Hüseyn SARAÇLI
NƏĞMƏLĠ SĠNƏMDƏ YÜZ
DASTAN YATIR
“Elm və təhsil”
Bakı – 2016
Hüseyn Saraçlı
2
NəĢrə hazırlayanı
və redaktoru:
Musa NƏBĠOĞLU
Əməkdar Mədəniyyət ĠĢçisi
Məsləhətçi:
Məhərrəm QASIMLI
Əməkdar Elm Xadimi, professor
Rəyçi:
ġurəddin MƏMMƏDLĠ
professor
Hüseyn Saraçlı.
Nəğməli sinəmdə yüz dastan yatır.
Bakı, “Elm və təhsil”, 2016, 304 səh.
Kitabda XX əsr Azərbaycan aĢıq sənətinin görkəmli
nümayəndəsi Hüseyn Saraçlının Ģeirləri və dastan repertuarından
seçmələr yer alıb.
Kitabın nəĢrində göstərdiyi dəstəyə görə Həbibov Abdul
Məmməd oğluna minnətdarlıq edirk.
ISBN 978-9952-8176-1-2
© M.NƏBĠOĞLU
Nəğməli sinəmdə yüz dastan yatır
3
Musa NƏBĠOĞLU
Əməkdar Mədəniyyət ĠĢçisi
O, SAZDAN YARANMIġDI,
SÖZDƏN DOĞULMUġDU
Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov) 1916-
cı ildə Borçalıda – indiki Gürcüstan Respublikasının Bolnisi
rayonunun Saraçlı kəndində anadan olub. Ġlk dəfə öz kəndlisi
AĢıq Ġsmayılın Ģəyirdi olub, sonra dövrünün azman aĢığı
QuĢçu Ġbrahimdən bu sənətin sirlərini öyrənib, Ģair Nəbi və
Sarvan Bayram kimi (hər ikisi Borçalının Faxralı
kəndindəndir) güclü saz-söz xiridarlarının yanında tam
püxtələĢərək, kamil el sənətkarına çevrilib.
AĢıq Hüseyn Saraçlı gözəl saz çalıb-oxuması və Ģeir
yazması ilə yanaĢı, dastan danıĢmaqda Azərbaycan aĢıq
sənətində əvəzsiz bir ustad idi.
AĢıq Hüseynin Saraçlının söylədiyi bir çox dastanlar
lentə yazlaraq Azərbaycan və Gürcüstan radio və televiziya
Ģirkətlərinin qızıl fondlarında saxlanılır.
AĢıq sənətinə əvəzsiz xidmətlərinə görə Hüseyn
Saraçlı Gürcüstanın “Əməkdar mədəniyyət iĢçisi” fəxri
adına layiq görülüb.
AĢıq Hüseyn Saraçlının sənətdə öz dəsti-xətti ilə seçilən
14 Ģəyirdi olub. Sonuncu Ģəyirdi aĢıq-sazbənd Kövrək
Muraddır.
Hüseyn Saraçlı
4
AĢıq Hüseyn Saraçlı 1987-ci ildə 71 yaĢında
dünyasını dəyiĢib. Doğulduğu Saraçlı kəndində bu böyük
sənətkarın büstü qoyulub.
Sinəsi söz xəzinəsi olan H.Saraçlı həm də bədii
yaradıcılıqla məĢğul olur, aĢıq poeziyasının müxtəlif
formalarında Ģeirlər qoĢurdu. Sağlığında kitabı nəĢr
olunmasa da, onun Ģeirləri, söylədiyi dastan və qaravəllilər
1992-ci ildə Süleyman Əfəndi (Süleymanov) tərəfindən
nəĢrə hazırlanaraq (ġeirlər. Söyləmələr. Bakı, Yazıçı, 1992,
208 səh.) nəĢr olundu. Kitaba professor Əflatun Saraçlı
ön söz yazıb.
Elə S.Əfəndinin təĢəbbüsü və yaxından iĢtirakı ilə
ölümündən sonra hər il aprel ayının ikinci Ģənbə günü
Saraçlı kəndində ustadın anım günü keçirildi.
2016-cı il, sazının laylasında neçə-neçə aĢıq böyü-
dən, neçə-neçə Ģairi xalqa tanıdan, insanların qəlbində
bir sənət adlı sönməz iĢıq yandıran, ürəklərin dostu,
könüllərin mehmanı olan AĢıq Hüseyn Saraçlının
anadan olmasının 100 illik yubiley ilidir.
O Hüseyn Saraçlı ki, bu gün də bizimlədi, bilənlər
bilir onun yerini – sazdadı, mizrabdadı, pərdədədi, simdədi.
O, sazdan yaranmıĢdı, sözdən doğulmuĢdu. Yeri daim
əhli-hallar içində olan ustad təpədən-dırnağa aĢığıydı –
yeriĢiylə, qəddi-qamətiylə, ağayana duruĢu, Ģirin ləhcə-
siylə... Onun ömrü ozan ömrü, saz ömrüydü. Xalq Ģairi
Zəlimxan Yaqubun diliylə desək, o, “məhlə aĢığı deyil,
yurd-mahal aĢığıydı, bal dilli millətimin dili bal aĢığı,
meydanda Qoç Koroğlu, Rüstəm Zal aĢığıydı”. Onun
varlığından nə qazandısa sazın ömrü qazandı, yoxlu-
ğundan isə “nə itirdi Azərbaycan itirdi”.
Dostları ilə paylaş: |