14
1
“Polis olmaq üçün,
öncə vicdanınızdan xilas olun!”
(Unudulmuş dahi)
Cinayət-axtarış şöbəsinin əməkdaşları yavaş-yavaş,
iki bir, üç bir qapıda görünür, salamlaşıb səhər yoxlamasına
hazırlaşırdılar. Növbətçi zabit yuxusuzluqdan gözləri şişmiş
halda key-key dayanıb, gəlib gedənləri müşahidə edirdi. Ge-
cə heç bir hadisə baş vermədiyi üçün çox rahat idi. Yorğun-
luq və yuxusuzluq vecinə deyildi. İllər ərzində bütün bu çə-
tinliklərə alışmışdı və həyatını bunlardan kənarda təsəvvür
etmirdi. Onun üçün ən gözəl istirahət növbətçi otağındakı
divanda uzanıb mürgüləməkdi. Gecə saat ikidə termosdan
süzüb içdiyi çayın ləzzətini, evdə arvadının dəmlədiyi Lən-
kəran çayından ala bilmirdi. Artıq bununla barışmışdı. Onun
da həyatı bu cür sadə həqiqətlərdən ibarət idi. Get işə, gəl
evə, növbə, əməliyyat və bu kimi digər vacib, yaxud vacib
olmayan işlər. Heç vaxt istirahət eləmək barədə düşünmə-
mişdi. Ona elə gəlirdi ki, istirahət ancaq ciddi biznesmenlər
və daha imkanlı məmurlar üçündü. Onun ən ciddi istirahəti
ailəsini bir neçə saatlıq bulvara çıxarıb gəzdirmək, ortabab
kafelərdə dostlarla araq vurmaq və dəvət olunduğu toy-
larda yeyib-içib əylənməkdən ibarətdi, başqa heç nə!
Arvadı isə onun tam əksi idi. İstirahətindən qalmırdı.
Hər yay uşaqları rayona, anasının yanına göndərir, Dubay-
dan vurub Türkiyədən çıxırdı. Hansısa bir gijdıllağ və idea-
list polis işçisinə görə cavan həyatını çürüdəsi deyildi ki?
Onun ehtiraslı bədəni Antalya günəşində yanmaq, zərif çi-
16
Növbəni təhvil verməyə hazırlaşdığı an onun həya-
tında ən xoşbəxt anlardan biri hesab olunurdu. Dünyada ən
böyük xoşbəxtlik, hadisə baş vermədən növbəni təhvil verib
evə yollanmaqdı.
Bu gün içində qəribə narahatlıq vardı. Polis it kimi iy
bilirdi, cinayətin iyini.
Əvvəllər evə çatan kimi yatağa girsə də, son vaxtlar
növbədən sonra yata bilmirdi. Evə çatan kimi qayğılar, prob-
lemlər üstünə hücum çəkirdi.
– Yenə yatırsan, ay oğraş? Son vaxtlar heç üzümə də
baxmırsan. Yoxsa gecə bazlığa getmişdin, hə?
Niyə ölmürsən
ay impotent!- Bu, arvadının yataq otağındakı yarım saatlıq
seksual istəklər haqqında məntiqsiz mühazirəsindən bir par-
çadı. Polis yatağından qalxıb qonaq otağına keçən kimi məi-
şət qayğıları da üstünə axışırdı: “İşıq pulunu ödə”, “evə ba-
zarlıq elə”, “zibilləri at”. Bir sürü bitib-tükənməyən qayğı-
lar... Yazıq Polisin günü gün deyildi! Üstəlik arvadının bu-
nun bacısı haqqında uydurduğu ağlasığmaz söz-söhbət, de-
di-qodu. Bezmişdi Polis...
Bu gün görəcəyi işləri artıq iki-üç gün əvvəldən plan-
laşdırmışdı. Evə çatan kimi yeməyini yeyib bazara gedəcək-
di. Bazardan gəlib oğluna kreditlə kompüter almaq üçün
mağazaya yollanacaq, sonra banka olan başqa bir krediti
ödəyəcək, evə qayıdıb dincələcəkdi. Beynində görəcəyi işləri
düşünə-düşünə “Növbətçi hissə” yazılmış otağa doğru ad-
dımladı. 10-15 dəqiqə sonra növbəni təhvil verməliydi. Yaxşı
ki, bu gün mitinq, piket yoxdu. Növbədən sonra mitinqə çı-
xıb “Azadlıq”, “İstefa”, “Azad seçki” qışqıran başıpozuq
dəstəni döymək, dağıtmaq ona son vaxtlar heç ləzzət eləmir-
di. Əslində onun çalışdığı şöbə mitinqlə, piketlə məşğul
olmurdu. Amma müxalifətin mütəşəkkil dəstələri ilə bacar-