Hevddr Əliyev siyasəti: TO LERA N TLIQ
qətiyyən mümkün deyildir. Əgər satqınlıq, xəyanət olmasaydı,
daxildən Azərbaycana düşmən olan adamlar öz şəxsi mənafelə
rinə çatmaq üçün cürbəcür hoqqabazlıqla, hakimiyyət uğrunda
mübarizə ilə məşğul olmasaydılar, Şuşa qalası da Azərbaycanın
məğrur qalası kimi yaşayacaqdı, Laçın dağları da və indi biz, sa
dəcə olaraq, başqa ərazilərimizdən erməni silahlı qüvvələrinin
çıxarılması ilə məşğul olacaqdıq. Bu satqınlıq, xəyanətlər xalqı
mızın qəlbinə böyük yaralar vurubdur, o yaralar sağalmayıb,
sarınmayıbdır, o yaralar sızıldayır. Ancaq biz sızıldamırıq. Nə
qədər ağır, çətin olsa da, nəyin bahasına olsa da, biz torpaqları
mızı geriyə qaytaracağıq, yəni işğaldan azad edəcəyik, onların
sahibi olacağıq. Müstəqil dövlət kimi Azərbaycan öz ərazisinin
hüdudları çərçivəsindəki bütün torpaqlarının sahibi olmalıdır.
Bunu haqq- ədalət, beynəlxalq hüquq normaları, dünya demok
ratiyası, dünya ədaləti tələb edir. Biz buna nail olacağıq.
Eyni zamanda, bilirsiniz ki, buna nail olmaq üçün çox çətin
liklər də var. Dörd il bundan öncə Şuşa qalası, Şuşa rayonu və
Laçın Ermənistan silahlı qüvvələrinə təslim edildikdən sonra
Azərbaycanın başına çox böyük bəlalar gəldi. Azərbaycanın əra
zisinin başqa hissələri də işğal olundu. İndi ərazimizin 20 faizi
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beş ildir ki, siz
yerinizdən didərgin düşmüsünüz, qaçqın vəziyyətində, ağır, çə
tin vəziyyətdə yaşayırsınız. Amma sizinlə bərabər Azərbaycanın
bir milyon vətəndaşı Ermənistanın təcavüzü nəticəsində, torpaq
larımızın işğal olunması nəticəsində yerindən-yurdundan zorla
çıxarılıb, didərgin düşüb və respublikamızın başqa bölgələrində
sizin kimi qaçqın vəziyyətində yaşayır. Bu, Azərbaycan Respub
likasının həyatında böyük gərginlik, çətinlik yaradır. Tarixdə
heç vaxt biz belə ağır vəziyyətə düşməmişik ki, torpaqlarımızın
20 faizi işğal olunsun, bir milyondan artıq vətəndaşımız yerin
dən-yurdundan qaçqın düşsün.
Bilirsiniz ki, iki il öncə - 1994-cü ilin mayında biz döyüşləri da
yandırdıq, Ermənistanla atəşkəs haqqında saziş bağladıq. İki ilə
yaxındır ki, xalqımız atəşkəs şəraitində yaşayır. Bu atəşkəs zəru
122
ri idi. Bilirsiniz ki, iki il bundan öncə, həmin bu günlərdə, aprel
ayında Ağdam-Tərtər bölgəsində qanlı döyüşlər gedirdi. Erməni
işğalçıları öz havadarlarının gücünə arxalanaraq, onların kömə
yindən istifadə edərək Azərbaycanın başqa ərazilərini də işğal
etmək, bizi diz çökdürmək istəyirdilər. Biz onların qarşısını al
dıq. Qırx gün gedən döyüşlər Azərbaycan xalqının, Azərbaycan
əsgərinin, oğullarının nəyə qadir olduğunu bildirdi. Ermənistan
silahlı qüvvələrinə də göstərdi ki, daha onlar irəliləyə bilməzlər.
Biz onları dayandırdıq. Qırx günlük döyüşlərdən sonra başa düş
dülər ki, belə vəziyyətdə müharibə aparmaq mümkün deyil. On
lar atəşkəs haqqında saziş imzalamağa təşəbbüs göstərdilər və biz
də buna razı olduq. Beləliklə, atəş dayandınldı.
