açıq demədiyi fikrini duyub dedi:
– Necəsini deyim. Sən onu bura gətirə bilərsən. Fərq
bunda olar ki, toy San-Fransiskoda yox, Dousonda olar.
Korri Xatçinson etiraz etdi:
– Ağlın çaşıb, nədir?! Mən onu necə gətirərəm? O
mənim bacımdır, qohumumdur? Mən onu heç tanımıram da.
Özün başa düşürsən ki, bizə ikilikdə yola çıxmaq olmaz.
Sənlə mən bilirik ki, arada heç nə ola bilməz. Ancaq
başqaları bu haqda nə deyərlər?
Pentfild boğuq səslə söyüş söyüb başqalarını
Alyaskadan daha isti yerə göndərdi.
www.vivo-book.com
274
Onun şəriki sözünə davam etdi:
– Əgər sən mənə qulaq assaydın, öz alicənablığını gözə
soxmasaydın... İndiki şəraitdə ən yaxşısı budur ki, bu il mən
sənə getməyə icazə verim. Gələn ilə cəmi-cümlətanı bir il
qalıb; mən o vaxt gedib kefə baxaram.
Pentfild yola düşməkdən özünü güclə saxlayaraq başını
yellədi:
– Dostum, Korri, özünə nahaq zəhmət vermə. Mən
sənin xeyirxahlığını qiymətləndirirəm, ancaq olmaz. Mən
sənin burda, mənim əvəzimə can qoyduğunu bilə-bilə orda
sakit otura bilmərəm.
Birdən ağlına qəribə bir fikir gəldi. O, taxtın üstünə
atıldı, tələsiklikdə bütün yorğan-döşəyi alt-üst elədi,
bloknotla qələm tapdı, stolun dalına keçib oturdu, tələsik və
inamla yazmağa başladı.
– Hə, al bunu, – deyib əlindəki kağızı şərikinin ovcuna
qoydu. – Təkcə ünvanına çatdır, hər şey yoluna düşər.
Xatçinson kağızı oxuyub yerə qoyaraq, şübhə ilə dedi:
– Hardan bilirsən qardaşı bu daldabucaq yerə gəlmək
istəyər?!
www.vivo-book.com
275
Pentfild sözünün üstündə inad edib deyirdi:
– O mənim, bacısının xətrinə razılaşar. İş bundadır ki,
qardaş nərmənazikdir. Mən istəmirəm ki, qız tək onunla
gəlsin. Sən yanlarında olsan, heç nədən qorxum yoxdur.
Çatan kimi Friskoya get, hər şeyi ona başa sal. Ordan Şərqə,
özününkülərin yanına yollan. Yazda onların dalınca
gələrsən. Ondan yəqin ki, xoşun gələcək. Bura bax,
rastlaşanda tanıyasan.
Bu sözləri deyib, saatın qapağını açdı, qapağın içindəki
şəkli göstərdi. Korri Xatçinson şəklə tamaşa etdikcə heyran
qaldı.
Pentfild sözünə davam etdi:
– Onun adı Meybldır. Mən yeri gəlmişkən, səni başa
salım ki, onların evini tapasan. Fransiskoya gəlib çatdın,
keb
82
tutub de: “Mirdon-avenyüyə, Xolmsun evinə sür”.
Hələ Mirdon-avenyü deməsən də olar. Hər faytonçu,
məhkəmə hakimi Xolmsun harda yaşadığını bilir.
Pentfild sözünə fasilə verib dedi:
82
Keb – İngiltərədə bir atlı fayton (Tərc. qeydi).
www.vivo-book.com
276
– Bilirsən nə var, sən mənə bəzi şeylər alsaydın, pis
olmazdı, məsələn... məsələn.
Xatçinson
gülümsünə-gülümsünə
onun
fikrini
tamamladı.
– Ailəli adama lazım olan şeylər.
Pentfild cavabında pərt-pərt gülümsündü.
– Hə, düz bilmisən. Süfrələr, salfetlər, döşəkağılar,
balışüzülər və sairə. Yaxşı serviz. Axı o buralara alışınca
onun üçün çətin olacaq. Aldığın şeylərin hamısını Berinq
dənizi ilə yola sala bilərsən. Bir də, yaxşı olardı ki... Royal
barədə nə deyə bilərsən?
Xatçinson bu fikrə ürəkdən şərik oldu. O, özünün etiraz
etdiyini unutdu, üzərinə qoyulan vəzifə onu get-gedə daha
artıq cəlb edirdi. Söhbətlərini qurtarıb ikisi də ayağa
qalxanda dedi:
– Lorens, Allah haqqı, dəbdəbə ilə gətirib gələrəm.
Bişirib-düşürməyi də, itlərə qulluq etməyi də öhdəmə
götürərəm, qardaşına da ancaq bacısının rahatlığını
fikirləşmək, bir də ki, mənim yadımdan çıxan şeyləri etmək
qalar, əslinə qalsa, mən çalışaram ki, heç bir şey unutmayım.
Dostları ilə paylaş: |