544
müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi onun
məzmunudur. Təlim
materiallarının
əsas
məzmununu
məlumatlar, anlayışlar, prinsiplər, qaydalar, bacarıq və vərdiş-
lər təşkil edə bilir. Həmin məzmunun düzgün seçilməsi təlimin
səmərəliliyi üçün zəruridir. Təlim materialları məzmunca
dolğun, anlayışları dəqiq açacaq, şagirdlərin yaş və bilik
səviyyələrinə uyğun olmalıdır.
Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin
edən xarici amil kimi ikinci mühüm xüsusiyyəti onun
formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik
ola bilər. Forma etibarilə o, əşyavi, obrazlı, sözlü və simvolik
şəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının
hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır.
Ona görə də təlimin həmin formalarından və onların
xüsusiyyətlərindən asılı olaraq öyrənmə, mənimsəmə də
müxtəlif şəkildə gedir. Bu baxımdan təlim prosesində həmin
cəhətlərin nəzərə alınması zəruridir. Müəyyən yaş dövründə
təlim materialının müvafiq formasından istifadə olunması
öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm
əhəmiyyətə malikdir.
Psixoloji tədqiqatlar əsasında materialın formaca düzgün
tərtib
edilməsinə
verilən
psixoloji
tələblər
müəyyən-
ləşdirilmişdir. Bu tələblərə düzgün əməl edilməsi təlim
materiallarını şagirdlərin səmərəli şəkildə öyrənmələrinə imkan
yaradır. Belə tələblərdən biri fikri istinadların, mətnin quruluş
«vahidinin» qabarıq şəkildə verilməsidir. Bu tələbə görə
təqdim edilən təlim materialının əsas cəhətlərini qabarıq
şəkildə nəzərə çarpdırmaq lazımdır. Material elə tərtib
olunmalıdır ki, əsas cəhətləri bir-birindən dərhal fərqlənə bil-
sin, onları birləşdirmək, qruplaşdırmaq və ümumiləşdirmək
mümkün olsun (A.A.Smirnov).
Öyrənmənin müvəffəqiyyətinə təsir göstərən xarici
amillərdən biri də təlim materiallarının çətinlik dərəcəsidir.
Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu
545
amilin böyük təsiri vardır.
Materialın çətinliyi onda olan informasiyaların mək-
təblinin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən edi-
lir. Materialın ayrı-ayrı ünsürləri arasında əlaqənin zəif olması,
onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib hissəsini
ətraflı
aydınlaşdıra
bilməməsi, səbəb-nəticə
əlaqəsinin
pozulması, ardıcıllığın itməsi, mətn daxilində qayda və tərifləri
üzə çıxarmaq imkanı verən ümumiləşdirmənin zəif olması
materialın çətinlik dərəcəsini artırır. Ona görə də bu cür mate-
riallar şagirdlər tərəfindən çətin mənimsənilir.
Təlim
materialının
öyrənməyə
təsir
edən
əsas
xüsusiyyətlərindən biri də onun əhəmiyyətidir. Materialın
əhəmiyyətlilik dərəcəsi müxtəlif sahələrlə bağlı ola bilər. Ma-
terial, ola bilsin ki, şagirdlərə təqdim edilmiş digər materialları
mənimsəmək, qarşıda duran məsələni həll etmək, yeni
məlumatlar əldə etmək, şagirdlərdə şəxsiyyətin bu və ya digər
keyfiyyətlərini formalaşdırmaq və s. baxımından əhəmiyyətli
olsun. Bunların hamısında materialdan insanın faydalanması
nəzərdə tutulur. Əgər verilmiş təlim materialı heç cür
faydalanmağa imkan vermirsə, onun öyrənilməsi də bir o qədər
səmərəsiz olacaqdır. Çox vaxt dərsliklərdə və ya şagirdlərə
təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu tələbə cavab
vermədiyinə görə şagirdlər tərəfindən rəğbətlə qarşılanmır,
əksinə asanlıqla psixoloji doyumluluq yarada bilirlər.
Ümumiyyətlə götürdükdə təlim materialının əhəmiyyətliliyi
qnostik (idraki), praktik (əməli), etik (əxlaqi), estetik (bədii),
sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri əhatə edir.
Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki,
materialın təkcə öz-özlüyündə əhəmiyyətli olması onun
müvəffəqiyyətlə
mənimsənilməsini
təmin
edə
bilər.
Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material şagird
üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına
cavab verməlidir.
Təlim materialının anlaşıqlılığı da onun öyrənilməsinə
546
təsir edən əsas amillərdəndir. Psixoloqların apardıqları
müşahidə və eksperimentlər göstərmişdir ki, anlaşıqlılıq
dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə
yanaşı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və
həmin material uzun muddət yaddan çıxmır. Anlama
öyrənmənin səmərəli yollarından hesab olunur. Şagird
öyrəndiyini anlamalıdır. Materialın mənasını dürüst və
dərindən anlayaraq öyrənmənin mexaniki öyrənmədən fərqli
olduğu şübhəsizdir. Şagird dərindən anlayaraq, əsaslı şəkildə
düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və
möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmişdir ki,
mənanı anlamadan, başa düşmədən materialı mexaniki
öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən
material, mənası anlaşılaraq öyrənilən materialdan tez unudu-
lur.
Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual
və suallar sistemi kimi əks olunur. İnsanda yaranmış sual nəyi
isə anlamaq tələbatını ifadə edir. Belə sualın cavabı məlum ol-
duqda anlama dərhal baş verir, məlum olmadıqda isə cavabın
fəal şəkildə axtarılması və ya anlama prosesinin yaranması
başlanır. Anlama yarandıqda öyrənmə də bir o qədər səmərəli
olur. Ona görə də müəllim çalışmalıdır ki, şagird öyrəndiyini
anlasın, həm də bu cür anlama təkcə müəllimin şərh etdiyi
materialların öyrənilməsi zamanı deyil, şagirdin hər cür
materialı öyrənməsi zamanı səmərəli yol olaraq qalsın. Bunun
üçün isə materialın özünün anlaşıqlı olmasının rolu böyükdür.
Lakin bununla yanaşı olaraq, nəzərə almaq lazımdır ki,
materialın anlaşıqlılığı mənimsəmə subyektindən asılı olmayan
təcrid edilmiş keyfiyyət deyildir. Materialın anlaşıqlı olması
eyni zamanda şagirdin həmin materialı anlaması üçün zəruri
anlayış və işlərə nə dərəcədə yiyələnməsindən də asılıdır. Bu-
nunla yanaşı anlaşıqlılığın səviyyəsi də müxtəlif ola bilər.
Bütün bunlar müəllimin həmin prosesi idarə etməsini tələb
edir.
Dostları ilə paylaş: |