12
Bu pərdədə fəhlələr, yoxsullar, inqilabçılar dus-
taqları, asılmaq qorxusu olanları azad etməyi tələb edir-
lər.
Tacirlər yaxşı deyir: «Biz vuruşmuruq, bizim
üçün vuruşurlar, biz qalib gələn tərəfdənik».
Bu pərdədə qaçaq Zeynəbin asılma mərasimi də
maraqlıdır. Zeynəb dar ağacı altında son sözlərini söylə-
yir, mülkədarları ifşa edir. Onun asılacağı anda bir səs
eşidilir
Səttar xan gəlir! Bu kəlmə bir tufan, fırtına ki-
mi səslənir.Səttar xanın gəlişi ilə Zeynəb və başqaları
azad olur. Səttar xanın inqilabi azadlığa çağıran gur səsi
eşidilir: – Qoy dumanlı Təbrizin üfüqlərində şığıyan il-
dırımlar bütün Azərbaycan xalqının azadlıq yollarını
işıqlandırsın!
Çar konsulluğunun xahişinə və təkidinə baxmaya-
raq sahibkarı Səttar xanın əmri ilə onun inqilabçılar
üçün qurduğu dar ağacından asırlar.
Səttar xan deyir ki, bizim nöqsanımız var: sözdə,
işdə, fikirdə birliyin olmamasıdır. Onun sərkərdə ilə
söhbəti çox maraqlıdır. Sərkərdə Təbrizdən başqa hər
şeyin təslim olduğunu söyləyir.Səttar xan göstərir ki,
məsələ sayda deyil, iradədə, əzm və səbatdadır(Səttar
xan obrazı əsasən III pərdədə açılır).Biz vaxtı ilə 9 nəfər
idik, bəs indi bütöv ordu! İndi bizi bütün dünya tanıyır.
Qərargahda biz onu həqiqi rəhbər, görkəmli
sərkərdə və strateq kimi görürük. Onun mükalimələri,
telefon söhbətləri vasitəsilə dramaturq onun haqqında
bizdə dolğun təsəvvür yarada bilmişdir.
Romandan fərqli olaraq ədib dramda bütün ma-
cəraçılıqdan, süjeti, dinamikanı ağırlaşdıran və zəiflədən
bütün lüzumsuz detal və təfərrüatdan qaçaraq hadisələri
13
daha real, daha çevik və beləliklə də daha təsirli vermə-
yə müvəffəq olmuşdur. Səttar xan milli ixtilafları qızış-
dırmağın inqilabi işə zərərini yaxşı dərk edir. Azərbay-
canlı–fars ixtilafını qızışdıranlara qarşı çıxmağın zərurə-
tini söyləyir.
Dinə münasibəti onun Dərvişoğlu barədə dediyi
sözdən aydın olur. Gizlin iş üsulunu bizimkilər yaxşı
olardı ki, qoşun arasına soxulmuş dilənçi Dərvişoğlun-
dan öyrənsinlər…Biz onu öldürə bilmərik, düşmənləri-
miz deyərlər ki, Səttar xanın adamları Əli nökərini öl-
dürdü. Onu buraxın, lakin kimlə danışsa, o adamı tutub
buraya gətirin.
Səttar xan dəqiq və özünə, yoldaşlarına qarşı
tələbkardır – Zeynəbə deyir (iclasa gecikdiyinə görə):
«Bilirsən, əziz bacım, bəzən bir dəqiqə gecikmək, bir
ildə qazanılan böyük bir qələbəni uduza bilər».
Səttar xan əsərdə hərbi fəndlər işlətməyi bacaran
qüdrətli sərkərdə kimi də verilir. Belə bir epizod maraq-
lıdır. Əksinqilab qərargahına adam göndərmək üçün
məşvərət edirlər. Səttar xan Zeynəbi şərab satmaq adı
ilə ora göndərir. Əslində qızın şərab apardığı silah idi –
dinamit.
Tütünçüoğlunu da onun ardınca göndərir.
General silahların təhvilini tələb edir. Bu vaxt
cəbhədən xəbərlər gəlir. Səttar xan generalı yalan danış-
maqda ittiham edərək:
«Cənab general, top səsləri vəd
etdiyimiz sülhün xəbərini verir. Biz silahı yalnız qələbə-
dən sonra yerə qoyacağıq»,– deyir.
Sonra tacirlərin camaata taxıl satmağa getməsi,
aclıq və s.