Atəşkəs müddətində biz Ermənistanla Azərbaycan arasındakı
hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyirik. Biz
sülhsevər xalqıq, sülh istəyirik. Bunu dünyaya da bildirmək istə
yirik və bildiririk. Ona görə də sülh danışıqları aparırıq, bunu
bilirsiniz. Mən dəfələrlə çıxışlarımda bunu demişəm, fikirlərim
televiziya, radio vasitəsilə sizə çatır. Bu iki il müddətində biz
saysız-hesabsız tədbirlər görmüşük, danışıqlar aparmışıq. Bey
nəlxalq təşkilatların, böyük dövlətlərin vasitəsilə danışıqlar apar
mışıq və aparırıq. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşki
latı çərçivəsində Minsk qrupu var o bu işlə məşğul olur - həmin
səviyyədə də danışıqlar aparırıq. Amerika Birləşmiş Ştatlarının,
Rusiyanın, Türkiyənin və başqa dövlətlərin vasitəçiliyi ilə danı
şıqlar aparırıq. İki il müddətində dünyanın ən böyük dövlətləri
nin prezidentləri, hökumət başçıları ilə dəfələrlə görüşmüşəm,
həmin ölkələrdə, beynəlxalq təşkilatlarda danışıqlar aparmışam.
Mən bütün beynəlxalq təşkilatlarda olmuşam, dünyanın elə bir
beynəlxalq təşkilatı yoxdur ki, bu iki il müddətində orada olma
yım, Azərbaycanın əsas problemini, tələblərini deməyim. Dün
yanın elə bir böyük dövləti yoxdur ki, mən onun başçısı ilə gö
rüşməmiş olam. Amerika, Rusiya prezidentləri, Çin Dövlət Şu
rasının sədri, İngiltərənin Baş naziri, Fransa, Almaniya, Türkiyə,
İran prezidentləri ilə görüşmüşəm. Bu siyahını uzatmaq da olar.
_______ ______________________________ Heydar Əliyev siynsdlı: TOLERANTLIQ
123
НеуЈлг Əliyev siy.ısoli: TOLERANTLIQ
Bu görüşlərin, danışıqların hamısı bir məqsəd daşıyır: Azər
baycanın haqq-ədalət işini dünyaya sübut etmək, ölkəmizə qarşı
olmuş hərbi təcavüzü dünya ictimaiyyətinə anlatmaq, sübut et
mək və beynəlxalq ictimaiyyətin, dünyanın böyük dövlətlərinin,
beynəlxalq təşkilatların köməyi ilə, onların vasitəsilə məsələni
sülh yolu ilə həll etmək. Hətta Ermənistanla birbaşa danışıqlara
getmişik. Bu danışıqları aparırıq ki, məsələni sülh yolu ilə həll
edək. Yəni bizim vicdanımız təmizdir, pakdır. Baxmayaraq ki, nə
qədər qurbanlar, şəhidlər vermişik, işğal edilmiş torpaqlarımız
viran olunubdur, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə qurulub
yaradılmış tarixi abidələrimiz, maddi nemətlərimiz dağıdılıbdır,
millətimizə nə qədər mənəvi zərbələr vurulubdur, - biz məsələni
yenə də sülh yolu ilə həll etmək istəyirik. Biz bölgəmizdə, Qafqaz
da sülh istəyirik, dünyada sülh istəyir və bu yolla məqsədimizə
nail olmaq istəyirik.
