126
Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda
mənim «əmlakım» mənim dəfn olunma və ən sadə qəbr daşı qoyulma xərclərinə
belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar.
Lakin, ora əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın
vəfatından sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, onsuz yaşadığım
günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim sizə qarşı olan
minnətdarlığımın həddi-hüdudu yoxdur.
Bu qəni minnətdarlığı mən özümlə qəbr evinə belə aparacağam.
Sizin mənə qarşı mərhəmətinizə görə Allah sizdən razı olsun.
Sizi sevən
Əliağa ġıxlinski
Bakı, 30/X-1933-cü il.
***
3.01.1938-ci il
Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar
bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə,
maddi yardımlarını qismən ödəyə bilərdi.
Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb
xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu.
Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbr daşına
kifayət edərsə, ona da Şükr. Heç bir ehsan və elan lazım deyil.
Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.
Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım
Nigar xanımın adı ilə yanaşı yazılsın.
ƏLĠAĞA ġIXLĠNSKĠ
Son rica (xahiĢ)
1.Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
2.Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbristanlığa
aparın.
3.Qəzetdə elan verməyin.
4.Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan-ağına bükülmüş cəsədi
rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
5.Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, müasir
çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
6.Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə
örtüb, üstündə yazarsınız: Əliağa Şıxlinski — heç bir tarix lazım deyil.
ƏLĠAĞA ġIXLĠNSKĠ.
Bakı, 13.03.1942-ci il.
Nə tabutun içinə, nə tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.
127
ƏLĠAĞA ġIXLĠNSKĠ.
GENERAL FĠRĠDUN BƏY VƏZĠROV
1985-ci ildə Tiflis arxivində general Firidun bəy Vəzirov haqqında saxlanan
qısa məlumatlarla tanış oldum. Böyük bir sərkərdənin tərcümeyi-halını oxuculara
belə—natamam şəkildə çatdırmaq istəmirdim və inana da bilmirdim ki, indiyədək
generalın bir doğması qalmamış ola. Bakıya qayıdanda tarix muzeyinə gedib onun
əməkdaşlarından kömək istədim. Nərmin xanım Tahirzadə dedi ki, general Firidun
bəyin qızı Nigar xanım Bakıda yaşayır.
Nigar xanım çox şeyləri xatırlaya bilmirdi. Yetmiş illik sərt rejimli vahimə
onun yaddaşından çox əhvalatları silib aparmışdı. İllərin ağrı-acısı onu yumağa
döndərmişdi. Nəvəsi Erazm köməyimə çatdı. Babası Firidun bəyin və nənəsi
Zeynəb Səlim qızı Vəzirovanın iki fotoşəklini tapıb mənə hədiyyə elədi.
—Erazm, — dedim, — arxiv sənədlərində nənən Zeynəbin adı Zinaida
Səlimovna Kriçinskaya kimi yazılıb. Yəqin ki, bunun da bir səbəbi var?
—Əlbəttə, var. Nənəm milliyətcə Litva tatarıdır. Sizin arxivdə rast
gəldiyiniz onun qız ad-familidir. 1870-ci ildə babam yeddinci Belorus qusar
alayında ştabs-rotmistr rütbəsində qulluq edəndə evləniblər. Evlənmə mərasimində
babam onun ad-familini müsəlman ad-famili ilə rəsmiləşdirib. Nənəm də babamla
birgə rus qoşunlarının tərkibində 1877—78-ci illərdə Bolqarıstanın Osmanlı
imperiyasından azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Bunu o illərdən
yadigar qalan iri ölçülü bir fotoşəkil də təsdiq edir. Babam Firidun bəy Vəzirov əla
döyüş xidmətlərinə görə bu müharibədə mayor rütbəsindən polkovnikə qədər
yüksəlmiş və alay komandiri vəzifəsinə təyin olunmuşdur.
Nəslən Tiflis zadəganlarından olan babam otuz səkkiz il imperiya
ordusunda xidmət etdikdən sonra general-mayor rütbəsində istefaya çıxmışdır.