14
Səttar xanın məhəbbət, ailə, sevinc münasibəti də
aydın olur. Dilruba ilə Qüdrət xətti buna misal ola bilər.
Səttar xana bütün inqilabçılar, əzilənlər kömək
edir, ona qarşı hazırlanan qəsdin üstü tez açılır və Səttar
xan əks tədbir görə bilir.
«Əncümən» qəzetindəki tənqid də Səttar xanın
diqqətindən yayınmır. Çörək qıtlığının (Təbrizdə) Hacı
Mehdi və Hacı Salmanların işi olduğunu bilir.
Dil məsələsi. Ümumiyyətlə, inqilabın əhatə etməli
olduğu bütün cəhətləri Səttar xan peşəkar bir inqilabçı,
gözəl bir rəhbər kimi dərk edir. Azərbaycan xalqının
dilini əlindən alaraq «Əlhəzid» qəzetinin adını «Dəmiri»
qoymaq olmazdımı?
Səttar xanın tədbirli və ağıllı bir inqilab rəhbəri
olması öz dostu və silahdaşı Bağır xan Salar Milliylə
söhbətlərindən də aydın olur. Bağır xan çar konsulu ilə
danışarkən Səttar xan deyir:
«Məsələ bir Təbriz məsələsi deyildir. Biz burada
Azərbaycan məsələsini həll edirik. Bir də…Təbriz
məsələsini təkbaşına həll etmək olmaz. İnqilabda fəhlə
də, kəndli də iştirak edir.Onlar bizə özbaşına sülh etmək
ixtiyarı verməmidir.
Biz hər ikimiz üsyan ordusunun bir sərbazıyıq». O
iki xəritə göstərir: I– Böyük Pyotr dövrünün, II–
Nikolay dövrünün. Bunlarda külli miqdarda yer adı var,
amma Azərbaycan adları təzə xəritədə yoxdur. Bax,
məni düşündürən budur. Belə getsə, xəritədə bizim yer
adlarına heç rast gəlmək mümkün olmayacaq.
Səttar xanın məşhur monoloqunu oxuyuruq:
«Bax, mübarizəmiz bunun üstündə gedir. Apardı-
ğımız mübarizə bizim varlığımızı dünya xəritəsindən
15
silənlərə qarşıdır. Bizim də sudan, günəşdən, torpaqdan
istifadə etməyə haqqımız vardır. Bizə öz ana dilimizdə
məktəb, kitab, qəzetə lazımdır. Yox, qardaşım, sülh ol-
mayacaq! Bu qədər bərəkətli bir məmləkətdə milyon-
larla dilənçi var. Qacar xanədanı bu torpağı əsirlər və
qullar diyarına döndərmişdir. Yox, qardaşım, sülh olma-
yacaqdır! İnsan kimi yaşamaq istəyən xalqlar özləri
üçün şərəfli və yeni bir tarix düzəltməlidir. Biz o tarixi
qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq».
Azərbaycan kəndləri: (son pərdə, Səttar xan qərar-
gahı) Qaragözlü, Qazaxlı, Aşıqlı, Əlibəyli, Almabulaq.
Bu adlardan heç biri təzə xəritələrdə yoxdur.
Səttar xan öz davranış və hərəkətlərində son də-
rəcə təmkinli, tədbirli, yüz ölçüb bir biçəndir. O, hissə
qapılmır, ən mühüm məsələləri ağılla, düşüncə ilə həll
etməyə çalışır. Bağır xan Ninanın səmimiyyətindən şüb-
hələndiyi zaman Səttar xan deyir:
«Salar, o rus qızının bizə olan dostluğu təəccüb
ediləsi bir şey deyildir».
1
Əsərdə Bağır xan da maraqlı surətdir. O, mütərəd-
did bir şəxs kimi təsvir edilir. Bağır xan bir tərəfdən
sülh, danışıq tərəfdarıdır, bir tərəfdən öz qüvvələrinə
inanmır, digər tərəfdən isə deyir: «Düşmənin məğrur
başı Sərdarın ayağı altına atılacaqdır».
2
Əsərin IV pərdəsində Böyük xanın qərargahı təs-
vir olunur. Burada Böyük xana Azərbaycan valiliyi ve-
rilir. Hacı Mehdinin xəyanətindən danışılır. Hacı Sal-
man də buraya
Böyük xanın yanına gəlir. Dərvişoğlu
1
М.С.Ордубади. Ясярляри, II ъилд, сящ. 228
2
Йеня орада.
Dostları ilə paylaş: |