Q A F Q A Z Ü N İ V E R S İ T E S İ
Y A Y I N L A R I
Y A Y I N N O : 5 5
İNZİBATİ HÜQUQ
- Administrative Law -
Ali təhsil müəssisələri üçün dərs vəsaiti
Dr. Fərhad Mehdiyev
Dizayn:
Sahib KAZIMOV
Qafqaz Universiteti Nəşriyyat Komissiyasının təklifi və
Elmi Şurasının 13.02.2008 tarix, 2007/58.01 sayılı qərarıyla
Universitet nəşri olaraq çap olunmasına qərar verilmiştir.
ISBN: 978-9952-25-089-3
Qafqaz University © 2010
iii
Bu kitab, Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) maliyyə
dəstəyi ilə çap olunmuşdur.
This book was published by financial support of the German Agency for
Technical Cooperation (GTZ).
MÜƏLLİFİN QEYDİ
Bu kitabın -
“Almaniyada dövlətin maddi məsuliyyətinin rejimi ”bölməsi
Prof.Dr. Bahtiyar Akyılmaz,
“Azərbaycanda Ombudsman təsisatı: yaranması və fəaliyyəti”
bölməsi
Aydın Səfixanlı,
“İctimai qulluğun hüquqi rejimi” bölməsi
Xanlar Heydərov
tərəfindən yazılmış, Dr.Fərhad Mehdiyev tərəfindən redaktə
edilmişdir.
iv
QISALTMALAR
ABŞ
Amerika Birləşmiş Ştatları
AİHK
Avropa İnsan Hüquqları Konvensiyası
AİHM
Avropa İnsan Hüquqları Məhkəməsi
AR
Azərbaycan Respublikası
BŞİH
Bakı Şəhər İcra Hakimiyyə ti
CM
Cinayət Məcəlləsi
Konst.
Konstitusiya
KM
Konstitusiya Məhkəməsi
Bax:
Baxın
İA
inzibati akt
İH
İcra hakimiyyəti
İİ
İnzibati icraat
İİHQ
«İnzibati icraat haqqında» Qanun
İƏHQ
«İnformasiya əldə edilməsi haqqında» Qanun
İO
inzibati orqan
İPM
İnzibati Prosessual Məcəllə
İXM
İnzibati Xətalar Məcəlləsi
GATS
General Agreement on Trade in Services
Q.
Qərar
m.
maddə
s.
səhifə
S.
Sayı
MDB
Müstəqil Dövlətlər Birliyi
MM.
Mülki Məcəllə
MİH
Mərkəzi icra hakimiyyəti
NK
Nazirlər Kabineti
TM
Torpaq Məcəlləsi
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı
ŞMV
şərti maliyyə vahidi
və b.
və bənzəri
və d.
və davamı
və s.
və sair
yux.
yuxarıda
YİH
yerli icra hakimiyyəti
ZÇŞ
zərər çəkmiş şəxs
v
Hüquqi dövlətin gələcək təminatçıları - gənclərə ithaf olunur .
ÖNSÖZ
Əlinizdəki əsər, daha əvvəl çap olunmuş “İnzibati İda rəetmə Hüququ”
kitabının redaktə və əlavələr edilmiş 2-ci basqısıdır. İlk çap edilmiş əsərin
qalmaması, inzibati orqanlar strukturunda islahatların aparılması, habelə yeni
qəbul olunmuş inzibati hüquq qanunvericiliyi yeni kitabın yazılmasını tələb
edirdi. Bütöv əsərin yazılması 4 il kimi uzun müddət tələb etdi. İnzibati hüquq,
hüquqi dövlətin hüququdur. Bu cəhətdən baxıldıqda, bu kitabın yazılması da
zəruri idi, çünki ölkəmizdə hüquqi dövlətin bərqərar olunması, müstəqilliyimiz
və dövlətçiliyimiz üçün ən əhəmiyyətli hədəflərdən birisidir.
Əfsuslar olsun ki, sosyalist keçmişdən sıyrılıb gələn Azərbaycanımızın,
kontinental Avropa hüququ mənasında, bir inzibati hüquq sistemi mövcud
deyildi. Bu sahədə çox əhəmiyyətli islahatlar aparılmış, lakin bunlar hələ
tamamlanmayıb; gediləsi yol da çox qısa deyildir. Bu kitabın yazılmasında da,
birinci dərəcəli olaraq, Avropa inzibati idarəetmə hüququ sistematikasında olan
institutları ölkəmiz baxımından tanıtmaq və tətbiq etmək məqsədi güdülüb.
Beynəlxalq qurumların təsiri ilə dövlət idarəetməsində qəbul etdiyimiz
institutlar bunu tələb edir. Artıq Fransanın ya da Almaniyanın inzib ati hüququ
bizə çox da yad deyildir, bunun ən açıq dəlili də, İnzibati İcraat Haqqında
Qanun ilə İnzibati Prosessual Məcəllənin qəbul edilməsidir . Qanunvericilik
sistemimizin zəruri ehtiyacı olan Avropanın bəzi müvafiq institutları bu
qanunlarla pozitiv hüququmuza artıq daxil edilib.
Kitabda “hüquqi dövlətdə inzibati hüquq necə olmalıdır” sualına cavab
axtardıq. Bunun üçün hansı hüquqi institutlar tələb olunur, onu tədqiq etdik.
Kitabın yazılmasında, müqayisəli hüquqda olan mənbələrdən birbaşa istifadə
elədik.
Bu kitab inzibati xətalar haqqında deyildir. MDB məkanında yazılan
inzibati hüquq kitabların əhəmiyyətli hissəsi inzibati xətalar və onların icraatı
haqqında olduğu halda, bu kitabda Avropa yanaşmasında olduğu kimi, inzibati
xətalara yer verilmir. İnzibati xətalar, daha çox vətəndaşı məhdudlaşdıran
qaydaları əhatə edir; halbuki Administrative Law olaraq bilinən İnzibati
idarəetmə hüququ, dövləti məhdudlaşdıran qaydaları incələməlidir. Bu əsərdə,
cəmiyyətin hansı hüquqi mexanizmlərlə və necə idarə oluna cağından bəhs
edilir.
Kitab ali məktəb tələbələri üçün yazılmaqla bərabər, elmi tədqiqatçılar ,
idarəçilər, vəzifəli şəxslər və hakimlər üçün da maraq doğura bilər. Qeyd
etməliyik ki, Azərbaycan dilində yeganə əsərdir ki, inzibati aktların məhkəmə
nəzarətində necə yoxlanılacağını incələyir. Əsərdə xeyli xaşiyyə qoyulub, lakin
orada əhəmiyyətli məlumatlar olduğundan oxuculardan onlara da diqqət