Cümə axşamı, 26 yanvar 2017-cı il
Bakı, Azərbaycan
“IV İslam Həmrəyliyi Oyunlarına Federasiya olaraq ciddi şəkildə
hazırlaşırıq. Ölkəmizdə keçiriləcək mötəbər yarışda hər bir idmançı
iştirak etmək istəyər. İdmançılarımız artıq proqram şəklində
Oyunlara
hazırlaşırlar”. Bu sözləri müsahibəsində
Cüdo
Federasiyasının baş katibi Elmar Babanlı söyləyib.
-
Elmar müəllim, Cüdo Federasiyasının son bir ilki uğurlarından
danışaq.
-
Bildiyiniz kimi Cüdo Federasiyada dəyişikliklər oldu, hal hazırda
Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, vitse
prezidentləri isə Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur
Məmmədlidir.
Grand Slam Rioya lisenziya qazandıran son turnir idi və ondan sonra
idmançılarımızın uğurları da danılmazdır. Rüstəm Orucov, Elmar
Qasımov kimi idmançılarımızın olimpiadadakı çıxışları hər birimizi
sevindirdi. O nəticələrdən yenə gözləyirik təbii ki.
-
Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir, hazırlıq necə gedir,
hansı prossesdə irəliləyir?
-
Hər hansı böyük yarışlara hazırlaşmaq üçün bəlli bir turnirlərdən
yarışlarda hazırlıq görülür. İslam Oyunlarına kimi bir neçə yarış
turnir keçiriləcək.
Təlim məşq toplanışları başlayır və artıq bir neçə yarışa hazırlaşırıq.
Grand Slam turniri növbəti 4 ildə yenə Bakıda keçiriləcək və artıq bu
haqqda danışıqlar yekunlaşıb Onu da qeyd edim ki, Beynəlxalq Cüdo
Federasiyasının nümayəndəsi Nasir Əl Xamimi Bakıda keçirilən
[Type text]
[Type text]
[Type text]
“Böyük dəbilqə” turnirində iştirak etmiş və turnirdən öz
məmnunluğunu bildirmişdi.
Çalışırıq ki, qalibiyyətimiz davamlı olsun.
-
Nəticə
olaraq,
4-cü
İslam
Oyunlarından
qalibbiyyət
gözləyirsinizmi?
-
Əlbəttə mütləq şəkildə qalibiyyət gözləyirik, çünki hər çəki
dərəcəsində qalib olacaq idmançılarımız var. Uğurlarımız bizə stimul
verir.
-
Zədəli olan idmançı varmı?
-
Xeyr, əsas elə səbəb odur ki, zədəli idmançımız yoxdur, ancaq bu,
yarış və turnirlərdən sonra daha dəqiq bəlli olacaq.
Fevral ayında İtaliyanın Roma şəhərində Açıq Avropa turniri
keçiriləcək.
Oyunlara kimi lisenziya qazanmaq üçün belə yöndə yarışlar olacaq.