Язизхан Танрыверди
39
at mənasındadır. Yaxud ―Qarağuca qıymayınca yol alınmaz‖
atalar sözündən sonra verilmiĢ ―Böyük, iti, polad qılıncı çalma-
yınca döyüĢ bitməz‖ cümləsinin
semantik yükü Qarağucun güc-
lü at olduğunu söyləməyə imkan verir. Bu, həmin cümlələrdə
inkarda iĢlənmiĢ sözlərin təsdiq variantında daha aydın
görünür: Qarağuca qıyınca yol alınar; Böyük, iti, polad qılıncı
çalınca döyüĢ bitər. Bununla yanaĢı, ikinci nümunədə qılınc sö-
zündən əvvəl iĢlənmiĢ böyük, iti, polad sözləri birinci nümu-
nədəki Qarağuc adının da atributları kimi çıxıĢ edir.
Qazlıq at. Müqəddimədə (Sarb yürürkən Qazlıq ata na-
mərd yigit yenə bilməz, binincə binməsə, yeg!) və ―boy‖larda
iĢlənmiĢdir: Qazanın dilində - Qazlıq atın bütün binən Nə
yigitsən, adıŋ nədir, degil maŋa! Burla xatunun dilində - Qazlıq
atımdan enməyincə. Dirsə xanın xatununun dilində: Yaralanub
Qazlıq atımdan enməyincə... Digər tərəfdən, Qazlıq at Qantura-
lının (Baba, yelisi qara Qazlıq atuma əyər salayım...), həm də
Bəkilin atı kimi təqdim olunur: Yelisi qara Qazlıq atın bütün
bindim. Müqayisələr göstərir ki, Qazlıq at ―boy‖larda bir neçə
qəhrəmana məxsus at kimi xüsusi olaraq vurğulanır. Deməli,
Qazlıq ata olan sevgi, Qazlıq at müqəddəsliyi təkcə müqəddi-
mədə yox, həm də ―boy‖larda aydın Ģəkildə ifadə olunmuĢdur.
M.Seyidov ―Qazlıq dağı‖ oronimini araĢdırarkən
V.V.Bartoldun ―boylardakı Qazlıq dağı Qafqaz dağıdır‖, yaxud
Ə.Dəmirçizadənin ―Qafqaz‖ sözü dağ mənasında olan qaf sözü
ilə tayfa adı ―qaz‖ (―qas‖) sözlərinin ―qaslar dağı‖ mənasına
birləĢməsindən baĢqa bir Ģey deyildir‖ fikirlərini saf-çürük
edir, öz mülahizələrini məhz bu cür tədqiqatlar kontekstində
təqdim edir: ―Qazlıq dağı – uca, yüksək, yüksəklik dağı demək-
dir. ―Qaztağ‖ adlı dağ Yenisey yaxınlığındadır. Bu dağdamı öz
adını Qara dəniz sahilində yaĢayan qaz//qas qəbiləsinin adından
almıĢdır? Əlbəttə, yox ...Qaztaq və Qazlıq türk dilləri ilə bağ-
lıdır. ―Qazlıq dağı‖ ―Qafqaz‖ın tərcüməsi deyildir. Bu dağ adı
müstəqil yaranmıĢdır. ―Qafqaz‖ dağının tərkibindəki qaz//qas