6
ləşməsi deməkdir. Regional özünəməxsusluq isə hər hansı bir
bölgədə bu və ya digər folklor nümunələrinin işlənmə tez-
liyində özünü göstərir. Bu özünəməxsusluq coğrafi-təbii şərait-
dən, ictimai yaşayışın formasından, təsərrüfatın maldarlıq və ya
əkinçilik üzərində qurulmasından, mədəniyyətin digər ünsürlə-
rindən (məsələn, klassik musiqi, aşıq yaradıcılığı, yazılı ədə-
biyyat, əl sənətləri) asılıdır. Yuxarıda sadalanan özəlliklər et-
nik-mədəni mühitin regional fərqliləşməsini şərtləndirir. Re-
gional folklorun biçimlənməsində kənd, qəsəbə, şəhər kimi
məhəlli bölgələrdə söylənən örnəklər mühüm rol oynayır.
Təbii ki, regional şəraitdə yaranan folklorun məhəlli sə-
ciyyəsi elmi-nəzəri baxımdan aktuallıq kəsb edir. Bu aktuallıq
folklor mətnlərinin yayılma dərəcəsini, söyləyici özəlliyini,
milli-etnik kontekstdə öyrənməklə şərtlənir. Regional folklo-
run yaranmasında tarixi-mədəni, iqtisadi-siyasi, sosial-ideo-
loji dönəmlərdə toplumun keçirdiyi dəyişik inkişaf yolu, coğ-
rafi şərait, təsərrüfat tipi, etnik qarışım, qonşu xalqların so-
sial-psixoloji yaşamı da əsaslı rol oynamışdır. Nəticədə bir
millətin həyatı folklor aynasında rəngarəng çalarları ilə əks
olunmuşdur ki, buna regional folklor mətnləri deyilir.
Hər bölgənin özünəməxsus folklor örnəkləri dedikdə da-
ha çox folklor koloritini şəkilləndirən şivə özəllikləri, danışıq
dili nəzərdə tutulur. Bəzi bölgələrdə (məsələn, Qazax, Şəki,
Qarabağ və s.) şivə özəllikləri qabarıq olduğu halda, bəzilə-
rində isə ədəbi dilə yaxınlıq hiss edilir. Masallı bölgəsinin el
arasında Muğan deyilən hissəsində əsaslı şivə özəlliyi yoxdur.
Buna baxmayaraq Muğan adlanan yerlərin ümumişlək olma-
yan dialekt sözləri vardır. Muğan bölgəsinin hətta kəndləri
arasında da bu baxımdan müəyyən fərqlər vardır.
7
Sözlü ədəbiyyat bölgədən-bölgəyə özünəməxsusluq
göstərsə də, həm Azərbaycanda, həm də Türkiyədə folklor de-
dikdə insanlar tarix anlayırlar. Bunun əsas səbəbi folklorun
xalqın sözlü tarixi olmasıdır. Ancaq digər tərəfdən xalq folk-
lorun özünəməxsusluğunu, mənəviyyatımızın önəmli bir par-
çası olduğunu yaxşı anlamadığından folkloru tarix, folklor
toplayıcısını da jurnalist kimi başa düşün.
Ümumilikdə Cənub, özəldə Masallı bölgəsinin tarixi-
coğrafi özünəməxsusluğu, etnik tərkibi, dini inancları folklor
mətnlərinin səciyyəsini müəyyənləşdirməkdə başlıca rol oyna-
yır. Sovet dövründə və xüsusən də son əlli ildə Masallı dedikdə
Azərbaycanın digər bölgələrinə nisbətdə qızların az oxuduğu,
saz-söz dünyasının az inkişaf etdiyi, dövlət xadimlərinin çıx-
madığı yer anlaşılmışdr. Buna baxmayaraq Masallıdan gör-
kəmli alimlər çıxdığı kimi, gözəl şair və yazıçılar, müxtəlif və-
zifələrdə işləyən dövlət adamları, generallar da çıxmışdır.
