CƏ NUB QAFQAZIN LANDŞ AFTLARININ TƏ KAMÜLÜ
G R Ş
Cənubi Qafqaz antik dövrdən başlayaraq bir çox tədqiqatçıların, səyyahların
nəzər-diqqətini cəlb etmişdir. Xüsusilə Xəzəryanı ərazinin neft-qaz yataqları, Kür-
Rion düzənliklərinin münbit torpaqları, Kolxida və Lənkəran düzənliklərinin
subtropik bitkiləri, Kiçik Qafqazın zəngin faydalı qazıntı yataqları, bu regionda
geniş yayılmış mineral suları (Barjomi, sti-su və s.) Cənubi Qafqazın maraqlı
regionlardan birinə çevirmişdir.
Digər tərəfdən fiziki coğrafi baxımdan bir-birindən kəskin fərqlənən Cənubi
Qafqazın ayrı-ayrı regionlarının yeni tektonik mərhələdən (oliqosendən)
başlayaraq dəniz altından çıxması, quru sahələrin genişlənməsi, Böyük və Kiçik
Qafqaz, Kür-Rion dağarası çökəkliyinin formalaşması haqqında məlumatların
tələbələrə çatdırılmasının mühüm əhəmiyyəti vardır.
Oliqosen-Miosendən başlayaraq müxtəlif əsrlərdə Cənubi Qafqazın relyefinin
ə
sas elementlərinin əsası yaranmışdır.
Cənubi Qafqazın müasir təbiəti uzun geoloji dövr ərzində formalaşmışdır.
Buna görə ərazinin müasir təbii şəraitini öyrənmək üçün keçmiş geoloji dövrün
ayrı-ayrı əsrlərində mövcud olmuş təbii şəraitin bərpa olunması mühüm
məsələlərdəndir. Bu istiqamətdə aparılan işlərdən Zaqafqaziya ərazisində yeni
tektonik mərhələnin əvvəlindən başlayaraq 30-35 milyon ərzində Cənubi Qafqazın
relyefinin iqlim şəraitinin, torpaq örtüyünün, bitki və heyvanat aləminin
formalaşması, inkişafı ətraflı təhlil olunacaq. Keçmiş geoloji dövrün ayrı-ayrı
ə
srlərində mövcud olmuş təbii şəraitin bərpa olunmasının başlıca məqsədi həmin
ə
srlərdə mövcud olmuş təbii şəraiti bərpa etməklə, müasir fiziki-coğrafi şəraiti
öyrənmək və gələcəkdə Zaqafqaziyanın təbii şəraitinin hansı istiqamətdə
formalaşması haqqında qabaqcadan fikir söyləməyə imkan verəcəkdir.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın təbii şəraiti uzun geoloji dövr
ə
rzində dəfələrlə dəyişmiş və müasir təbii şəraiti formalaşmışdır. Bu dövr ərzində
hazırda böyük yüksəkliyə malik olan Böyük və Kiçik Qafqaz dağlarının yerində
Behruz Melikov
Behruz Melikov
yenicə dəniz altından çıxmış alçaq tirələr və düzənliklər mövcud olmuşdur. Eyni
zamanda quru hissələrin sahəsi də çox kiçik olmuşdur.
Kür- Rion çökəkliyi daha genih əraziləri əhatə edərək, uzun müddət dəniz
suları altında olmuşdur. Lakin zaman keçdikcə Böyük və Kiçik Qafqazın qalxması
daha intensivləşmiş və bu qalxmaya Kür çökəkliyinin kənar hissələri də
qoşulmuşdur. Buna görə də dəniz sahələri tədricən kiçilməyə başlamış, əksinə quru
ə
razilər genişlənmiş və yüksəklik artdıqca aşınma prosesləri intensivləşmişdir.
Nəticədə Kür çökəkliyinə külli miqdarda qazıntı materialları gətirilərək, qalın
(5000 m-dən çox) çökmə süxurlarının toplanmasına səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın relyefinin formalaşmağa başladığı
ilk zamanlarda (10-15 milyon il əvvəl) Böyük və Kiçik Qafqazın çay şəbəkəsi
ümumiqafqaz istiqamətində formalaşmışdır. Lakin sonrakı mərhələlərdə ərazinin
intensiv qalxması nəticəsində çay şəbəkəsində ciddi dəyişilmələr getmişdir və
ə
ksqafqaz istiqamətli çay şəbəkəsinin formalaşmasına səbəb olmuşdur.
Zaqafqaziyanın təkamülü zamanı yalnız ərazinin relyefi və çay şəbəkəsində
deyil, həmçinin torpaq və bitki örtüyündə də ciddi dəyişikliklər baş vermişdir.
