Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
4 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
müddət arzində o, Torpaqşünaslıq İnstitutunda el-
mi işlər üzrə direktor müavini (1944-1949), Bota-
nika İnstitutunun direktoru (1949-1952), Azərbay-
can KP MK katibi (1952) vəzifələrində çalışır.
Həsən ƏIİyev Azərbaycan Elmlər Akademiya-
sının yaranmasından (1945) doqquz il əvvəl elmi-
mizin formalaşması üçün kadr hazırlığında fəal iş-
tirak etmişdir. Onun 1937-1944-cü illərdə istər
Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin
yaranmasında mühüm xidmətləri olmuşdur.
1952-1957-ci illərdə akademik H.Ə.Əliyev
Azərbaycan SSR EA-nın akademik katibi və eyni
zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitu-
tunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifələrin-
də işləmşdir. 1951-ci ildə “Abşeron yarımadasında
taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi
EA-nın Məruzələrində çap olunur.
Bu gün artıq hamıya bəllidir ki, təbiəti mühafizə
olmadan heç bir ölkədə davamlı inkişafdan danış-
maq olmaz. Akademik Həsən Əliyev dühası isə bu-
nu keçən əsrin ortalarında görmüş və dərk etmişdir.
Belə ki, 1950-ci illərdə Akademik Həsən ƏIiyevin
elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin
mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan
SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının
sədri seçilir.
Həsən müəllim 1952-ci ildə Azərbaycan SSR
Kənd Təsərrüfatı nazirinin birinci müavini və
Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzi-
fələrində işləmiş, həmin ildə Qırmızı Əmək Bayra-
ğı ordeni ilə təltif olunmuş, Azərbaycan SSR EA-
nın həqiqi üzvü seçilmişdir. 1961-ci ildə “Azərbay-
can SSRİ-nin Böyük Qafqaz dağları zonasında
üzümçülük və bağçılığı inkişaf etdirmək üçün tor-
paq ehtiyatları” məqaləsi EA-nın Xəbərlərində
dərc olunur.
Bəzi qəlbiqara insanlar Həsən müəllimə irad tu-
turdular ki, o, elmlər doktoru olmaya-olmaya aka-
demik seçilmişdir. Anacq bilmirdilər ki, o zaman
üçün bu normal hal idi. Anacaq Həsən müəllim də
heç kimin tənəsini qəbul edən
adam deyildi və ona
görə də 1966-cı ildə Moskvada Torpaqşünaslıq
İnstitutunun dissertasiya şurasında uğurla doktor-
luq dissertasiyasını müdafiə edir. Həmin müdafiə-
də iştirak etmiş bir şəxsin xatirələrindən: “Müda-
fiənin axırına yaxın iclasa Heydər Əliyev gəldi, bir
qədər oturdu. Sonra məndən müdafiənin necə get-
məsini xəbər aldı. Cavab verdim ki, hər şey yüksək
səviyyədədir. O dedi ki, mən gedirəm, başqa işlə-
rim var, axşam görüşərik. Axşam “Bakı” restora-
nında müdafiənin şərəfinə verilən ziyafətə gəldi,
məclisə özü rəhbərlik etdi, şuranın üzvlərinə təşək-
kürünü bildirdi.”
Həsən müəllim öz imkanlarından istifadə edə-
rək Azərbaycan SSR Ali Sovetinin sessiyasında
(1958) təbiəti mühafizə üzrə məsələni müzakirəyə
çıxartmağa nail olur. Azərbaycan SSR-də Təbiəti
Mühafizə Cəmiyyətinin fəaliyyəti genişləndirilir,
təbiəti mühafizə üzrə dövlət komitəsinin yaradıl-
masına və 1968-ci ildə direktoru
olduğu Coğrafiya
İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi
tədqiqat şöbəsini yaradır.
Həsən müəllimin institumuza rəhbərlik etdiyi
dövrü xüsusi qeyd etmək istərdim. Belə ki, o, di-
rektor olana qədər əməkdaşlar arasında institutda-
xili çəkişmələr baş alıb getmiş, elmi tədqiqatlar
ikinci plana keçmiş, ancaq şəxsi ambisiyaların ya-
rışması vüsət almışdı. Həsən müəllim direktor tə-
yin olunandan sonra institutda əmin-amanlıq ya-
ranmış, çəkişmələr aradan qalxmış, sağlam işçi at-
mosferi qərarlaşmışdı. Coğrafiyaçıların etirafına
görə, bu dövr Azərbaycanda coğrafiya elminin inti-
bah dövrü olmuşdur.
Məsələn, 1972-ci ildə Xəzər dənizinin açıq his-
səsində tərpənməz özül üzərində dünyada ilk dəfə
dəniz observatoriyasının yaranması və 25 il fəaliy-
yət göstərməsi də məhz onun fəaliyyətinin nəticə-
sidir. Bu observatoriya necə yaranmışdı? O zaman
BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində
GLOBAL ATMOSFER PROSESLƏRİNİN TƏD-
QİQİ layihəsi icra olunurdu. Bu layihə çərçiəsində
dünya okeanında və materik içərisində fasiləsiz iş-
ləyən üç müşahidə məntəqəsinin yaradılması qəra-
ra alınır. Şimali Atlantikada və Sakit okeanda mü-
şahidələr stasionarda durmuş gəmilərdən aparılır-
dı. Materikiçi müşahidə kimi isə Xəzər dənizi se-
çilir. Xəzər dənizində bunu necə təşkil etməli sualı
meydana çıxır. Moskva elmi tədqiqat institutlarının
direktorları − akdemiklərdən Monin, Obuxov və
Çvanq Bakıya, Həsən müəllimin yanına gəlir, mə-
sələni ona danışırlar. Həsən müəllim bir qədər fi-
kirləşdikdən sonra Neftçi Qurbana zəng edir, isti-
fadədə olmayan dəniz platformalarından birini ob-
servatoriya yaratmaq üçün alimlərə verməyi xahiş
edir və müsbət cavab alır. Əlbəttə ki, observatoriya
Moskva institutlarının iştirakı ilə yaradılmışdı, an-
caq əsas təşkilati işləri Həsən müəllim həyata ke-
çirirdi. Təşkil olunandan sonra observatoriya bizim
institutun səlahiyyəti və məsuliyyəti daxilində fə-
aliyyət göstərməyə başladı. Elə mənim özümü də
Həsən müəllim bu observatoriyaya işə qəbul etdi,
sonra isə Moskva Okeanologiya İnstitutuna staji-
rovka və aspiranturaya göndərdi. Bu təmənnasız
insanın xeyirxahlığını heç vaxt unutmur və onu hə-
mişə minnətdarlıq hissi ilə yad edirəm. Qəbri nurla
dolsun!
1976-cı ildə alimin "Həyəcan təbili" əsəri işıq
üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti
mühafizə sahəsində maariflənməsində və təbiətse-