Əski türk dünyası üçün spesifik olan tayfa və tirələrə bö-
lünmə, qəbilə strukturunu saxlama, adət-ənənəyə bağlılıq ümu-
milikdə cənub bölgəsində, xüsusilə də Masallıda daha yaxşı
qorunmuşdur. Bölgənin İrana yaxınlığı, əhalisinin tamamının
şiə olması, ciddi yasaqların hökm sürdüyü zamanlarda belə Mə-
hərrəmlik ayının keçirildiyini, Şəbih tamaşalarının göstərildi-
yini, orucun, namazın tərk edilmədiyini nəzərə alsaq Masallının
dini baxımdan özəl yer halına gəldiyini qəbul etməmiz lazımdır.
Masallının təbii gözəlliyi, torpağının münbitliyi insanlarının
qonaqpərvər, zəhmətsevər, səmimi olmasını şərtləndirmişdir.
Masallı əhalisinin böyük əksəriyyətinin türklərdən ibarət olan
bölgə olması, Şah İsmayılın, Şah Abbasın Mahmudavarda, Qı-
zılağacda, Şeyx Səfi quyusunun Ərkivanda olması kimi faktlar
da bu yerlərin dövlətçilik tariximizdə mühüm rol oynadığına
8
sübutdur. Bir sözlə uzun illər folklor toplayıcılarının, araşdırma-
çılarının diqqətindən kənarda qalmış Masallı respublikanın
daha çox tərəvəz zonası kimi xatırlanmışdır. Ona görə də
Cənub bölgəsi folklorunun toplanması üçün həyəcan siqnalı
çalınmasının zamanı artıq gəlib keçməkdədir. Hər şeyin yox
olduğunu gözləmədən Masallı, Cəlilabad, Yardımlı, Lerik, Lən-
kəran, Astara kimi yerlərin folklorunu toplamaq lazımdır.
Folklor yaşamını təkrarlarla sürdürür. Hər hansı bir
mətn söyləmirsə, hər hansı bir ritual icra olunmursa, hər hansı
ir tamaşa göstərilmirsə zamanla unudulmağa məhkumdur. El-
mi ictimaiyyətin diqqətindən uzaq bu bölgədə radio-tele-
vizorun da mənfi təsiri ilə sözlü yaşam dünyası yerini passiv
seyrə tərk etmişdir. Getdiyimiz kəndlərdə, qəsəbələrdə insan-
ların bayatı söyləmədiyi, nağıl danışmadığı, əhvalat anlatma-
dığı və ya bunlara maraq göstərmədiyi müşahidənin ilk və gö-
zə çarpan tərəfi olmuşdur. Söylənib dinlənməyən mətn yad-
daşlarda uzun müddət qala bilməz. Bir zamanlar nağılları,
məsəlləri, mahnıları ilə məşhur olan Masallı artıq folklor ya-
şamını başa vurmaqdadır. Yenə də klassik folklor tam öl-
mədən bəzi şeyləri lentə almaq mümkündür.
Masallı folklorun bütün janrlarının icra olunduğu bölgə-
dir. Burada xalq deyimləri, əfsanələr, rəvayətlər, məzəli əhva-
latlar, bayatı və nəğmələr, məsəllər, atalar sözləri, halay, mən-
kabələr, memoratlar (başa gələn əhvalatlar), bir sözlə insanı
sədaqətə, vətən sevgisinə, dost yolunda ölümə, böyüyə, kiçiyə
hörmətə səsləyən hər şey vardır. Buna baxmayaraq Masallı
folklor örnəklərinin ağırlıq mərkəzi daha çox dini əfsanələr,
təriqət böyüklərinin, seyidlərin kəramətlərini anlatan mənka-
bələr, memoratlar (adamların başından keçənləri ikinci və ya
üçüncü şəxsin şahidliyi kimi anlatması), bayatılar, xüsusən də
Dostları ilə paylaş: |