Bir həftə idi ki, mən Avropada - Lüksemburqda, Belçikada,
Norveçdə böyük səfərdə idim. Lüksemburqda Avropa Birliyi
kimi böyük, mötəbər bir təşkilatın toplantısında olmuşam. Avro
pa Birliyi ilə Azərbaycan arasında çox tarixi əhəmiyyət kəsb edən
sənəd - ölkəmizin bu təşkilatla əməkdaşlıq və tərəfdaşlıq etməsi
haqqında saziş imzalanıbdır. Bu, tarixi hadisədir. Yəni biz Avro
pa Birliyi kimi yüksək iqtisadiyyata, mənəviyyata, demokratiya
ya malik olan təşkilatla əməkdaşlığa getmişik. Eyni zamanda, bu,
Azərbaycanın müstəqil dövlət kimi, demokratik, hüquqi dövlət
kimi tanınması deməkdir. Həmin saziş imzalanarkən Avropa Bir
liyinin yüksək vəzifəli şəxsləri və Avropanın digər ölkələrində
olduğum zaman dövlət, hökumət başçıları Azərbaycanda böyük
dəyişikliklərin mövcud olduğunu, demokratik islahatların, iqtisa
di islahatların həyata keçirildiyini məmnuniyyətlə qeyd etdilər.
Demək, Azərbaycan dünya birliyinin ən yüksək pillələrinə ad
dımlayır. Bu, bizim böyük nailiyyətimizdir.
Bununla yanaşı, mən Lüksemburqda da, Brüsseldə də Avro
pa Birliyinin nümayəndələri ilə fərdi danışıqlar da aparmışam.
Həmin saziş imzalanarkən Avropa Birliyinin yüksək kürsüsündə
1 2 4
Heydar Əliyev яуамЧ: TOLERANTLIQ
söylədiyim nitqdə Ermənistanın Azərbaycana qarşı etdiyi təcavü
zü, respublikamızın belə ağır vəziyyətdə olduğunu, eyni zaman
da, Azərbaycanın bu münaqişəni sülh yolu ilə aradan qaldırmaq
istədiyini dünyaya bir daha bildirmişəm. Avropa dövlətlərinin nü
mayəndələri ilə fərdi danışıqlarda da bu məsələlərin həll olunma
sının yollannı araşdırmış, təkliflər vermişəm.
Brüsseldə olarkən NATO kimi böyük beynəlxalq təşkilatların
Baş Qərargahına gedərək onun baş katibi ilə görüşüb NATO ilə
"Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağımız haqqında
prezentasiya sənədini təqdim etmiş, ətraflı danışıqlar aparmışam.
Azərbaycana maddi yardım, maliyyə yardımı göstərilməsi,
respublikamızın inkişafı üçün cürbəcür proqramların ölkəmiz
də tətbiq olunması barədə Avropa Birliyi komissiyasının sədri
ilə, başqa rəsmi şəxslərlə geniş danışıqlar aparmışam. Nəhayət,
Norveçə rəsmi dövlət səfəri edərkən bu ölkənin baş naziri, kralı,
parlamentin sədri ilə və digər şəxslərlə danışıqlarımız olubdur.
Bütün bu danışıqların hamısında Azərbaycan ilə bu təşkilatlar,
dövlətlər arasında münasibətləri inkişaf etdirmək problemləri
ilə yanaşı, ən ön cərgədə, planda Azərbaycanın ağır problemini
- Ermənistanın təcavüzündən xilas olmaq problemini irəli sür
müşəm və bu barədə təkliflərimi vermişəm. Bunların hamısı ona
görədir ki, biz başımıza gəlmiş bəlanı sülh yolu ilə aradan qal
dırmaq istəyirik.
Eyni zamanda, mənim bır həftəlik səfərimdə Azərbaycan Res
publikasının müstəqil dövlət kimi tanınması üçün çox böyük işlər
görülübdür. Bu görüşlərin hamısı Azərbaycanın müstəqilliyinin
dünyaya bir daha nümayiş etdirilməsidir. Mən bu görüşlərdə bir
daha bildirmişəm ki, dövlət müstəqilliyi, milli azadlıq bizim ən bö
yük nailiyyətimizdir. Biz bunu tarixi nailiyyət hesab edirik, qoru
yub saxlayırıq və bundan sonra da qoruyub saxlayacağıq. Dövlət
müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik, heç vaxt başqa bir
dövlətin tərkibinə, yaxud tabeliyinə düşməyəcəyik. Biz müstəqilik
və müstəqil də yaşayacağıq.
1 2 5
Dostları ilə paylaş: |