1906-cı ildən Tiflisdəki doğma ata-baba mülkündə yaşamış və azərbaycanlıların
nəfinə təşkil olunmuş xeyriyyə cəmiyyətlərində ictimai fəaliyyətini davam
etdirmişdir.
General Firidun bəy Cəlal oğlu Vəzirovun «hərbi xidmət kitabçasından
sətirlər:
1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. İlk
təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı
süvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit rütbəsində
yeddinci Belorus qusar alayında başlamışdır. Təltif olunduğu orden və medallar:
ikinci və üçüncü dərəcəli ―Müqəddəs Anna‖, orduda iyirmi beş illik xidmətinə görə
üçüncü və dördüncü dərəcəli ―Müqəddəs Vladimir‖, ikinci və üçüncü dərəcəli
―Müqəddəs Stanislav‖ ordenləri ilə təltif olunmuşdur.
General Firidun bəy Vəzirov həm də 1877—78-ci illərdəki müharibədə
göstərdiyi sərkərdəlik qabiliyyətinə görə tunc medalla, bir də üçüncü Aleksandrın
imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırılmışdır.
128
1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-mayor Firidun
bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəldi. Məktub altmış doqquz yaşlı
generalın əhvali-ruhiyyəsinə xoş təsir bağışladı. Məktubda deyilirdi:
«Çox hörmətli Firidun bəy cənabları, Azərbaycan Demokratik
Cumhuriyyətinin yaratdığı Milli Ordudan şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın
sərkərdə oğlu kimi yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda
xidmət etmək üçün sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük
ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı
gündən-günə artır. Ağır şəraitdə də olsa, baş qərargah yaradılmasına nail olduq.
Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat
və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün dövlət
büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni
zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycanın
müstəqillik qazandığı vaxtda gənc Azərbaycan Ordusunun sıralarında xidmət edən
oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş
edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.
Hörmətlə: BaĢ Qərargahın rəisi general-mayor
ƏBDÜLHƏMĠD BƏY QAYTABAġI».
Bu səmimi məktubu alan general dərhal ailəsi ilə birgə Bakıya köçmüşdür.
Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun
7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firidun bəy Vəzirov
Bakı şəhərinin komendantı təyin olunmuşdur.
Beş il sonra — 1925-ci il iyunun 30-da general-mayor Firidun bəy Vəzirov
yetmiş beş yaşında vəfat etmişdir.
1
GENERAL TEYMUR BƏY NOVRUZOV
Sən kimsən, ey igid? Suçun, günahın nədir ki, yetmiş altı il cəmi xalqından,
millətindən gizlədiblər. Qorxudan adını, soyadını belə şəklinin arxasına yaza
bilməyiblər. Dövlət Tarix Muzeyinin nadir fondunda saxlanan yeganə fotoşəklinin
arxasında ancaq bunları oxudum: «Birinci dünya müharibəsi illərində dörd dəfə
Müqəddəs Georgi ordeni ilə təltif olunan azərbaycanlı zabit».
Şəklin arxasında adının yazılmadığına görə kimi günahlandıraq? Arxiv
işçilərini, yoxsa totalitar rejimi? Bilmirəm. Bir aydan çoxdur ki, sənin bu balaca
fotoşəklini yazı stolumun üstündən götürüb qovluğa qoymağa əlim gəlmir.
İstəyirəm səni elim, obam tanısın, bəsdi bu qədər arxivlər küncündə qaldığın. Səni
görüb tanıyan nəvə-nəticən fəxrlə desin ki, bu igid mənim babamdır. Axı, imperiya
1
General F. Vəzirov haqqında əldə etdiyimiz faktlar bunlar oldu. Şübhəsiz ki, gələcək tədqiqatlarımda
bu məşhur sərkərdə ilə bağlı tapılan sənədlərlə onun bioqrafiyasını oxuculara müfəssəl çatdıracağam —
müəl.
Dostları ilə paylaş: |