81
7 .1. Tullantı qazlarının təmizlənməsi və
zərərsizləşdirilməsi yolları
Atmosfer havasını cirkləndirən əsas mənbələrə sənaye müəssisələri,
nəqliyyat, istilik elektrik stansiyaları, kənd təsərüfatı kompleksləri aid edilir.
Sənaye müəssisələri tərəfindən atmosferə CO
2
,
CO, NH
3
S0
2
, NO
x
, HF,
HCL, H
2
S, karbohidrogenlər və başqa zəhərli və zərərli maddələrin
atılmasına rast gəlmək olur.
Mənbələrdən məlumdur ki, cirkləndiriçi maddələr atmosferə ardıcıl və
ya dövri, ani və yaylım şəklində daxil ola bilir. Yayım şəklində atmosferə
tullanan maddələr qaz-buxar-bərk–maye qarışığından ibarət olur. Atmesferə
tullanan qazlar adətən ikifaizli sistemindən (asılı şəkildə bərk və maye)
ibarət olur. Əsas faza qaz, dispers faza isə bərk və maye hissəçiklərindən
ibarət olan aerozol adlanır.
Aerozallar toz, duman və tüstü şəklində olurlar.Adətən, tozların tərkibində
ölçüsü 5-50 mkm tüstülər isə ölçüsü 0,1-5 mkm bərk madddələdən ibarət
olur. Dumanlar qaz daxilində ölçüsü 0,3-5 mkm səpələnmiş maye
damcılardan ibarət olur.
Qeyd etmək lazımdır ki, isti və ya soyuq təmizlənmiş və ya
təmizlənməmiş qaz tullantıları mütəşəkkil və qeyri-mütəşəkkil şəkildə olur.
Atmosferin çirklənməsinin azaldılması üçün istehsaldaa texnoloji prosesin
təkmilləşdirilməsi, avadanlığm hermetikliyinin artırılması, pnevmatik
nəqliyyat vasitələrindən istifadə,müxtəlif təmizləyici qurğuların tətbiqi
metodlarından istifadə edilir. Tullantıların miqdarının azaldılması üçün ən
səmərəli sayılan istiqamətlərdən biri çıxarsız qapalı texnoloji prosesin tətbiq
edilməsidir. Lakin burada qazın özünün çirkləndirici maddələrdən
təmizlənməsi və zərərsizləşdirilməsi məsələsi əsas problemlərdən biri kimi
qalmaqdadır. Ayrılan qazı aerozoldan təmizləmək üçün tərkibində olan
82
maddələrin xassələrini və onların effektiv tutulması yollarmı bilmək
lazımdır.
Qaz tərkibində olan maddələrin effektiv tutulması, qaz təmizləyici
qurğuya vahid zamanda daxil olan qaz axını tərkibində olan materialın hansı
hissəsinin tutulmasmı göstərir.
Təmizləmə effektliliyi aşağıdakı düsturla təyin edilir.
burada
- qaz tərkibindəki toz hissəciyinin aparata daxil olan
və xaric olan çəki sərfi, kq/san
-aparata daxil olan və ondan çıxan
qazın həcmi sərfı, m
3
/san; C
/
C
//
aparata daxil olan və ondan çıxan qaz
tərkibindəki hissəciklərin qatılığı, kq/m
3
;
- tutulmuş tozun miqdarıdır,
kq/san.
Məlumdur kı, qazın hissəcıklərdən təmızlənmə erffektıvlıyi müxtəlifdir
və onların ölçülərindən asılıdır. İri fraksiyalar daha yaxşı tutulur.
Qazın tam təmizlənməsinə bir neçə ardıcıl qoşulmuş aparatlar vasitəsi
ilə nail olmaq olar. Belə təmizlilik dərəcəsi aşağıdakı düsturla tapılır:
burada η
1,
η
2,
η
n
— müvafıq aparatda qazın təmizlənmə dərəcəsidir.
Müasir dövrdə, sənaye müəssisələri tərəfindən atmosferə atılan çirkli
qazlar quru mexaniki toz tutucular, filtr yaş toztutucular və elektrofıltrlər
vasitəsilə təmizlənir.\
Quru mexaniki toztutucularda əsasən tozların çökməsi «qravitasiya»,
«ətalət» və «mərkəzdənqaçma» mexanizmi ilə əldə edilir. Bu prinsipdə
işləyən aparatlarda tozun tutulmasi əksər hallarda kifayət dərəcədə olmadığı
üçün, bunlarda qazların ilkin təmizlənməsi prosesi aparılır.
83
«Qravitasiya» prinsipi ilə işləyən tozçökdürücü kameraların prinsipial
sxemləri aşağıda göstərilmişdir (şəkil 7.1).
a- sadə kamera; b -arakəsməli kamera; c – çoxtaxçalı kamera.
Qazın effektiv təmizlənnəsi üçün onun daxilində olan hissəciklərin
kamerada qalma müddəti mümkün qədər çox olmalıdır.
Stoks qanununa əsasən, çoxpilləli kamerada tozun hansı minimal
diametrinin çökəcəyi təyin edilir:
burada V
r
–qazın həcmi sərfı, m
3
/m; μ
r
— özlülüyün dinamik əmsalı, Pa. san;
B və L— kameranın eni və uzunluğudur, m;ρ
h ,
ρ
q
–hissəciyin və qazın
sıxlığıdır.
«Ətalət » prinsipli toztutucular. Qaz axınının istiqaməti birdən-birə
dəyisdikdə onun daxilində olan hissəciklər ətalət üzrə öz hərəkətini əvvəlki
istiqamətdə davam etdirir və qaz axının istiqaməti dəyişdikdən sonra
çökürlər (şəkil 7.2).
Belə aparatlarda ölçüsü 25-30 mkm olan hissəciklərin çökmə çökmə faizi
65-80 % həddində olur.
84
Şəkil 7.2. Ətalət toztutucusu:
a)- arakəsməli; b) — qaz axının səlist dönməsi; c)- genişlənən
konuslu; ç) — qazın yandan verilməsi
« Mrkəzdənqaçma» prinsipi ilə işləyən toztutuculara siklonları aid
etmək olar (şəkil 7.3). Şəkildən göründüyü kimi qaz siklon daxilində
fırlanaraq, əvvəl yuxarıdan aşağıya, sonra aşağıdan yuxarıya hərəkət edir.
Toz hissəcikləri mərkəzdən qaçma qüvvəsi ilə divara atılılr və divarla
siklonun dibinə sürüşərəkdən hərəkət edir. Bu qurğular hissəciklərin
ftıtulma, effektliyi η qaz axını sürəti ilə düz, siklonun diametri ilə tərs
mütənasibdir. Effektliyin artırılması üçün siklon diametrinin azalddması
daha məqsədəuyğundur.
Şəkil 7.3. Siklon:
Dostları ilə paylaş: |