Xüsusilə Böyük və Kiçik Qafqazın ərazisinin qalxması ilə əlaqədar olaraq bitki və
torpaq örtüyündə şaquli zonallıq formalaşmışdır. Ərazinin formalaşdığı oliqosen-
miosen dövründə əsasən düzənlik meşələri (dəfnə, dəfnə-albalı, çiyələk ağacı,
maqnoliya, evkalipt, darçın ağacı və s.) mövcud olmuşdursa, sonrakı dövrlərdə
(Sarmat, pliosen) yüksək ərazilərə məxsus ağac növləri (fısdıq, vələs, ağcaqayın,
cökə, palıd və s.) meydana gəlmişdir. Lakin düzənlik meşələri və həmişəyaşıl ağac
növləri Dördüncü Dövrün əvvəllərinə qədər davam etmişdir və yalnız Dördüncü
Dövr buzlaşmaları zamanı həmişəyaşıl bitki növləri məhv olmuşdur.
Cənubi Qafqazın (Zaqafqaziya) ərazisində ərazinin qalxması ilə əlaqədər
olaraq heyvanat aləmində də ciddi dəyişikliklər baş vermişdir.
Zaqafqaziyanın landşaftlarının dinamikası fənni bir sıra digər fənlərlə çox
yaxın əlaqələri mövcuddur. Bu baxımdan tarixi geologiya bölməsi ilə daha
yaxındır. Belə ki, tarixi geologiya fənni bu və ya digər ərazilərin relyefinin, bitki
örtüyünün formalaşması və inkişafını öyrənir. Elə bu məsələ ilə də Zaqafqaziyanın
Behruz Melikov
Behruz Melikov
landşaftlarının dinamikası fənni məşğul olur. Bu fənn eyni zamanda geologiya,
Qafqazın fiziki coğrafiyası, geomorfologiya fənnləri də bu və ya digər formada
həmin məsələlərin həlli ilə məşğuldur.
Behruz Melikov
Behruz Melikov
ZAQAFQAZ YANIN RELYEF
Zaqafqaziyanın müasir relyefinin formalaşmasının bünövrəsi yeni tektonik
mərhələdən başlayaraq (oliqosendən) uzun yol keçmiş, zaman-zaman ciddi
dəyişilmələrə məruz qalmışdır. Digər tərəfdən ərazi bütövlüklə Alp orogenik
sistemi daxilində yerləşdiyinə görə ərazinin relyefi olduqca müxtəlifliyi ilə
fərqlənir. Ərazidə intensiv parçalanmalara məruz qalan Böyük və Kiçik Qafqaz
dağ silsilələri ilə yanaşı, oliqosendən başlayaraq çöküntütoplanma sahəsi kimi
formalaşan Kür-Rion dağarası çökəkliyi formalaşmışdır.
Ümumiyyətlə şimaldan cənuba doğru Böyük Qafqaz oroqrafik vahidi, ondan
cənubda Zaqafqaziya dağarası çökəkliyi, vulkanizm proseslərinin geniş inkişaf
etdiyi Kiçik Qafqaz dağ silsilələri, Lənkəran-Talış təbii vilayəti kimi iri oroqrafik
elementlər formalaşmışdır.
1.Böyük Qafqaz təbii vilayəti Zaqafqaziyanın şimalında yerləşərək, intensiv
parçalanma və aşınma proseslərinin formalaşması ilə səciyyələnir. Şimal sərhəddi
Böyük Qafqazın suayrıcı silsiləsi hüdudlaşır. Lakin Böyük Qafqazın şimal
şə
rqində həmin sərhəd Sudur silsiləsi və Samur çayının dərəsi ilə hüdudlaşır.
Böyük Qafqazın qərb sərhəddi Qarqa şəhəri ilə Soçi şəhərləri arasından keçir.
Cənub sərhəddi qərbdən şərqə doğru Rion düzənliyinin şimalından keçərək,
şə
rqdə bütövlüklə Kür çökəkliyi ilə hüdudlaşır. Şərq sərhədd isə bütövlüklə Orta
Xəzərin qərb sahilləri ilə hüdudlaşır.
Böyük Qafqaz fiziki-coğrafi xüsusiyyətlərinə (yüksəkliyinə, iqliminə,
parçalanma xüsusiyyətlərinə) görə Zaqafqaziya daxilində Qərbi və Şərqi Böyük
Qafqaz olmaqla iki yerə ayrılır. Qərbi Böyük Qafqaz müasir buzlaqların ən çox
formalaşması, yüksək dağ zirvələrinin burada formalaşması, intensiv parçalanması
ilə kəskin fərqlənir. Kador, Kartali və s. silsilələri (cənubda), suayrıcı silsilə, yan
silsilə, Qayalı silsilə, otlaq silsiləsi Qərbi Böyük Qafqazın ərazisində yerləşir.
Zaqafqaziyanın ən yüksək zirvələri olan Elburs (5533 m), Dıxtau (5286 m),
Kazbek (5033 m) və s. yüksəkliklər Qərbi Böyük Qafqazın üzərində yerləşir.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |